Südəmər uşağın yeməyini ayrı bişirmək lazımdır! Südəmər uşaq azca böyüyən kimi (bir neçə aydan sonra) bəzi analar ona ailənin böyük üzvlərinə hazırlanan azca əzilmiş yeməkdən verməyə başlayırlar. Bu, çox zərərdir! Böyüklərin yeməyi südəmər uşaqda ağır ishal törədə bilər. Bu cür yemək yeyən uşaqlar köpmüş, solğun olurlar, onların xəstə görkəmi olur. Ana uşağa “lazım olan hər şeyi” verməsinə baxmayaraq uşağın pis inkişaf etməsi ananı narahat edir. Südəmər uşağın pis inkişaf etməsi ananı narahat edir. Südəmər uşağın orqanizmi əzilməmiş və ya lazımınca əzilməmiş qidanı çox pis həzm edir, bu cür qida həzm olunmayıb bağırsaqlardan olduğu kimi çıxır. Uşaq ac qalır.
Südəmər uşağın yeməyini hazırladıqda təmizliyə xüsusi fikir vermək lazımdır, çünki böyüklər üçün zərərsiz olan bəzi bakteriyalar südəmər uşaqlarda ağır xəstəliklər törədə bilər.
Südəmər uşağın qabı (krujka, kasa, boşqab, qaşıq, kiçik ələk, sürtgəc və s.) ayrı olmalıdır! Bu qabdan böyüklər və ya başqa uşaqlar istifadə etməməlidirlər.
Südəmər uşağın qab-qacağını hər gün qaynatmaq lazımdır. Uşağın qablarını böyüklərin qablarından ayrı yumaq lazımdır. Uşağın qablarını yuduqdan sonra silmək olmaz: isti su qabdan axdıqdan sonra onu təmiz qab dəsmalına (bunun üçün ayrılmış dəsmala) bükür və işlətmək istəyəndə üstünə qaynar su gəzdirirlər.
Uşağın yeməyini necə qızdırmalı?
İçində uşağın yeməyi olan qabı birbaşa ocağa qoymaq olmaz, çünki o çox vaxt qızar, yaxud lazım olduğundan qatı olar. Uşağın yeməyi tökülmüş kasanı və ya stəkanı su tökülmüş qazana qoyub ocaqda qızdırmaq lazımdır. Fikir vermək lazımdır ki, içində yemək olan qaba qazandakı sudan düşməsin. Südəmər uşağı qaşığın kənarları iti deyilsə, ucu dəyirmidirsə adi çay qaşığı ilə yedizdirmək olar. Bu cür qaşıqla həm yeni doğulmuş uşaqları, həm də 3 yaşına qədər uşaqları yedizdirmək olar.
Südəmər uşaq dəstəkli stəkanı və ya krujkanı əlində yaxşı saxlayır. Südəmər uşağı şüşə və ya çini kasadan yedizdirmək daha yaxşıdır. Odadavamlı şüşədən qayrılmış balaca qazan çox münasibdir .Onu qabaqcadan qızdırdıqda yemək gec soyuyur. Uşağa odadavamlı şüşədən qayrılmış kasada yemək bişirmək rahat olur. Fikir vermək lazımdır ki, şüşə qab çatlaq və diş-diş olmasın. Adətən uşaqlar müəyyən bir kasaya, krujkaya və ya stəkana öyrəşirlər və bəzən başqa qabdan yemək istəmirlər. Ana uşağın bu vərdişini nəzərə almalıdır. Uşağı məcbur etmədikdə onu başqa qaba da alışdırmaq mümkündür.
Mümkün qədər metal, alüminium və ya emallanmış qabdan istifadə etmək lazımdır
Belə qab sınmır və qaynamaya yaxşı davam gətirir, lakin onu təmiz saxlamaq çox çətindir (çirki görünmür) ağzı əyilir, içində yemək isə tez soyuyur. Emallanmış qabın emalı tez qopur, həmin yer paslanır,; buna görə də uşağın yeməyinə zərərli, toksiki maddələr düşə bilər. “Sınmayan” qabın başqa bir qüsuru məhz onun bu xassəsidir. Bu cür qab sınmadığı üçün uşaq onu atmağa vərdiş edir. Uşağa başa salmaq lazımdır ki, stəkan və ya kasanı atmaq olmaz, çünki sına bilər.