download

ŞOK: Arıqlamaq üçün dərman onlarla adamı öldürdü

Baxış sayı: 2. 383

Böyük Britaniyada əczaçılıq qalmaqalı qızışmaqdadır. Yerli sakinlər bütün dünyada onlarla adamın ölümünə səbəb olan arıqlamaq üçün nəzərdə tutulan dinitrofenol (DTP) həblərinin sərbəst satışına qadağa qoyulmasını tələb edirlər.

Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, arıqlamağa cəhd edərkən dörd britaniyalının qohumları preparata C dərəcəsi verilməsini və qanunda narkotikin dövriyyəsi kimi göstərilməsini tələb edirlər. Hazırda dinitrofenolu internetdə sərbəst almaq mümkündür. Böyük Britaniyada dərmanın bir bankası 40 funt-sterlinqə satılır. “DTP-təmiz zəhərdir. Bədənimin hərarəti dərhal 40-42 dərəcəyə yüksəldi… yavaş-yavaş sizin beyniniz sadəcə qovrulacaq. Həbləri alarkən, ən yaxşısı dəfnə hazırlaşmaq lazımdır”, – bloggerlərdən biri dərmanın özünə təsiri haqda yazıb.

Əczaçılıq şirkətlərindən isə bəyan ediblər ki, bu preparat  dərman kimi yox, herbisid (alaq otlarını məhv etmək üçün kimyəvi maddələr) kimi satıldığından, tibb müəssisələrində onun yayılmasına nəzarət etmək mümkün deyil. Bundan əlavə, əsasən Çİndə istehsal olunan və internet vasitəsilə satılan bu preparatla bağlı nəzarət də çətindir. Dininrofenolun tərəfdarları isə iddia edirlər ki, əgər o standartlara uyğun istehsal olunursa, demək olar zərərli deyil, ölənləri8n hamısı isə saxta preparat qəbul edənlərdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir