menzil

Kirayə mənzillər – sentyabrda vəziyyət necə olacaq?

Baxış sayı: 544

Pandemiya şəraitinin bir ildən də artıqdır ki davam etməsi bir sıra sahələrin fəaliyyətinə mənfi təsir edib. Xüsusən də kirayə mənzil bazarında bunu aşkar müşahidə etmək olar. Yay olduğu üçün bölgələrdən fərqli olaraq Bakıda hələlik, kirayə mənzil bazarında heç bir dirçəliş nəzərə çarpmayıb. Yeni tədris ilinin yaxınlaşması kirayə mənzil bazarında bir canlanmanın ola biləcəyini deməyə əsas verir. Ali və orta ixtisas təhsili müəssisələrində təhsil əyani şəkildə davam etdirilərsə, Bakıya tələbə axını olacaq. Lakin bu, bu Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarına bağlı olan bir məsələdir.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, ötən ilin yay aylarında Bakıda bəzi kirayə mənzillər boş qalsa da, hazırda paytaxtda köhnə tikililərdə ucuz kirayə mənzillərin sayında qıtlıq müşahidə olunur. 200-250 manat civarında kirayə verilən belə mənzillərin əksəriyyəti artıq dolub. Operativ Qərargahın verəcəyi qərardan asılı olaraq, əyani tədris bərpa olarsa, kirayə mənzil bazarında canlanma ola bilər. Lakin hazırda bu barədə heç bir fikir irəli sürmək mümkün deyil”, – deyə o bildirir.

elnur ferzeliyev

“Qarşıdan yeni tədris mövsümü gəlir. Tələbələrin böyük əksəriyyəti hər zaman təhsil aldıqları universitetə yaxın ərazidə kirayə mənzil tuturlar. Onların da əskrəiyyəti Yasamal rayonu – “sovetski” adlanan ərazilərdə məskunlaşırdılar. Hazırda isə həmin ərazilərdəki bu tikililərin böyük hissəsi sökülüb. Bu evlər söküldükdən sonra həmin ərazidəki ucuz, kirayəlik evlər artıq dövriyyədən çıxıb. Tələbələr arasında köhnə 5-mərtəbəli binalarda qalanlar da olurdu ki, hazırda onlar da mərhələli şəkildə sökülür”, – deyə ekspert əlavə edib.

Fərzəliyev onu da deyir ki, həmin binalar da söküldükdən sonra mənzil sahiblərinə yenicə təmirdən çıxan evlər verilir. Belə olan halda, həmin mənzil kirayəyə verildikdə onun da qiyməti avtomatik olaraq artır.

“Yeni təklif olunan qiymətlər isə artıq tələbələr üçün əlçatan olmur. Bu səbəbdən tələbələrin əksəriyyəti şəhər kənarlarına üz tutacaqlar. Belə olan halda isə tələbənin iki saat, iki saat yarım vaxtı elə yollarda itmiş olacaq. Bu amilin təbii ki, təhsilə də təsiri var. Bu səbəbdən ötən gün təhsil nazirinə müraciət edərək tələbə yataqxanalarının bərpasının vacibliyini vurğulamışdım. Universitetlər çox olsa da, yataqxanalar, tələbə yataqxanaları demək olar ki yoxdur. Tələbələr yenidən Bakıya üz tutanda, qiymətlər artacaq və ev tapmaq yenidən bir problemə çevriləcək”, – deyə ekspert vurğulayıb.

Bahalaşmaya səbəb olan amillərdən danışan ekspert deyib ki, şəhərdə tikintinin qiymətini artıran ən böyük amil tikintiyə yararlı torpaq sahələrinin baha olmasıdır.

Mənzilin giriş qapısı, arxiv şəkli

“Çünki mövcud yataqxanaların əksəriyyəti istismara yararlı deyil. Həmin ərazilərdə yataqxanaları tikib oradakı mənzilləri də minimal qiymətə tələbələrə kirayə verə bilərlər”.

Qeyd edək ki, kirayə mənzil bazarına nəzər yetirdikdə orta qiymətlərin ərazidən asılı olaraq 300-600 manat arasında dəyişdiyini görmək olar.

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir