masin

Gələcəyin avtomobilləri heyrət doğurur – VİDEO

Baxış sayı: 1. 556
Gündəlik həyatımızda hər birimizin istifadə etdiyi istər şəxsi avtomobillər, istərsə də ictimai nəqliyyat vasitələri vaxtımızı alır. Bəzən günümüzün böyük bir hissəsi tıxaclarda keçir.
Müasir alimlər bu problemin qarşısının alınması üçün yeni yollar axtarmağa başlayıb.
Gələcək nəqliyyat vasitələri müasirlərdən ölçülərinə, sürətinə və rahatlığına görə fərqlənəcək. Pod adlanan yeni nəsil nəqliyyat vasitələri daha kiçik ölçülü olacaq və böyük tıxacların qarşısını alacaq.
Bu minik avtomobilləri benzinlə deyil, elektrik enerjisi ilə işləyəcək. Onlar üçün nəzərdə tutulan xüsusi enerji depoları və parkinqlər də öz qeyri-adiliyi ilə diqqət çəkir.
Sözügedən yeni nəsil avtomobillərin videosunu təqdim edirik:




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir