Dünya tarixində ən çox satılan avtomobil sırasında 10-cu yeri “Chevrolet Impala Sedan” modeli tutur. Bu “Chevrolet” modelləri sırasında 1958-ci ildən bəri ən böyük satış göstəricisi hesab edilir. Genişliyi ilə seçilən 2014-cü il model sedan indiyə qədər 14 milyon ədəd satılıb.
Tarixin ən çox satılanlar avtomobilləri siyasından alman brendi “Volkwagen” də yer alıb. “Volkwagen”in Passat modeli 1973-cü ildən indiyə kimi 15,5 milyon ədəd satılıb.
Dünyada ən çox satılanları siyahısında 8-ci yeri tutan avtmobil “Ford”un “ Model T”dir. Belə ki, 1908-ci ildə Henry Ford tərəfindən Detroiddə avtomobil fabriki yaradılıb. İlk istehsal edilən isə “Model T” olub. 20 il ərzində bu maşından dünyada 16,5 milyon ədəd satılıb.
1976-cı ildən indiyə kimi Yaponiya brendi “Honda”nın “Accord” modeli 17,5 milyon ədəd satılıb. “Bestseller” 1989-cu ildən Amerikada istehsal edilməyə başlayıb və qısa müddətdə həm ailə, həm də təhlükəsiz avtomobil kimi məşhurlaşıb.
“Honda”nın digər bir modeli- “Civic” də 17,5 milyon ədəd satışla ən çox satılan avtomobillər cərgəsində qərarlaşıb.
“Ford” avtomobilləri sırasında 1968-ci ildən Avropada satışına başlanılan “Escort” modeli xeyli çox satılıb. Yeni konsepti gələn Çində də satılacaq “Escort” avtomobilindən dünyada 18 milyon satılıb.
1938-ci ildən istehsal edilən “Volkwagen Beetle” həm əyləncəli dizaynı və qiymətinin ucuz olması ilə seçilib. Bu avtomobilin daha çox satılmasına səbəb olub. Dünyada bu modeldən 23,5 milyon satılıb.
2006-ci ilə kimi “Rabbit”, daha sonra “Golf” adlanan model “Volkwagen”in “bestseller”i olub. Bu xeçtbək 1974-cü ildən bəri 27,5 milyon ədəd satılıb.
Nə qədər qeyri-adi səslənsə də, ən çox satılanlar siyahısında “Ford” modeli 2-ci yeri tutur. “Pikapların kralı” adını alan “Fordun” F Seriyası ilk dəfə 1948-ci ildən istehsal edilməyə başlayıb. İlk model “F 150” olub. İstehsal edildiyi cəmi 6 ildə 35 milyon ədəd satılmağı bacarıb.
Və ən nəhayət, tarixdə ən çox satılan avtomobil “Toyota Corolla”dır. Azərbaycanda daha çox alınan bu “Toyota” modelinin ilk istehsalına 1966-cı ildən başlanılıb. 40 milyon ədədlə 1974-cü ildə dünyanın ən çox satılan avtomobili seçilib. Avtomobil ekspertləri bildirirlər ki, təkcə bu il “Toyota Carolla”nın 300 min modeli satılıb.