oguz

Oğuz Çətin: “Futbolçuların yaşam tərzindən dolayı ailələr qızlarının futbolçu ilə ailə qurmasını istəmirdi” – MÜSAHİBƏ

Baxış sayı: 2. 269

“Gencaile.az” saytının “Ailən danış” rubrikasının budəfəki qonağı Türkiyə futbolunun tanınmış siması, “Fənərbaxça” və Türkiyə yığmasının sabiq üzvü, əsas yığmada məşqçi, “Fənərbaxça”da isə baş məşqçi postunu tutmuş, çalışdırıcı kimi son iş yeri isə “Xəzər Lənkəran” olan Oğuz Çətindir.

 

– Valideynlərinizin futbolçu olmanıza münasibəti necə idi?

– Atam da tanınmış bir futbolçu olmuşdu. Özü bu idmanla məşğul olan bir adam olduğundan mənə də dəstək vermişdi.

– Futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

– İnşaat Mühəndisliyi üzrə ali təhsil almışam. Yəni eyni zamanda inşaat mühəndisiyəm.

– Futbol adamları adən gündəmdə olur ki, bu da ailə müyyən qısqanclığa zəmin yaradır. Siz necə, həyat yoldaşınızdan qısqanclıq hiss etmisiniz?

– Mən özümü çox şanslı bir adam hesab edirəm, çünki həyatımın istənilən dövründə həyat yoldaşım mənə dəstək olurdu və indinin özündə də belədir.

– Ailəyatı qurmağa hazırlaşanda gək həyat yoldaşınız futbolçu ilə evlənməkdəddüd etmədi ki?

– Təbii ki, yox. Düzdür, həmin dövrdə futbolçuların yaşam tərzindən dolayı ailələr qızlarının futbolçu ilə ailə qurmasını istəmirdi, ancaq mən futbolun bir peşə olduğunu ortaya qoyan, futbol ictimaiyyətinə örnək olan bir adam olduğumdan problemlə qarşılaşmadım.

 

Sizcə, bir futbolçu üçün ailəyatı qurmağın mənfi və müsbət təfləri hansılardır?

– Futbolu bir peşə kimi qəbul etdikdə, böyük hədəflər üçün çalışdıqda, ailəni dolandıra biləcək qədər pul qazandıqda heç bir problemlə üzləşmək mümkün deyil. Əgər futbolçu həyatını nizamlı şəkildə yaşayırsa, ailə qurmaq ancaq müsbət effekt verə bilər.

– Futbol elə bir peşədir ki, bu məslək sahibləri adən evdən kənarda olur. Siz hətta ölkəmizdəşqçi kimi çalışdınız. Ailənizdən uzaqda olanda ən çox hansı problemlə üzləşirdiniz?

– Təbii ki, ailəmdən, xüsusən də övladlarımdan uzaqda olmaq çox çətin idi. Ancaq ailənin bütövlüyünü qorumaq mümkün olanda bu kimi çətinliklərin öhdəsindən də gəlmək olur.

– Ölkəmizdə yaşadığınız dönəmdə azərbaycanlı ailər ilə türkiyəli ailər arasında hansı oxşar vərqli cətləri müşahidə etmisiniz?

–  İki dövlət bir millət olan ölkələrimizin adət-ənənələri çox bənzərdir.

–  Qızınız azərbaycanlı oğlanla ailə qurmaq istəydi, buna münasibətiniz necə olardı?

– Mənim üçün dəyişən bir şey olmazdı. Qızımla evlənmək istəyən bir türkiyəli gəncdən vicdanlı olmasını, qızımı xoşbəxt edə biləcək xarakterdə və təhsilli olmasını istədiyim kimi, azərbaycanlı oğlandan da gözləntim bunlardır. Bu özəlliklərə sahib olduqdan sonra azərbaycanlı olması problem deyil.

– Tanınmış bir adam olmaq sizin gündəlik həyatınıza necəsir edir?

– Məşhur adam olmaq, insanlar tərəfindən sevilmək, hörmətlə qarşılanmaq məni xoşbəxt edir, ancaq bu sevgi və sayğı qarşılıqlı olanda daha da böyüyür.

Image result for oğuz çetin a

– Hansı tanınmış futbol adamları ilə ailəvi dostluq münasibətləriniz var?

– Bir çox tanınmış futbol adamı ilə ailəvi münasibətlərimiz var.

– Əlinizdə imkan olsaydı, hansı xarakterinizi dəyişərdiniz?

– Həddini bilməyənlərə layiq olduğu kimi davranmaq istərdim.

 

Söhbətləşdi: Tural Məmmədov

Xüsusi olaraq “Gencaile.az” üçün

Antalya, Türkiyə

Image result for oğuz çetin xəzər

Image result for oğuz çetin aile




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir