Zumrud Haqverdiyeva

Müəllimlər imtahana hazırlaşan şagirdlərlə bağlı hansı səhvləri edir? – “SEANS VAXTI”

Baxış sayı: 485

Müəllimlər canlı təcrübə mənbəyidir. Müəllimlərimiz mədəni irsi yeni nəsillərə ötürür, onları tərbiyə etməklə gələcəyə hazırlayırlar. Tədris və təlim fəaliyyətinin səmərəli şəkildə həyata keçirilməsi üçün müəllim-şagird münasibətinin necə olacağı ilə bağlı bəzi prosedurlar və etiket qaydaları hazırlanmışdır. Tədris və təlim prosesində həm müəllim, həm də şagird bununla bağlı prosedurlara əməl etməlidir.

Müəllim uşağın həyatında valideynlərindən sonra ən vacib insandır. Başlanğıcda uşaq müəllimi valideynlərindən daha vacib görməyə başlayır. Bundan xəbərdar olan müəllim şagirdlərə öz övladı kimi baxmalıdır. Müəllimin şagirdə yanaşması sevgi və şəfqət, şagirdin müəllimə yanaşması isə sevgi və hörmət üzərində qurulmalıdır. Müəllimini sevən şagird dərsini də sevir, məktəbə sevgi ilə gedir, həmişə dərsə hazırlaşır, dərsi diqqətlə dinləyir, tapşırıqları vaxtında yerinə yetirir və bununla da uğurları artır.

Sevilmədiyini hiss edən şagird əks münasibət sərgiləyir. Müəllimin diqqəti sayəsində şagirdin həyata yaxşı hazırlanması və müvəffəqiyyətli olması mümkündür. Digər tərəfdən də bəsit bir mövzu üzərində dostları tərəfindən təklənən, müəllimləri tərəfindən çətin uşaq kimi adlandırılan şagirdin, problemli bir şəxsiyyət olması doğrudur.

Bütün bunlarla yanaşan bəzən müəllimlərin bilərək və ya bəzən bilməyərək söylədikləri yanlış ifadələr, şagirddə dərin izlər buraxa bilər. Xüsusilə bu yeniyetməlik dövründə baş verərsə, daha çətin vəziyyətə gətirib çıxara bilər. Müəllimin heç vaxt işlətməməsi olduğu bəzi ifadələr vardır. Bunlar hansılardır? Sən onsuzda bunu bacarmayacaqsan

  • Hər zamanki kimi bacarmadın
  • Bu ixtisasa qəbul ola bilməyəcəksən
  • Sinif yoldaşın səndən daha yaxşı oxuyur
  • İmtahan da yaza bilməsən, kəsiləcəksən
  • 600-dən yuxarı bal toplamalısan
  • Ayıb olsun sənə, bu sualın cavabını bilmədin
  • Qəbul olmağın üçün bütün günü oxumalısan
  • Sınaq imtahanında da yüksək bal toplamalısan
  • Müəlliminin şagirddən hərşeyin ən yaxşısını gözləməsi. Bəs.

Bu və buna bənzər bir çox hallarla şagirdlər qarşılaşırlar. Təbiidir ki, müəllimlər buna yol verməməlidirlər. Unutmaq olmaz ki, “Yaxşı” müəllim, ilk öncə “Yaxşı” insan olmağı bacarmalıdır. Şəxsiyyət olaraq formalaşan müəllim, şagirdlərlə düzgün münasibəti qurmağı bacarır. Hər bir şagird universitet oxumalıdır demək deyildir. Şagirdin  marağı və bacarığını nəzərə alaraq,  onu düzgün yönəltməyi bacarmaq gərəkdir.

Hörmətli valideynlər, övladlarınızı doğru kəşf edin və ona uyğun ixtisas vəya peşə seçməsinə yardımçı olun. Bunun üçün mütəxəssislərə (psixoloq) müraciət edə bilərsiniz.

Əgər bu dönəmlərdə uşaqlara qarşı mənfi psixoloji təsir olarsa, aidiyyəti qurumlara( Elm və Təhsil Nazirliyi) müraciət edə bilərsiniz.

 

Psixoloq Zümrüd Haqverdiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir