geyim

Sizi ulduza çevirəcək yeni il trendi – FOTOLAR

Baxış sayı: 509

Bayram yaxınlaşır və bu, o deməkdir ki, Yeni İl üçün uyğun paltar axtarmağın da vaxtı gəlib. Qızların çoxu əsl bayram ovqatı yaratmaq üçün zərli, parıltılı, dinamik və biserli donlara üstünlük verir. Lakin düzgün əhval-ruhiyyə yaratmaq üçün bütün bunlara ehtiyac olmaya bilər. Zərif bir dekorun sayəsində də bayram obrazı yaratmaq mümkündür.

Stilistlər bu vəziyyətdə biz lələklərə diqqət yetirməyi tövsiyə edir.

Mütəxəssislərin sözlərinə görə, belə bir dekorasiya mövsümün əsas dəbi hesab olunur və 2023-cü ildə öz aktuallığını itirməsi ehtimalı azdır. Lələk detal obrazı kökündən dəyişə bilər. Bunun üçün nazik lələkləri olan variantları seçmək məsələhətdir. İnanmırsınızsa, sizi inandırmağa hazırıq. Aşağıdakı fotolara baxmaqla dərhal bayram əhval-ruhiyyəsinə qoşula bilərsiniz.

Lələkli manşetləri olan pencək və bluzlar ən sadə cins şalvarları belə bəzəyəcək. Hətta hündürdaban ayaqqabı və ya zərgərlik əşyaları da əhvalınıza başqa bir ovqat qatacaq. Bu bəzəyin əsas özəlliyi ondadır ki, lələkləri istənilən geyimə əlavə etmək olar, manjetlər ofis köynəyinə belə asanlıqla bağlana bilər. Dekorun rəngi və əsas material fərqli ola bilər, lakin paltarın yöndəmsiz olmaması üçün pencək və ya köynək tək rəng olmalıdır. Eyni zamanda ləkəklə ziddiyyət təşkil edən rəngli modellərin daha az universal olduğunu unutmayın. Bəzi geyimlərdə bu manipulyasiya işə yaramasa da, lələklərin xoşagələn effekt yaradacağı şübhəsizdir.

Yeri gəlmişkən, lələkli çanta, ayaqqabı, hətta yaxa broşu da eyni təsir gücünə malikdir.

geyim 4

geyim 1

geyim 2

geyim 55

geyim 3

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir