Mətbəxlərimizi bəzəyən, restoran və kafelərdə 2 dəqiqə içində isidilərək bizə təklif edilən qidalara öz “töhfə”sini verən cihazlardan biri də mikrodalğalı sobalardır. Mikrodalğalı sobalar yüksək nisbətdə radiasiya göndərərək qida atomlarını sürətləndirir və isinməni təmin edir. Normal, çoxumuzun evində olan bir mikrodalğalı sobanın içindəki qidaya göndərdiyi radiasiya, bir “WI-FI” şəbəkəsindəki radiasiya sıxlığından təxminən 100.000 dəfə artıqdır. Mikrodalğalı sobalarda isidilən yeməklər sonsuzluq yarada bilir.
Fayda verəcəyini düşünürdü, təhlükə verdi
Mikrodalğalı soba 1946-cı ildə icad edilib. Persi Spenser adlı amerikalı alim ultra yüksək tezlikli radarlar üzərində işləyirdi. Bir gün o, maqnetronla təcrübə apararkən cibindəki şokoladın əriməsinin şahidi olur. O, maqnetronun üzərinə sendviç qoyaraq yeməklə təcrübəni təkrarlayıb. Məhsul isinir. 1947-ci ildə Persi Spenser öz ixtirasını patentləşdirdi. Beləliklə, elektromaqnit şüalanmasının o dövr üçün faydalı hesab edilən, amma əslində insanlığa böyük zərəri olan bir xüsusiyyəti – yeməyin sürətli qızdırılması kəşf edildi.
Ukraynalı ekoloqlar sübut ediblər ki, mikrodalğalı sobalar insan orqanizminin enerjisini molekulyar səviyyədə dəyişdirir. Alimlər xüsusilə uşaqlara və hamilə qadınlara belə sobalarda hazırlanan qidaları yeməyi məsləhət görmürlər. Elektromaqnit dalğaları sobadakı qidanın, mayenin molekullarının strukturunu dəyişdirir. Bu sobalarda isidilmiş qida və mayelərdən daxil olan mənfi energetika qanın və limfaların tərkibinə təsir göstərir, xərçəng şişlərinin inkişafına stimul verir.
Qanın tərkibinə təsir edir!
Mikrodalğalı soba işləyərkən elektromaqnit dalğaları 500 metr radiusda olan insan orqanizminə də ciddi təsir göstərir. Onlar qanın tərkibini dəyişir, hemoglobini azaldır və ağ qan hüceyrələrinin sayını artırır. Mikrodalğalı radiasiya da qan damarlarında yüksək sıxlıqlı xolesterolun tərkibini dəyişdirir. Araşdırmalar sübut edib ki, mikrodalğalı sobalar onların içində qızdırılan süd məhsullarına daha çox təsir edir. Elektromaqnit titrəyişləri südün tərkibini dəyişir. L-prolin turşuları d-izomerlərə çevrilir. D-izomerlər zəhərlidir, sinir sistemini məhv edir, böyrəklər üçün çox təhlükəlidir. Radiasiya zülalı deformasiya edir və xassələrini dəyişir. Mikrodalğalı sobada isidildikdən sonra ətdə kanserogenlər yaranır. Həmçinin təxil məhsulları da mikrodalğalı sobada qızdırıldıqda kanserogenlərlə zəngin olur.
Mikrodalğalı sobada yemək qızdırıldıqda, qida parçalarının hüceyrə membranı zəifləyir. Qida asanlıqla viruslar, göbələklər və digər mikroorqanizmlərlə yoluxur. Bu qidanaın qəbulu bədən əzalarının tədricən çürüməsinə səbəb ola bilər. İnsanlar mikrodalğalı soba radiasiyasına məruz qaldıqda, radiasiya immunitet sistemini pozaraq, hüceyrə bərpasının təbii mexanizmini boğur. Bir insanın mikrodalğalı sobada isidilən yeməkdən aldığı zərər dərhal hiss edilmir. Bu radiasiya bədəndə on beş ilədək toplanır, sonra isə müxtəlif xəstəliklər şəklində özünü göstərir.
Qida dəyəri məhv olur
Rus alimləri, həmçinin, müəyyən ediblər ki, qidanın qida dəyəri bu sobada qızdırılan zaman 80% azalır. Alimlərin fikrincə, mikrodalğalı sobada yeməklərin qızdırılması və onun köməyi ilə ətin buzunun əridilməsi qanın tərkibinin dəyişməsinə və insan limfa sisteminin fəaliyyətinin pozulmasına, hüceyrə membranlarının sabitliyinin pozulmasına, sinirlərdən beyinə gələn siqnalların axınının yavaşlamasına, mərkəzi sinir sistemində enerji itkisinə səbəb olan sinir hüceyrələrinin parçalanmasına yol açır. Tədqiqatlar mikrodalğalı sobada bişmiş yeməyin aşağı pH dəyərinə malik olduğunu qeyd edir ki, bu da turşu-qələvi balansını pozur və orqanizmin daxili mühitini turşulaşdırır.
Mikrodalğalı sobada hazırlanmış popkorn yemək isə, sadəcə, intihara cəhd etmək deməkdir. Mikrodalğadan popkorna keçən diasetil adlanan kimyəvi maddə ciyərlərimizə düşərək onu zədələyir.
Bir neçə il öncə ABŞ-da federal məhkəmənin qərarından sonra, istehsalçı insan orqanizmi üçün xeyirli olmayan bu qidanı yeyəndən sonra zərər çəkmiş kişiyə təzminat qismində 7,2 milyon dollar ödəməli oldu. 59 yaşıl Ueyn Uotson müntəzəm olaraq evdə popkorn hazırlayaraq yediyindən ağciyərlərində çox nadir xəstəlik yaranıb. Uotson müayinələrin nəticələri ilə sübut edib ki, xəstəliyinin səbəbi popkornu mikrodalğalı sobada hazırlamaq üçün istifadə edilən yağın tərkibində yaranan diasetildir.
Mikrodalğalı sənayenin sonu?
2021-ci ildə Yaponiya hökuməti ölkədəki bütün “mikrodalğalı sobaları” ilin sonuna qədər utilizasiya etmək qərarına gəldi. Bu qadağanın səbəbi Xirosima Universitetinin alimlərinin apardığı araşdırma olub. Alimlər mikrodalğalı sobalardan çıxan “radio dalğalarının” son 20 ildə sağlamlığa 1945-ci ilin sentyabrında Xirosima və Naqasakiyə atılan atom bombaları qədər zərər verdiyini müəyyən ediblər. Mütəxəssislər müəyyən ediblər ki, mikrodalğalı sobalarda qızdırılan yeməklərdə sağlam olmayan vibrasiya və radiasiya var. Yaponiyada bütün mikrodalğalı soba fabriklərinin tədricən bağlanacağı barədə sosial şəbəkələrdə və mətbuatda məlumatlar yayıldı. Tələblərə əməl etməyən və bu sobalardan istifadə edən bütün vətəndaşları və təşkilatları cinayətin ağırlığından asılı olaraq 5 ildən 15 ilədək həbs cəzası gözləməsi barədə məlumatlar dərc edildi. Xatırladaq ki, həmin vaxt Cənubi Koreya bütün mikrodalğalı soba fabriklərini 2021-ci ilə, Çin isə 2023-cü ilə qədər bağlamaq planlarını açıqlamışdı.
Həmin ərəfədə Rusiya mətbuatında yayılan bəzi məlumatalarda isə deyilirdi ki, 2011-ci il martın 11-də Fukusima AES-də baş vermiş qəzadan sonra nəyin bahasına olursa olsun resurslara qənaət etmək və nüvə enerjisindən istifadədən uzaqlaşmaq qərarı alındı. Vətəndaşlar enerjiyə mümkün qədər qənaət etməyə təşviq edilməyə başlandı, hər yerdə bu cür müraciətlərin əks olunduğu plakatlar asdılar, şəhərlərdə binaların və körpülərin işıqlandırılmasını söndürdülər, mümkün bütün qənaət növlərinə əl atıldı.
Hamımız yaponların çox intizamlı olduqları barədə məlumatlıyıq, hökumətin çağırışından sonra əhali elektrik cihazlarından istifadəni minimuma endirməyə çalışdı, bu, ilk növbədə mikrodalğalı sobalara aiddir, çünki məhz bu sobalar və elektrik çaydanları, düyü bişirmək üçün istifadə edilən xüsusi elektrik qazanları çox enerji sərf edir. Bir ailənin bir neçə televizoru varsa, hamısı ləğv edilərək yalnız 1 televizor istifadə edildi, kondisionerlər yalnız ən kritik anda istifadə edilir. Metro və alış-veriş mərkəzilərində bəzi eskalatorlar və liftlər söndürülüb.
Erkən doğuşa, anomaliyaya səbəb olur
Qərb mütəxəssislərinin son 15 il ərzində apardığı tədqiqatların nəticəsi olaraq aşkarlanıb ki, bu məişət texnikası hamilə qadınların özlərinə və onların doğulacaq körpələrinin gələcəyinə mənfi təsir edir. Belə ki, hamiləlik zamanı mikrodalğalı sobadan istifadə edən qadınlar sağlam şəraitdə vaxt keçirənlərə nisbətən anomal hamiləlik yaşamaqla bərabər eyni zamanda erkən doğuşlara məhkum olunur, yenidoğulmuşlar isə daha çox dünyaya travmatik gəlmə ilə üz-üzə olurlar. Eyni zamanda onların gələcəkdə xroniki xəstəliklərə tutulma ehtimalı 5 dəfə artmış olur. Təcrübələr 800 hamilə qadın üzərində və onların uşaqları üzərində 15 ilə yaxın müddətdə aparılıb, təhlükəyə səbəb kimi artıq dozada qəbul olunan elektromaqnit dalğaları göstərilib.
Mikrodalğalı sobaların faydaları və zərərləri, cihazın sağlamlığa olan təhlükələri haqqında olduqca çox araşdırma aparılıb, amma bəzi tədqiqatlar fərqli nəticə ortaya qoyur. Ehtimal ki, bu mikrodalğalı soba istehsalçıların satış faizlərinin düşməsindən narahat olur və sifarişli materaillar hazırlanmasını təşkil edir. İnsanlar mikrodalğalı sobanın praktik istifadəsindən dolayı ondan imtina etmir, lakin yeməyi tez qızdırmaq üçün işlərinə yarayan bu sobanın, əslində, evə və sağlamlığa qoyulan bomba olduğunun fərqində deyillər.
Lalə Mehralı