Xəstəliyin simptomları, fəsadları, profilaktikası
Ümumi məlumatlar
Su çiçəyi – yoluxucu infeksion xəstəlikdir, uşaq vaxtında yüngül formada keçir; südəmər uşaqlarda, böyüklərdə, həmçinin immuniteti zəyifləmiş insanlarda xəstəlik daha ağır keçə bilər. Su çiçəyi adətən hava-damcı yoluyla yayılır. Xəstə ilə kontaktdan 10-21 gün keçdikdən sonra simptomlar büruzə verməyə başlayır. Yoluxmuş insan xəstəliyindən xəbərsiz olaraq başqalarını da yoluxdura bilər. Yoluxucu dövr xəstəliyin özünəməxsus səpkisinin əmələ gəlməsindən 1-2 gün əvvəl başlayır və yeni səpkilərin əmələ gəlməsi dayanıb, köhnələrin isə üzəri qabıq qoyana qədər davam edir.
Simptomlar
Su çiçəyinin simptomları titrətmə, hərarət, qarın nahiyyəsində ağrı, baş ağrıları və ümumi naxoşluqdan başlayır. Ondan bir neçə gün öncə bədənin üzərində səpki əmələ gələ bilər. Səpkinin (üz, baş, çiyin, sinə və kürək dərisində kiçik, qaşınan, qırmızı rəngdə) ilk günlərində hərarət daha çox arta bilər. Səpki həmçinin ağızda, göz qapaqlarında və cinsi orqanlarda da ola bilər. Bir xəstədə bir-iki səpki ola bilər, başqasının bədəni isə səpkilərlə örtülə bilər. Əvvəlcə bu duru uçuqlu qırmızı nöqtələrdir. Onlar çox tez yox olub qabıqla örtülürlər. Bu qabıq iki həftə ərzində yox olub gedir. İlk 4-5 gündə yeni səpkilərin əmələ gəlməsi davam edir, buna görə də dəri səpkisinin bütün mərhələləri eyni zamanda keçir.
Su çiçəyinin fəsadları
Bir qayda olaraq, insan su çiçəyini həyatda bir dəfə keçirir. Buna baxmayaraq, immun sistemə virus daxil olur. Bu virus özünü heç cür göstərmir, lakin yaşa dolduqdan sonra yenidən aktivləşərək səpkilər törəyir. Bu cür səpkilər sarıyan herpes adlanır.
Su çiçəyi dəridə ömürlük izlər buraxa bilər, əsasən də yeniyetmələrdə. Müvəqqəti izlər 6 aydan 1 ilədək qala bilər.
Əgər hamilə qadın su çiçəyinə doğuşdan bir neçə gün əvvəl yoluxarsa, yenidoğulmuş uşaq xəstəliyin ağır formasını keçirə bilər.
Su çiçəyi ciddi ikinci dərəcəli infeksiyalara yol aça bilər, həmçinin virus sətəlcəminə (ağ ciyərin hərarətlə, öskürək və təngnəfəsliklə müşaiət olunan virus mənşəli infeksiyası); ensefalitə. Ensefalit – beyinn viruslu xəstəliyidir, su çiçəyinin nadir ağırlaşmalarındandır. Buna baxmayaraq, onun simptomlarını bilmək vacibdir: şüurun dolaşıqlığı, yaddaşsızlıq, tez yorulma və əl-ayağa yayılan güclü ağrılar (bel ağrıları).
Oxşar simptomlar aşkar edildikdə xəstəni dərhal xəstəxanaya çatdırmaq gərək.
Siz nə edə bilərsiniz?
Düşünmədən həkimə müraciət etmək lazımdır. Ümumi vəziyyət ağır olduqda və dəri simptomları açıq-aşkar bilinəndə hospitalizasiya lazım ola bilər, əsasən də simptomlar sinir sistemi tərəfindən olanda (güclü baş ağriları, ayaqlara yayılan ağrı) yaxud xəstə nəfəs almaqda çətinlik çəkirsə.
Çoxlu sərin su içmək lazımdır. Parasetamol hərarəti yendirməyə kömək edər. Asetilsalisil turçusundan (aspirin) istifadə etmək olmaz. Ağızda yaralar olduqda yumşaq xörəklər yemək gərək, duzlu məhsullardan, situs meyvələrdən və şirələrdən uzaq olmaq lazımdır.
Cinsi organlarda ağrılı və qaşınan səpkilər olduqda ağrıkəsici effektli dərmanlar sürtmək lazımdır. Seçim etdikdə həkimlə və ya aptek işçisiylə məsləhətləşməniz yaxşı olar.
Səpkilərin yerində yaralar əmələ gəldikdə antibakterial maz sürtmək olar.
Əgər hərarət dörd gündən artıq 38 dərəcədən yüksək qalırsa, təkrarən həkimə müraciət etmək lazımdır.
Uşaqların yataqda qalması vacib deyil, lakin fiziki aktivliklərini durdurmaq lazımdır.
Bədənin hərarəti düşəndə və səpkilər qabıq bağlayanda, uşaq gəzə bilər. Məktəb, uşaq bağçasına getməsi haqqında məsələlər həkim tərəfindən qərar verilir.
Sağalan səpkilərdən qabıqları ayırmaq olmaz, çünki bu təkrar yoluxmayla və daha çox qaşınmayla nıticələnə bilər. Dıqnaqları kəsmək və əlləri tez-tez yumaq tövsiyyə edilir ki, təkakrən yoluxma baş verməsin, yatarkən bilmədən qaşınan qabığı qoparmamaqçün gecələr bambıq əlcəklər geyinmək lazımdır.
Həkim nə edə bilər?
Həkim böyük xəstələrə antivirus preparatlar təyin edəcək (adətən uşaqlara sadəcə istirahət lazımdır). Daha effektiv olsun deyə səpkilər əmələ gəldikdə müalicə mümkün qədər tez başlamalıdır (ən az 24-48 saat ərzində). Təkrar yoluxma zamanı həkim antibiotiklər təyin edərək ağırlaşmaları erkən müəyyən edəcək.
Su çiçəyinin profilaktikası
Əgər Siz su çiçəyinə yoluxa bilərsinizsə, həkimə müraciət edin. Təyin edilmiş preparatlar yaxud peyvənd yoluxmanın qarşısını ala bilər. Yoluxma dövründə başqa insanlarla ünsiyyətdən uzaq durun (səpkilər qabıqlayanadək).
Əgər insanlar Sizinlə kontaktdan sonra yoluxmuş ola bilərlərsə, onlara kontaktdan sonra 2 gəftə ərzində dəridə səpkilərin əmələ gəlməsinə diqqət yetirmələrini məsləhət edin. Bir ailə daxilində xəstəliyin yoluxmasını dayandırmaq, demək olar ki, mümkün deyil. Tədqiqatlar göstərir ki, 10 haldan 9-da xəstələnmiş şəxsin həyat yoldaşı da yoluxur.
Su çiçəyinə qarşı vaksinasiya 1 yaşdan böyük uşaqlara tövsiyə edilir.
Əgər xəstə adamla ünsiyyətdə olursunuzsa və bu xəstəliyi uşaqlıqda keçirməmisinizsə, əsasən də immunitetin zəyiflədiyi halda, mütləq həkimə müraciət etmək lazımdır. Müraciəti həmçinin hamiləlik olarkən və ya ilik nəqli əməliyyatı keçirməmisinizsə etmək lazımdır.
atlasmedical.az
Salam menim 24 yawim var su ciceyi olmuwam evvel yungul kecirtdim sepgim qizdirmam cox olmadi ama 21 tamam olmagina az qalmiw tezeden sepdim ozde pis hekim sistem vitamin yazdi. Bilmek istiyirem bu nece gun davam edecek tezeden su ciceyi olmaq mumkundu??
Salam . Mən 14 yaşındayam . Su çiçəyi olmuşam . Neçə günə keçər ?
men suciceyiyem bunu nece tez sağaltmaq olar
SALAM MENİM 11 YASİM VAR . men su ciceyi olmusam su ciceyi cox pis xestelikdir . men zeliyonka vurmaq istemirem. bilirsiniz se deyin su ciceyi xesteliyi nece gune sagalar
salam menim 30 yasim var, su chiceyi olmusdum bir nece gun once, sifetimde lekeler var, onlari necec yox ede bilerem? xahish edirem komeklik gosteresiniz.
Salam men texminen 10 ay olar su çiçəyi olub bitirmisem cox ağrı vericidir.
Eger suciceyinin batiqlari uzunuzde qalibsa su ciceyinden cox tez sonra aloe terkibli vera gel olur apteklerde alib istifade ede bilersiz.
Menim alnimda lap cox leke variydi indi hamisi kecib .Bu arada gel qabda falan olmur sade balaca kagiz qabda basini kesib icinnen cixara bilersiz.
Salam menim 22 yaşım var su çiçəyi olmusam cox pis qasintim var men ne ede bilerem qasinmam getsin diye
Menim 4 yawili oğlumda su çiçəyi olub dillərinin dibide wiwib bu normaldı ?xaiw edirəm bilen varsa yazsin
Salam menim qizim 1 ya bundan qabaq yungul sepdi.hal hazirda cox pis oskurur sanki bogulur herdefe oskurende belgem getirir nefes sala bilmir.bilmek isteyirdimki su civeyinden elede cox sepmedi imumi sepkisi 20 dene olardi .su ciceyinden pozula bilermi xahis edirem cabavlandirasiz
salam men vasif . su cicey olmusam nece gune kecer. iki gundursepkiler var.
Salam mən suçiçəyi olmuşam üzümə zelyonka vurmuram bunun ziyanı var??
mutleq zelyonka vurmalisan.Hal hazirda mende suciceyi olmusam.Zelyonka vurmusam.