GGG

Sərhədləri aşan “ölü gəlin” əfsanəsi – Fotolar

Baxış sayı: 1. 511
Əslində gerçəkliyi heç bir zaman isbat olunmayan, fəqət insanların qeyri-şərtsiz inandığı hadısələrdən biri də Meksikada baş verib. 
 
Meksikanın şimalında Çihahua şəhərində gəlinlik mağazasının vitrininə qoyulan maniken sərhədləri aşan əfsanənin yaranmasına səbəb olub.
İddialara görə, 1930-cu ildə mağazanın vitrininə insana çox bənzəyən maniken qoyulub. Manikenin insana həddindən çox bənzəməsi sakinləri dəhşətə gətirib və yerli əhali manikenin mağaza sahibi Paskuala Enparzanın qızı olduğu qənaətinə gəlib. Yerlilərin fikrincə, Enparza toyuna az zaman qalmış ölən qızını əbədiləşdirmək üçün önun cəsədini mumyalayaraq vitrinə qoyub.
Gənc qız toyundan əvvəl zəhərli hörmüçəyin sancması nəticəsində ölüb. O vaxt mağaza sahibi qadın iddiaları təkzib etsə də, xalq ona inanmamağı seçib. Zamanla Paskualanın qızının adı unudulduğu üçün yerli əhali manikeni “Kiçik Paskuala” (La Pascualita) kimi anılmağa başlayıb.
Daha sonra mağazanı satın alanlar da sirli manikeni vitrindən endirməyib. Manikenin əlinin, dırnağının təbii görünüşü insanlarda daima təəccübə səbəb olub. Mağazada işləyənlərdən biri manikenin yanına yaxınlaşmağa qorxduğunu, ancaq “Kiçik Paskuala”nın ayaqlarında xırda damarlar olduğunu deyib.
Manikenin Paskuala Enparzaya bənzəməsi əfsanəni daha da inandırıcı edib.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir