MASİN

Tarixdə ən çox satılan avtomobillər – FOTOLAR

Baxış sayı: 1. 824
 Amerikanın məşhur avtomobil portalı  “Autoblog” tarixdə ən çox satılan 10 avtomobilin adını açıqlayıb. Siyahıda ABŞ, Yaponiya və Almaniya avtomobilləri yer alıb.

Dünya tarixində ən çox satılan avtomobil sırasında 10-cu yeri  “Chevrolet Impala Sedan” modeli tutur. Bu “Chevrolet” modelləri sırasında 1958-ci ildən bəri ən böyük satış göstəricisi hesab edilir. Genişliyi ilə seçilən 2014-cü il model sedan indiyə qədər 14 milyon ədəd satılıb.

Tarixin ən çox satılanlar avtomobilləri siyasından  alman brendi “Volkwagen”  də yer alıb.  “Volkwagen”in  Passat modeli 1973-cü ildən indiyə kimi 15,5 milyon ədəd satılıb.

Dünyada ən çox satılanları siyahısında 8-ci yeri tutan avtmobil “Ford”un “ Model T”dir. Belə ki, 1908-ci ildə  Henry Ford tərəfindən Detroiddə avtomobil fabriki yaradılıb. İlk istehsal edilən isə “Model T” olub. 20 il ərzində bu maşından  dünyada 16,5 milyon  ədəd satılıb.

1976-cı ildən  indiyə kimi Yaponiya brendi “Honda”nın “Accord” modeli  17,5 milyon ədəd satılıb. “Bestseller” 1989-cu ildən Amerikada istehsal edilməyə başlayıb və qısa müddətdə həm ailə, həm də təhlükəsiz avtomobil kimi məşhurlaşıb.

“Honda”nın  digər bir modeli- “Civic” də 17,5 milyon  ədəd satışla ən çox satılan avtomobillər cərgəsində qərarlaşıb.

“Ford” avtomobilləri sırasında 1968-ci ildən Avropada satışına başlanılan “Escort” modeli xeyli çox satılıb.  Yeni konsepti gələn Çində də satılacaq “Escort” avtomobilindən dünyada  18 milyon satılıb.

1938-ci ildən  istehsal edilən “Volkwagen Beetle”  həm əyləncəli dizaynı və qiymətinin ucuz olması ilə seçilib. Bu avtomobilin daha çox satılmasına səbəb olub. Dünyada bu modeldən 23,5 milyon satılıb.

2006-ci ilə kimi “Rabbit”, daha sonra “Golf” adlanan model “Volkwagen”in “bestseller”i olub. Bu xeçtbək  1974-cü ildən bəri   27,5 milyon ədəd satılıb.

Nə qədər qeyri-adi səslənsə də, ən çox satılanlar siyahısında “Ford” modeli 2-ci yeri tutur. “Pikapların kralı” adını alan  “Fordun”  F Seriyası  ilk dəfə 1948-ci ildən istehsal edilməyə başlayıb. İlk model “F 150” olub. İstehsal edildiyi cəmi 6 ildə 35 milyon ədəd satılmağı bacarıb.

Və ən nəhayət, tarixdə ən çox satılan avtomobil “Toyota Corolla”dır. Azərbaycanda daha çox alınan bu “Toyota” modelinin ilk istehsalına 1966-cı ildən başlanılıb.  40 milyon ədədlə 1974-cü ildə dünyanın ən çox satılan avtomobili seçilib.  Avtomobil ekspertləri bildirirlər ki, təkcə bu il “Toyota Carolla”nın 300 min modeli satılıb.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir