sogan

Soğanın hansı faydaları var?

Baxış sayı: 1. 679
Soğan da sarımsaq kimi xoşagəlməz qoxuya malik olduğuna görə bir çoxumuzun yeməkdən imtina etdiyimiz qidalardandır. Amma soğanın mütəxəssislər tərəfindən tez-tez yeyilməsi məsləhət görülür. Soğan suyunun faydalarından biri də antiseptik olmasıdır. O, bakteriyalara qarşı bədənin müqavimətini gücləndirir, qan təzyiqini normallaşdırır və bəzi xərçəng növlərinə qarşı təbii vasitədir.  Araşdırmalara görə, qırmızı soğan suyu qida zəhərlənməsinə və stressə bağlı mədə ağrılarını sakitləşdirir.
Müntəzəm olaraq soğan yemək mədə xərçəngi riskini azaldır. Həmçinin araşdırmalara görə, soğan antioksidan təsirə malik olduğundan qaraciyər və xərçəngə qarşı təbii müalicəvi vasitədir. 32 ölkə arasında aparılan araşdırmalara görə, yemək qəbulu zamanı daha çox soğan yeyən ölkələrdə prostat xərçəngi səbəbindən dünyasını dəyişənlərin sayı azdır. Məsələn, İngiltərədə prostat xərçəngi səbəbindən baş verən ölümlər çoxdur, bu ölkə soğan istifadəsinin daha az olduğu ölkələr sırasındadır. Soğan suyunda olan “Quercetin” adlı komponent allergiyanın qarşısını alır. Soğan suyunun tərkibində olan komponentlər nəticəsində allergiyaya qarşı həssaslığı aradan qaldırır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir