PUL

İnsan həyatını dəyişdirən təsadüflər

Baxış sayı: 449

Dünyanın ən zəngin insanları, pullarını fərqli şəkillərdə qazanıblar. Bu insanlar haqqında topladığımız məlumatları təqdim edirik.

 

Stüart Hughes

2011-ci ildə  Cənubi Avstraliyada yerləşən sahələrdən birində dünyanın ən böyük opal matritsası aşkar edilmişdi. Bu matritsanın tərkibində 55 min karat təmiz opal var idi. Matritsanı aşkar edən Stüart Hughes sonradan məşhur dizayner olaraq bütün dünyada tanınır . Tapılan bu nadir matritsanın dəyəri 1 milyon dollar idi.

 

Tony Marton

Qədim əşyaların kolleksiyasını yığan amerikalı Tony Marton  satışa çıxarılan bir qutu  köhnə sənədləri cəmi 5 dollara əldə edərək, heç bilmədəm həyatını tamamilə dəyişmiş olur. Evə gələn Tony həmin qutuda məşhur “Coca-cola” şirkətinə aid ilk səhmləri aşkar edir. Belə dəyərli kağızları satan Tony Marton, 130 milyon dollar qazanaraq zəngin olur.

 

Riçard T. James

Riçard T. James dəniz donanmasında mühəndis olaraq çalışırdı. O, gəmi səfərlərində pis hava şərtləri zamanı  özünə mənəvi dayaq olacaq telli bir oyuncaq hazırlamaq qərarına gəlir. “Slinky” adı ilə tanınan bu oyuncağı hazırlamaq üçün olduqca çox vaxt lazım gəlir. James 500 dollar kredit alaraq oyuncağı ərsəyə gətirmək üçün cihaz istehsal edir.

Maraqla qarşılanan bu oyuncaq üçün məşhur uşaq oyuncaqları dükanında təqdimat mərasimi keçirilir.Təqdimatdan sonra az qala oyuncağın hamısı satılır. Şirkət daha sonra 300 milyondan çox “Slinky” istehsal edir.  Dünyada bu oyuncaq olduqca məşhurlaşdığına görə, və təbii ki, Jamesə də yaxşı pul qazandırır.

 

Ced Mureta

Ced Mureta 2009-ci ildə keçirdiyi yol qəzası zamanı ciddi xəsarət aldı və 6 ay xəstəxanada müalicə olundu. Müalicə əsnasında Mureta, telefonlara bəzi əlavə təhlükəsizlik xüsusiyyətləri üçün barmaq iz  tətbiqini hazırladı. İxtiraçı 1.800 dollarlıq bir təklif ilə tətbiqi inkişaf etdirəcək birini tapdı. Ögey atasının kredit kartını istifadə edərək “App Store” proqramını başlatdı və 620.000 dollardan daha çox gəlir əldə etdi.

 

Eric Lauves

1992-ci ildə Eric Lauves itirdiyi çəkici axtarmaq üçün yoldaşından metal sensoru (metal axtaran) istəyib. Eric çəkici axtararkən minlərlə il əvvələ aid gümüş və bürünc sikkə, zərgərlik və digər tarixi qalıqlara rast gəlir. Birləşmiş Krallıq qanunlarına uyğun olaraq  həmin xəzinəyə mükafat olaraq təqdim edilən  3 milyon dollar Lauves və ərazi sahibi arasında bölünür.

 

Guy Laliberte

Kanadalı Guy Laliberte, sirk karyerasına küçədə akordion çalaraq, ipin üzərində kəndirbazlıq edərək və atəş udaraq başlamışdı. 1987-ci ildə Los Anceles İncəsənət Festivalına Quebecdən müvəffəqiyyətli bir rəqslə qrupunu dönüş bileti belə almadan gətirərək riskli bir cəhd etmişdir. Şansı gətirmiş və sirk qrupunu Las Veqasa gətirərək bu gün tanıdığımız dünya tərəfindən məşhur” Cirque de Soleili” yaratmağı bacarmışdır.

“Cirque du Soleil” hazırda müzakirəsiz dünyanın ən məşhur və müvəffəqiyyətli sirkidir. Sirk, 4.000-dən çox işçisi və 90 milyondan çox izləyicisi ilə dünya səviyyəsində məşhurdur. Burada keçirilən nümayişlər hər il nizamlı 800 milyon dollar gəlir əldə edir. Bu da Laliberteyə təxminən 1.8 milyard dollar qazandırıb.

 

Terri Herbert

5 iyul 2009-cu ildə siravi ingilis fermeri Terri Herbert , qızının itirdiyi üzüyü köhnə metal detektoru ilə axtararkən  evinin yaxınlığında qədim bir xəzinə aşkar edir. Bu xəzinə küpünün içində 1500-ə yaxın müxtəlif qızıl və gümüş zinyət əşyaları olur. Tapıntının çəkisi 7.5 kq, ümumi dəyəri isə 5.3 milyon dollar civarında qiymətləndirilmişdir. Bu qədim tapıntı dövlətə aid olduğuna görə Terri Herbert xəzinənin dəyərinin yarısına qədər mükafat alır .

 

Milner Broun

Şotlandiyanın Biggar şəhərində yaşayan evli bir cütlük evləri üçün artıq istifadə olunmuş 5 oturacaq alırlar. Oturacaqların bərpasına əlavə vəsait olmadığından onlar 6 ildən çox evin çardağında qalır. İllər sonra evin sahibi olan Milner Broun oturacaqları düzəltdirməyə qərar verir. Oturacaqları sökməyə başlayan Milner Broun zinyət əşyaları ilə dolu bir xəzinə aşkar edir. O, bu haqda heç kəsə danışmır . Yalnız bir necə dəfə həyat yoldaşına dəyərli hədiyyər alır . Yalnız 2016-cı ildə  aşkar etdiyi bu tapıntı haqqında danışaraq, onu dəyərləndirməyə qərar verir. Deyilənlərə görə, xəzinənin dəyəri bir neçə milyon dollar idi.

 

Martin Backhouse

61 yaşlı piano ustası Martin Backhouse, Hammington ailəsinin hədiyyə olaraq məktəbə verdiyi fortepianonu təmir etmək üçün  Bishop Castle İcma Kollecinə dəvət edilir. Musiqi alətini sökməyə başlayan usta pianonun dilləri altında Kraliça Viktoriya dövründə buraxılan qızıl sikkələrlə dolu 7 kisə aşkar edir. Bu nadir tapıntının dəyəri 640 min dollar idi. Qızılın kim tərəfindən  və nə vaxt gizlədildiyi hələ də məlum deyil. Lakin bu xəzinəni aşkar edən usta 6 rəqəmli məbləğdə mükafat alır.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir