sevgi

Sevgilİsindən ayrılanlar üçün onu bir həftəyə unutmağın yolları

Baxış sayı: 6. 824

Bu plan onu həyatından çıxarmağa və qaldığın yerdən davam etmənə yardım edəcək. Bir anda olmayacaq, amma zaman keçdikcə onun sənin üzərindəki təsirləri azalacaq. “Gencaile.az” Aile.lent.az-a istinadən sevgilisindən ayrılanlara bir həftəyə onu unutmağın yollarını təqdim edir.

I gün: Ağlamaq sərbəstdir

İlk gün həmişə çox pis keçir. Şok, qəbul etməmək və üzüntü kimi duyğular içini yeyir, qəlbini sıxır, canını acıdır. Onu 1 həftəyə unutmaq istəyirsinizsə, bu məqsədinizə çatmağın ilk şərti ayrılıqdan sonrakı ilk 24 saatı təkbaşına keçirməkdir. Bu hallarda səni qarşılıqsız dəstəkləyəcək şəxslər yalnız anan, bacın, ya da ən yaxın dostun ola bilər. Tək etməli olduğun onlardan yardım istəməyindir. 1 gün içində heç bir şey qalmasın: hər şeyi anlat, ağla, lazım gələrsə, evdə salfet qoyma, amma ürəyini tamam boşalt!

II gün: Onu içindən at

Çox üzgünsən, səni anlayırıq. Amma yenə də bir az güc topla və onun sənə aldığı hədiyyələri, fotoları toplayıb ortadan qaldır. Ancaq onları qətiyyən cırma, dağıtma! Bu gün ən sevdiyin şeyləri etməyə çalış, musiqi dinlə, kitab oxu, dostlarınla görüş, televizor izlə. Xatirələri də hafizənin ən dərin yerində saxla və onu unutduğunu xəyal et. İnan, sabah həyat sənin üçün daha asan olacaq.

III gün: Ondan uzaq dur

Onu qətiyyən axtarma. Feysbukda “online” gördüyündə tez “salam” yazma. Telefonuna mesaj göndərmə. Bil ki, o, artıq keçmişdə qalıb. Onun yerinə dostlarına yaz, ailənlə söhbətləş, internetdə başını qat. Planlarına onu da qatmaq, yenidən birgə olmağın xəyalını qurmaq sənə qəlb acısından başqa bir şey yaşatmaz. Əgər eyni iş yerində işləyirsinizsə, onunla qarşılaşdığınızda məsafəni qoru və unutma ki, dost olmaq üçün hələ hər şey çox yenidir.

IV gün: Ayrılıq dostu tapın

Bu, qız, ya oğlan ola bilər, fərq etməz! Yetər ki, ayrıldığın sevgilinə nəsə yazmaq, ya onu görmək istəyərkən səni əngəlləyə bilsin. Hər şeyi ona anlat. Və onun anlatdıqlarını da dinlə. Sənin yaxşılığını düşündüyünü və sənə dəstək olmaq üçün yanında olduğunu qətiyyən unutma.

V gün: Haqqından gəlmək zamanı

Geriyə qəzəbin qaldığı günlər başladı. Sənə yaşatdıqlarından sonra ona qəzəbli olmağın normal haldır. Gücünü yavaş-yavaş toplamağa başladığına görə hərəkətə keçə bilərsən. Evə yapışıb qalma! Dostlarınla əlaqəni kəsmə! Özünü zəif, kimsəsiz, tərk edilmiş hiss etmə! Əksinə, onu önəmsəmədiyini və yaşadıqlarınızın gözəl bir xatirə olaraq artıq keçmişdə qaldığını ona hiss etdir. Dostlarınla gülüb əyləndiyində səni görərək nələr itirdiyini görsün.

VI gün: Yeni və dopdolu bir həyat qur

Dostuna zəng vur. Rəqsə, ya da iş sonrası hansısa kursa üzv ol. Zamanının çoxunu yalnız keçirmək yerinə, sosial fəaliyyətlərə qatıl.

VII gün:  Bu gündən etibarən artıq özünü daha yaxşı hiss etmiş olmalısan. Unutma,  bunun kimi hələ çox 7 günlər keçəcək və “onu unuda bilməyəcəm”, – deyən sən bir də görəcəksən ki, yenidən aşiq olmusan.




5 şərh “Sevgilİsindən ayrılanlar üçün onu bir həftəyə unutmağın yolları

  1. fidan

    Yeniden sevmek istemirem. Qetiyyen. Men istemirem kimse menle bedbext olsun. Men özümü çirkin hesab edirəm ve özümü kimese yaraşdirmiram. Qoy hami xoşbext olsun. Men tek xoşbext ola bilerem bilirem. Yeterki sevdiyim insana olan bu aci sevgim çixsin redd olsun üreyimden. Üreyim ağriyir. Bu ağrılara dözmək çetindir mənə.

    Cavabla
  2. qayğısız melek

    Men sevdiyim insanın getdiyini bilende deli olmuşdum.Her defe çöle çıxanda her yerde o gözüme görünürdü.
    Amma sevdiyin insanın seni qarşılıqsız sevmesi bir başqa dastandır.Başqası ile sevgili ola bilersen.Amma onun sene vurduğu yaranı heç vaxt sağalda bilmessen

    Cavabla
  3. Emin

    Bir kəliməlik söz unutmağ mən bacarmıram qalib gələ bilmirəm o 8 ayı unuta bilmirəm,Burda yazdığınızların heç birini eliyə bilmirəm,Mən biri sevmək haqqında təzə təzə başlamağa addım atmağını görəndə az qalıram deyəm ki boş şeydir dəmək istəyirəm,Mən sevmək istəyənlərə deyirəm mənim kimi kefsiz çarəsiz qanı qara hər günü küçəyə şəhərə hara olur olsun fərqi yoxdur gedərkən xatirələrin sizi üzməyini istəmirsizsə and içirəm ki sevməyin

    Cavabla
  4. 🌹

    Sözün bitdiyi yer hğr şeyi cirib dağitmişam çoxda peşmanam ona dair nəyisə atmağ məmçün yaxşi olmadi nə qədər dostıarimla görüşüm elim tək qalanda gecə gözümdnəən axan yaşlari heç bir dost saxlaya bilmir. Evlənmə təklif elədiyi üzüyü atdim qirilmişam neynim olmur alinmir

    Cavabla
  5. Sevgi

    Bir il qabaq mənə sevdiyim insanı unutdurdu dost kimi köməy elədi indi mən ona dəli kimi vurulmuşam ama onun istədiyi var sözlə ifadə eləmək inanın çətindi. Dünən yazdım sevirəm dedim sil nömrəmi blokla hisslərim tam başqadı sənə dedim ona görə uzaq olaq dedim . inanın mənə heç reaksiya vermədi . keçib gedəcək olan şeydi dedi . həqiqətən qarşılıqsız sevgi insanı mənən çökdürür ancaq tək olanda ağlıyıram əlimdən heçnə gəlmir bu dediylərinizin də heç biri köməy eləməz çünki bunlar normal sevenlere kömək edər mən onu həyatda yaşam səbəbim kimi görürəm yeganə yolum ölümdür ona da gücüm çatmır

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir