geyim

Bu payız hansı rəngləri birləşdirmək dəbdədir?

Baxış sayı: 481

Dəbli görünmək üçün bəzən rəngləri uyğun şəkildə birləşdirmək kifayətdir. Məsələn, darıxdırıcı bej ilə yaşıl, tünd göy ilə də açıq mavi daha ahəngdar görünür.

Bu yazıda oxucuları payızın dəbdə olan rəng kombinasiyaları ilə tanış edirik.

 

Bej və yaşıl

Etiraf edək ki, başdan ayağa bej geyinmək darıxdırıcıdır. Yaşıl isə tutqun payız günləri üçün həddən artıq parıltılıdır. Ancaq birlikdə bu çalarlar mükəmməl birləşmə yaradır. Ətrəngli palto və plaşlar əlbəttə ki, payızın sarsılmaz trendidir. Lakin obraza yaşıl bir sviter, şarf, çanta və ya parıltılı sırğalar əlavə etməklə daha effektiv obraz yarada bilərsiniz.

 

Qara və zərif çahrayı

Çəhrayı bu payız da trendlər arasındadır. Yeri gəlmişkən, barbi gəlinciyi stili mövsümün dominant tendensiyalarından biridir. Stilistlər çəhrayı rəngin ən zərif çalarlarını qara ilə geyinməyi təklif edir.

 

Boz ilə narıncı və ya qırmızı

Payız-qış mövsümü adətən boz, xardal və sarıkök çalarları ilə əlaqələndirilir. Ancaq bu mövsüm onlar öz yerini mandarin və qreypfrut kimi sitrus palitrasına veriblər. Cəsarətli modapərəstlər başdan ayağa bu rəngdə geyə bilər, amma ehtiyatlı olanlara boz rəngin köməyindən yararlanmaq tösviyə olunur.

 

Qırmızı və zoğalı

Yun və ipək, neylon və trikotaj kimi, müxtəlif materialların və eyni rəngin ziddiyyətli çalarları sayəsində gözəl dəst əldə etmək bu payız çətin olmayacaq.

 

Tünd göy ilə mavi

Bəli, payız fəslidir. Lakin bu, dənizin dərinliklərini qarderobunuza daşımağa mane ola bilməz. Dizaynerlərin sözlərinə görə, tünd göy üçün ən yaxşı tərəfdaş açıq mavidir.

 

Boz ilə qəhvəyi

Burada hər şey sadədir: iki təvazökar çalar bir araya gələndə daha nəcib görünür. Boz kostyumun üstünə qəhvəyi bir palto atsanız, yeni rənglərə bürünəcəksiniz və ya əksinə. Qəhvəyi şalvarın boz sviterlə uyğun olub-olmayacağına əmin deyilsinizsə, görünüşünüzə ağ köynək əlavə edin. Bu vəziyyətdə ağ iki rəng arasında keçid rolunu oynayacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir