ter

Tər qoxusundan necə xilas olmalı?

Baxış sayı: 595

Gündəlik həyata mənfi təsir edən faktorlardan biri də tər qoxusudur. Xüsusən isti havalarda yaranan tər geyimə sızdıqda narahatlıq hissi yaradır. Tərin əmələ gəlməsinin kökündə bir çox problem var. Stress, həyəcan, qorxu, yediyiniz qidalar tərləməyə və pis qoxunun yaranmasına səbəb ola bilər.

Beləliklə,  tərləyən zaman yaranan pis qoxunu aradan qaldıracaq vasitələri təqdim edirik.

 

Sirkə

Bədəndə ən çox tərləmə qoltuqaltılarında olur. Sirkə, qoltuğun pH balansını tənzimləyərək bakteriyaların əmələ gəlməsinin qarşısını alır. Pambıq süngərlə çimdikdən sonra sirkəni qoltuğunuza çəkə bilərsiniz. Bu sizə pis qoxudan xilas olmaqda yardımçı olacaq.

 

Uşaq pudrası

Hopdurucu özəlliyi ilə nəmli bölgədəki mayeni azaldır. Eyni zamanda zərərli bakteriyaların əmələ gəlməsinin qarşısını alır. İsti havadan yaranan yaraların müalicəsində də asanlıqla istifadə edə bilərsiniz. Hər gün bədəninizi təmiz bir parça ilə sildikdən sonra tərin ən çox olduğu bölgələrə pudradan çəkib, artıq hissəni təmizləyin.

 

Rozmarin yağı

Yarım fincan qurudulmuş rozmarin yarpağını götürün və 4 stəkan suya əlavə edin. Qısa müddətlik dəmləyin. Çimərkən tərləyən bölgələrinizi yumaqda istifadə edin. Əgər dəriniz qıcıqlanırsa, dərhal istifadəni dayandırın.

 

Soda

Sodan ilə limon suyunu qarışdıraraq hazırlanan məhlul, həm bakteriyaların, həm də qoxunun yaranmasının qarşısını alır. Məhlulu çimməzdən 10 dəqiqə əvvəl qoltuqaltılarınıza çəkin, daha sonra durulayın.

 

Limon

Limon antiseptik xüsusiyyətləri sayəsində zərərli bakteriyaların əmələ gəlməsinin qarşısını alır. Bir limonu yaxşı sıxın, sonra pambıq süngər vasitəsi ilə qoltuqaltılarınıza sürtün. Bu, pis qoxunu azaldacaq, həm də tərdən yaranan qaralmanı aradan qaldıracaq. Məhlulu tətbiq etdikdən 15 dəqiqə sonra isti su ilə yaxalamağı unutmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir