Sevginizi bu cür etitaf edin – MƏSLƏHƏTLƏR

Baxış sayı: 1. 647

Qarşınızdakına sevdiyinizi bildirməyin yolu heç də böyük, dəbdəbəli hədiyyələr almaqdan keçmir. Əslində içinizdən gələn və “ona xüsusi” olan davranışlarınızla da məhəbbətinizi təzahür edə bilərsiniz. “Gencaile.az” Aile.lent.az-a istinadən sizə sevdiyiniz insana eşqinizi etiraf etməyin yollarını təqdim edir.

1. Fikriniz onunla olsun

İlk növbədə onunla birlikdə olan zaman ağlınız da “onunla” olsun. Fikriniz və marağınız başqa yerdə olmasın. Cismən və ruhən onunla birlikdə olduğunuzdan əmin olun. Birlikdə film izləyərkən eyni anda yarışma və ya xəbərləri təqib etməyin.

2. Dinləyin

Özünüzü dinləyirmiş kimi aparmayın, həqiqətən dinləyin. Sevgi və marağımızı göstərmənin ən yaxşı yollarından biri qarşımızdakının sözünü kəsmədən dinləməkdir.

3. Kiçik hədiyyələr alın

Onunla görüşə gedəndə çox sevdiyi şokolad alıb aparın. İstədiyi kitabı almaq onu düşündüyünüzün ən gözəl göstəricisidir. Gündəlik həyatın qayğıları içərisində, xüsusi günləri gözləmədən, kiçik sürprizlərlə həyatınıza rəng qatın.

4. Birlikdə əylənin

Uzun müddətli xoşbəxt əlaqələrə baxdıqda ortaq nöqtələrindən biri də cütlüklərin bir-birlərinin maraqlarına biganə yanaşmamalarıdır. Onlar bir-birinin xoşbəxtliyinə sevinməyi bacarırlar. “Dözmək” yox, məhz “xoşbəxt olmaq, əylənmək” lazımdır. Yoqaya getmək istəyirsə, ona yoldaşlıq edin. Yoqa etmək məcburiyyətində deyilsiniz, lakin onun yanında olun, sadəcə birlikdə vaxt keçirin.

5. Haqlı olmalarına icazə verin

Bunu yalnız kişilər deyil, qadınlar da daha tez-tez etməlidirlər. Kiminlə birlikdə olduğunuzu və onu nə qədər sevdiyinizi xatırlayın.

6. Kiçik qeydlər

Səhər oyandıqda ilk gözünə sataşan kiçik sevgi dolu qeydlərlə ona sevginizi göstərin. Ehtiyacınız olan şeylər sadəcə kağız, qələm və içinizdən gələn sevginiz olsun.

7. Onu təəccübləndirin

Təəccübləndirin deyərkən ağlınıza kompleks fəaliyyətlər gəlməsin. Çox sevdiyi filmin DVD-ni alıb axşam üçün romantik bir mühit təmin edə bilərsiniz. Sevdiyi sənətçinin konsertinə bilet də almaq olar.

8. Cib telefonu uzaqda qalsın

Yemək yeyərkən belə, ictimai media hesabınıza nəzarət edirsiniz? İşdən çıxmısınız,  amma gözünüz hələ də e-maillərinizdədirmi? Onları geridə qoyun. Bu anda sevdiyinizlə birlikdəsiniz. Özünüzü idarə edə bilmirsinizsə, evə girdiyiniz anda cib telefonunuzu uzaqda bir küncə qoyun, bir-birinizə birlikdə keçirdiyiniz anları hədiyyə edə bilərsiniz.

9. Sevdiyinizi söyləyin

Qadınlar “eşitdiklərinə”, kişilər “gördüklərinə” aşiq olur! Niyə bu qədər çətindir sevdiyinizi ona söyləmək? Sözlərin gücünün onun üçün ən mənalı hədiyyə olduğuna güvənin. Ona sevdiyinizi söyləyin!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir