ULVIYYE EFENDIYEVA

Şüuraltı nədir? – MÜTƏXƏSSİS YAZIR

Baxış sayı: 698

Şüur – qavrayır, ələkdən keçirir və dəyərləndirir. Şüuraltının belə bir şansı yoxdur. Beyin gün içində 2000-ə yaxın fikirlə qarşı-qarşıyadır. Ümumi və anlıqdır. Bu bildirişlərin sadəcə çox az bir hissəsi beyin tərəfindən şüurlu olaraq tanınır. Qalan hissə şüuraltı ilə əlaqəlidir. Lazımsız məlumatlar yox olub gedər, digərləri isə şüuraltına yerləşər. Şüuraltına yerləşənləri mühakimə edə bilmirik,asan formada unuda bilmirik. Şüuraltı davranışlarımıza,qərarlarımıza təsir edən sehrli bir məkandır.

  • Şüur yolu ilə fərqində olmadan,subliminal yolla, hipnoz ilə, kəlimə,görüntü və səslər vasitəsilə şüuraltına yerləşirlər.
  • Şüuraltı çalışmalarında məqsəd, şəxsin baxış bucağını dəyişmək,qərarvermə mexanizminə təsir etməkdir.

Şüuraltındakı duyğuların yaranışı

  • Kiçik yaşlarda aldığımız məlumatlar düşüncələrimizin,bu məlumatların ortalamsı isə fikirlərimizin təməlidir.

 

Əgər bir uşaq

  • Daim tənqid edilmişsə – qınama və günahlandırmağı
  • Kinli mühitdə böyümüşsə – dava etməyi
  • Lağ edilib alçaldılmışsa – sıxılıb, utanmağı
  • Daim utanc duyğusuyla böyüdülmüşsə – özünü günahlandırmağı
  • Tolerantlıqla böyümüşsə – səbrli olmağı
  • Dəstəklənmiş və ürəkləndirilmişsə – özgüvənli olmağı
  • Bəyənilib,təqdir edilmişsə – təqdir etməyi
  • Hörmət göstərərək böyüdülmüşsə – ədalətli olmağı
  • Qəbul və təsdiq görmüşə – özünü sevməyi
  • Ailə içində dotluq və sevgi görmüşsə – bu dünyada xoşbəxt olmağı öyrənər.
  • Yeni doğulan uşaq yoxluq halındadır. Heç bir şeyin fərqində deyil, heç bir düşüncəsi və fikri yoxdur. Təxminən 40 günü olana qədər bu belədir. Zaman keçdikcə səslər hərəkətlər və qavrama başlayar. «aa bu qolumdur, anam atam qardaşım var» və s. Ətrafın fərqinə varar. Beyinin korteks təbəqələrinə hiss edilən və tanınan duyğular,məlumatlar yüklənir və depolanır. Üç yaşına qədər bu deponun təxminən 80%-i dolar. 20%-lik hissənin böyük qismi 6 yaşına qədər,geri qalanı da 18 yaşına qədər tamamlanır. Beləcə insanın düşüncə və fikirləri böyük ölçüdə tamamlanar.
  • Şüur – məntiq,iradə gücü və keçici hafizə mexanizmlərindən ibarətdir
  • Şüuraltı – xəyal,duyğular,qalıcı hafizə və özünü qoruma mexanizmlərindən ibarətdir.
  • Şüuraltı bir hizmətkar rolundadır. Əmrləri alar və tətbiq edər. Əmrlərin qaynağı şüurdur. Hizmətkar olduğuna görə idarəçilik bacarığı yoxdur. Şüuraltı duyğuların yaradıcı və saxlayıcısıdır. Xəyalların yarandığı yerdir. Vərdişlərimizin yarandığı və qorunduğu yerdir. Enerjimizi sərf etdiyimiz yerdir.

Şüuraltı şüura tabedir. Şüuraltı şüurun hər dediyini edir, uşaq kimidir, möhtəşəm bir potensiala malikdir, amma safdır, şüurun hər dediyinə inanır. Məsələn, bir insan sarımsağın onun ürəyini bulandırdığına inanıbsa, şüuraltı ona hər yerdə sarımsağı tapacaq, içində sarımsaq olduğunu heç kimin hiss etmədiyi yeməklərdə belə sarımsağı dərhal hiss edəcək. Hətta sarımsağın iyini belə hiss edəcək və şüura xəbər verəcək.

Şüuraltı 24 saat fəaliyyətdədir, şüuraltı yatmır. O, gecə şüur yuxudaykən belə fəaliyyət göstərir, bədənin bütün fəaliyyətini idarə edir.

Bir çox insanların günlük həyatlarında başqalarına və ya özlərinə özləri haqqında danışarkən istifadə etdikləri ifadələr:

 

-Mən bacarıqsız biriyəm.

— Riyaziyyatı yaxşı bilmirəm.

— Gözlərim zəifdi.

— Yaddaşım zəifdi.

— Adları yadımda saxlaya bilmirəm.

— Özümə hakim ola bilmirəm.

— Çox əsəbiyəm.

— Qorxuram.

Və bunun kimi bir çox ifadələr.

 

Vəziyyət, doğurdan da, bu cümlələrdə göstərilən kimi olsa da, əksini desək, necə olar?

Şüuraltını yenidən proqramlaşdıra bilərsiniz. Həm də bunun üçün uzun bir vaxt lazım olan müalicə üsullarına ehtiyac yoxdur. Problemi bilməyiniz və problemə qarşı təlqinlər edib şüuraltına təsir etməyiniz kifayətdir.

Şüuraltını istədiyiniz kimi proqramlaşdıra bilər, hədəflərinizə daha tez çata, istədiklərinizi daha tez əldə edə bilərsiniz. Bizi qorumaq üçün hərəkətə keçir. Öncəliklə öz şüuraltımızın kodlarının fərqinə varmalıyıq. Özümüzə nələr deyirik,qarşımızdakı ilə danışarkən hansı ifadələrdən istifadə edirik?

Şüuraltı xəyal və gerçəyi ayırmağı bacarmır. Bir şeyi yaşadıqda hər nə olursa, xəyalını qurduqda da eynisi olur. Həyatımızda olacaq vacib bir məsələni xəyal edib zehnimizdə canlandırdıqda,bunu bir dəfə yaşamış kimi effekt yaradar.

  • Afirmasiyalarınız müsbət cümlələrdən ibarət olmalıdır.
  • «Xəstə olmaq istəmirəm» əvəzinə sağlamam deyilməlidir.
  • İstəyirəm ifadəsini istifadə etməyin!
  • «Xoşbəxt olmaq istəyirəm» əvəzinə « Xoşbəxt bir həyata sahibəm»
  • Afirmasiyaları özünüz haqqınızda olsun:

Mən hörmətə layiqəm

Özümü olduğum kimi qəbul edirəm

Hedefiniz olan çəkini təyin edərək-çəki atıram, «55» kq olduğum üçün şükürlər olsun.

Çox xoşbəxtəm

  • Cümlələrinizi indiki zamanda qurun. Afirmasiyalardan istifadə edərkən eyni zamanda hərəkətə də keçin.

Hər gün «zənginəm» deyirəm yaxın zamanda zəngin olaram düşüncəsi yanlışdır. Bir tək beyninizi proqramlamanız bəs etməz. Eyni zamanda hədəf olaraq seçdiynizə doğru addım da atmalısınız. Bir fəaliyyət planı hazırlayıb hərəkətə keçməlisiniz.

-Bu gün enerji doluyam

-Mən sağlamam

-Mən xoşbəxtəm

– Ruhum huzurludur

-Beynim rahatdır

– Hər şey gözəldir

Və başqa ifadələrlə günümüzə gözəl, pozitiv başlaya bilərik.

 

Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir