aile

Sizi sevmədiyini deməyə utanan kişinin 5 İFADƏSİ

Baxış sayı: 535

Qadınlar arasında “sevir və ya sevmir” sualı çox zaman istifadə olunur. Bu sualı yaradan isə qarşı tərəfin göstərdiyi münasibətdən başlayır.

Beləliklə,  KİV-ə istinadən psixoloq Nadejda Kuzminanın cütlüklər arasında soyuqluğu göstərən bir neçə ifadəni açıqlayırıq.

 

“Bağışlayın, amma məşğulam”

Adətən, görüşlərə siz təşəbbüskar olursunuz – zəng edirsiniz, SMS yazırsınız, lakin quru cavab eşidirsiniz: “Mən məşğulam”. Siz sevdiyiniz üçün, həmin adamın davranışına haqq qazandırmağa çalışırsınız: sizin üçün vacib olduğunuz insan, ən sıx iş qrafikinə baxmayaraq, həmişə sizinlə görüşməyə vaxt tapacaq.

Əgər o, həqiqətən də öz işinə aludə olubsa, o zaman istənilən halda telefonla danışıb, ən azı beş dəqiqə vaxt ayıra bilər. Aşiq bir kişi üçün onun yoxluğunda sevdiyi qadının həyatında hər şeyin yaxşı olduğunu bilməsi vacibdir. Üstəlik, özü də zəng edib, görüş təyin edə bilər.

Onun son vaxtlar nə qədər “məşğul” olduğunu təhlil edin. Əgər hər zaman münasibətin təşəbbüskarı sizsinizsə, onunla üzləşin.

 

“Çox yoruldum, sonra edək”

Bu ifadəni müxtəlif situasiyalarda eşitmək olar, lakin ilk növbədə, onun sevişmək təşəbbüsünüzə cavab olaraq eşidirsinizsə, diqqətli olun. Hələ-hələ bu hal tez-tez baş verirsə, dəyişikliklər etməyin vaxtıdır. Kişi yalnız çox yorğun və ya xəstə olduqda sevdiyi qadınla cinsi əlaqəni ertəliyə bilər. Və digər ən əsas səbəb qadını onu cəlb etməyi dayandırdığı təqdirdə.

Təbii ki, zaman keçdikcə cütlükdə cazibə zəifləyə və cinsi əlaqənin tezliyi azala bilər. Ancaq diqqəti etmək lazımdır ki, sevən bir kişi sevgilisinin təşəbbüsünə: “Ah, bu gün deyil, çox yoruldum” deməz, onu razı salmaq üçün hər şey edər.

 

“Əgər bir şey sənə uyğun gəlmirsə, ayrılaq”

Əgər aranızdakı hər mübahisə belə ifadə ilə bitərsə, bu, kişinin münasibətinizdə ciddi olub-olmadığını düşünmək üçün əsaslı bir səbəbdir. Mübahisədən sonra bağışlanma istəyə bilər, amma deyilən söz qalır: onun üçün ayrılıq münaqişədən ən yaxşı çıxış yoludur. Və ya qərarını birbaşa deyə bilmədiyi üçün hər kiçik mübahisəni münasibətləri kəsməyə səbəb kimi görür.

Bir əlaqədə nəyi bəyənib-bəyənmədiyinə dair sualınıza cavab olaraq, o, susursa, gülürsə və ya söhbəti başqa bir mövzuya keçirsə, səninlə tam hüquqlu uzunmüddətli əlaqə istəməsi barədə dəqiq deyil.

 

“Nə iyrənc şey hazırlamısan?”

Əvvəlcə necə və nə bişirdiyinizi bəyənmir, sonra – qabları necə yuyursunuz, hansı məhsulları alırsınız. İndi o, sizə davamlı olaraq həyatı öyrətməyə başlayır. Yavaş-yavaş bəlli olur ki, o da sənin geyinmə tərzinə, makiyajına görə qəzəblənir. İşinizdən, rəfiqələrinizdən, qohumlarınızla görüşməyinizə əsəbləşir.

Sizi dostları və ailəsi ilə tanış etmir. Mahiyyət etibarı ilə bu o deməkdir ki, səni həyatına buraxmır. O, sizdən utanır? Əgər belədirsə, mütləq əlaqənizi kəsməlisiniz.

“Mən istədiyim kimi edəcəyik!” və ya “Bunun mənə aidiyyəti yoxdur, özün anla”

Bu ifadələrin hər ikisi kişinin öz problemləri ilə sizdən daha çox maraqlandığını göstərir. Həqiqətən sevən insan biganə qala bilməz. Onun üçün sevgilisini kiçik şeylərlə sevindirmək vacibdir. O, ehtiyaclarınıza diqqət yetirir, gündəlik problemlərin həllində öz köməyini təklif etməyə hazırdır və güzəştə gedir. Sizi maraqla dinləyir.

Bir kişi sevirsə, bunu deyir və ya hiss etdirir. Və bu sözləri tələffüz etmək onun üçün çətin olsa belə, sevgisi hərəkətlərlə ifadə ediləcəkdir. Sevgilimin gözlərinin içinə baxarkən “səni sevirəm” demək niyə bu qədər çətindir?

Nə qədər ağrılı səslənsə də, əgər bir kişi özünü ən yaxşı şəkildə aparmırsa, ondan ayrılmalı və qarşılıqlı sevginin sevincini yaşaya biləcəyiniz bir insanla tanış olmaq fürsətini özünüzə verməlisiniz. Özünüzü inandırmağa davam etsəniz, zaman keçdikcə onun sizə olan münasibəti dəyişə bilər, bu, “döz və aşiq ol” münasibətinə çox bənzəyir.

 

Fidan İlqar




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir