236666

“Fransız sevgili” – sadəcə, salat!

Baxış sayı: 2. 220

Tərkibi: 

300 q toyuq filesi
*  2 baş soğan
*  1 st. ağ kişmiş
*  1-2 yerkökü
*  50 q pendir
*  1 st. qoz
*  2 portağal
*  şəkər tozu
*  duz
*  mayonez

Toyuq filesini bişirin, soyudub doğrayın.
Soğanı doğrayıb üzərinə qaynar su tökün, 3 dəqiqə sonra süzün, sonra sirkə, duz və şəkər qarışığında marinə edin.

Kişmişi qaynar suda bir dəqiqə saxlayıb süzün.
Yerkökü və pendiri ayrılıqda sürtgəcdən keçirin.

Qozu xırdalayın.

Aralarına mayonez çəkməklə lay-lay düzün:

toyuq + marinə edilmiş soğan + kişmiş + yerkökü + pendir + qoz.

Salatı bir neçə saat soyuducuda saxlayın. Süfrəyə verərkən üzərini portağalla bəzəyin.

Nuş olsun!
/Milli.Az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir