“Gencaile.az” tarixdə qeydə alınmış ən qəribə ölümlərdən bir neçəsini təqdim edir.
Meteorid vurması nəticəsində öldü
Hindistanda yaşayan bir adam tarixdə ilk dəfə baş verən bir hadisənin qurbanı olub. Dailymailin verdiyi xəbərə görə, 40 yaşlı avtobus sürücü avtomobilindən enib su içdiyi zamanr meteorid vurması nəticəsində həyatını itirib. Ölən adamın ailəsinə dövlət tərəfindən 1000 funt-sterlinq təzminat ödənib.
Filin ifrazatı altında qalıb dünyasını dəyişdi
Bir fil baxıcısı filin təmizliyini edərkən filin ifrazatı altında qalaraq ölüb.
Ayın əksi ilə qucaqlaşıb öldü
Çinli şair Li Ponun Çin ədəbiyyatı tarixində iki məşhur şeiri var. Li Po hər zaman sərxoş vəziyyətdə gəzirmiş. Bir axşam Li Po qayığı ilə Yangtze gölündə üzərkən suya düşən ayın əksi ilə qucaqlaşmaq istəyib. Bu zaman o, qayığından suya yıxılıb, boğularaq ölüb.
Saqqalına görə vəfat etdi
Avstraliyalı Hans Steininger dünyanın ən uzun saqqallı insanı kimi məşhur olub. (1.4 metr) Ancaq onu məşhur edən saqqalları həm də ölümünə səbəb olub. 1567-ci ildə Hansın yaşadığı qəsəbədə böyük yanğın baş verir. Hans saqqalını yığmağı unutduğu üçün saqqalı yanmağa başlayır. Bu zaman Hans huşunu itirib yıxılır, əvvəlcə burnu sınır, daha sonra isə həyatını itirir.
Şirniyyatdan dünyasını dəyişdi
İsveç Kralı Adolf Frederick yeməyi çox sevirmiş və bu sevgisi də ölümünə səbəb olub. 1771-ci ildə 61 yaşlı kral süfrədəki müxtəlif çeşidli yeməklərlə yanaşı sevdiyi şirniyyatdan 14 ədəd yedikdən sonra ölüb.
Zəhərləndi, vuruldu, boğuldu, döyüldü, yenə də ölmədi
Rus sehrbazı Qriqori Rasputin (1869-1916) ilk olaraq on nəfər tərəfindən zəhərlənib, amma ölməyib. Daha sonra üç dəfə tapança ilə vurulub, yenə ölməyib, ağır döyülüb və boğulub, amma heç birində ölməyib. Rasputin sonralar bir qəsəbədə rahat yaşayıb və əcəli ilə ölüb.
Rinqdə öldü
“Kinq Konq” ləqəbli ingilis güləşçi Kirk 1987-də ildə final oyunu zamanı Belly-Splash edərkən, yəni tullanıb rəqibinin üstünə düşmə hərəkətini edərkən infarkt keçirib. Oyundan əvvəl Kirk dostuna ölümün rinqdə olmasını arzu etdiyini söyləyibmiş.
Şərf ölümü
“Müasir rəqsin anası” sayılan Isadora Duncan şərf taxmağı çox sevirmiş və elə şərfə görə də həyatını itirib.New York Times qəzetində yazılan bir məqalədə qeyd edilir ki, 1927-ci ildə Isadora avtomobili çox sürətlə idarə edirmiş. Güclü külək nəticəsində boğazındakı ipək şarf sükana dolaşır və boğazını sıxır. Yanındakı bərbəri və viyolenç çalanı nə qədər çalışsalar da şarfı boğazından aça bilmirlər. Maşın dayandıqdan sonra ilk yardım göstərilməsinə baxmayaraq Isadoranın həyatını xilas etmək mümkün olmur.
Kaktusla gələn ölüm
1982-ci ildə 27 yaşlı Devid Grundman kaktus reklamlına çəkilərkən çöl bitkilərinə tapança ilə atəş açırmış. Atəş zamanı kaktustan qopub üzərinə sıçrayan bir parça ölümünə səbəb olub. İndiyə qədər bu bitkiyə görə ölən tək insan kimi tanınınr.
Portağal qabığına görə öldü
Bobby Leach ölümdən qorxmayan bir adam olub. 1911-ci ildə Niaqara şəlaləsindən bir çəlləyin içində keçən 2-ci adam olan Bobbi Leach ölümə meydan oxuyan layihələri ilə tanınıb. Bu qədər cəsarətli olmasına baxmayaraq ölümü çox gülməli olub. Bir gün Leach Yeni Zellandada gəzərkən portağal qabığını tapdalayaraq sürüşüb və ayağı sınıb. Sonradan ayağı kəsilsə də həkimlər Leachın həyatını xilas edə bilməyiblər.
TV qurbanı oldu
1975-ci ildə bir ingilis ailəsi televizorda ən çox sevdikləri proqramı izləyirlərmiş. Özünü gülməkdən saxlaya bilməyən ər düz yarım saat güldüyünə görə infarkt keçirib ölür. Həyat yoldaşı dəfn mərasimindən sonra proqramı hazırlayanlara məktub yazır. Ərini həyatının son dəqiqələrində bu qədər xoşbəxt etdiklərinə görə təşəkkür edir.