yemeye ne var

Təndir kababı belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 646

“Gencaile.az” saytının hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi “Yeməyə nə var?” rubrikasında bu gün sizə təndir kababının hazırlanmasından bəhs edəcəyik.

 

Tərkibi:

1 kq -a yaxın orta yağlı quzu və ya oğlaq əti (istərsəniz dana əti də istifadə edə bilərsiniz),

1 yemək qaşığı dağ kəklikotu,

1 çay qaşığı cirə,

1 çay qaşığı duz,

4 yemək qaşığı zeytun yağı,

tendir kababi

Hazırlanması:

Təndir kababı üçün ən önəmli qida quzu ətidir. Qoyun, keçi əti quzu kababı qədər ləzzətli olmur. Təndir kababı üçün əsasən şam ağacı kömüründən istifadə edilməlidir. Təndir kababına bir az da ləzzət verən şam ağacı kömürüdür. Təndirin dibini tamamən kömür ilə doldurub sonra yandırmaq lazımdır. Təndirin dibində atəş zəiflədikdən sonra geniş bir tava qoymaq lazımdır. Qazanın içərisinə azca su qoyun. İki hissəyə bölünmüş quzunu şişə taxaraq təndirə sallayın və təndirin ağzını örtərək ətrafını palçıqla suvayın. Bir saat yarım əti təndirdə bişirin. Ət bişəndən sonra qapağı açın və 15-20 dəqiqəyə yaxın əti təndirdə qoyun dəmlənsin. Bişdiyi zaman ərzində yağ təndirdəki qazanın içinə damcıllayar, tavadakı yağ (kabab suyu) istəyənlərə verilər və ya bu suda plov hazırlayaraq kababın yanında süfrəyə verərlər. Təndir kababı əllə yeyilər. Ev üsulu təndir kababının hazırlanma qaydası: Əti duz, kəklikotu, zeytun yağı ilə yaxşıca qarışdırın. Qarışdırdığınız əti qazana yığın. Bu yeməkdə ən önəmli nöqtə xörəyin tamamən zəif atəşdə bişməsidir. Bişirməyə ilk başladığınızda 3-4 dəqiqə güclü atəşdə bişirin. Bişirdiyiniz zaman aradabir ətlərinizi qarışdırın ki, hərtərəfli bişsin. Evdə hazırlayacağınız təndir kababı 2-3 saata bişər. 30 dəqiqədən bir xörəyə diqqət edn yanmasın. Bu yeməyi evdə hazırladığınız ərişdə plovu ilə servis edə bilərsiniz.

 

Təqdim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir