Qədim Rusiyada hündür və nə qədər qəribə olsa da, kök qızlar ən heyrətamiz gəlinlər sayılırdı. Ona görə də, arıq qızlar nişanlılarını aldatmaq üçün üst-üstə köynək və ətək geyinirdilər. Bu arada adaxlı oğlanın çəki və boyu o qədər də önəmli deyildi. Əsas olan onun ailəsinin zəngin olub-olmaması idi.
“Gencaile.az” “Publika.az”-a istinadən qədim Rusiyada evlilik məsələsinin geniş ictimaiyyətə məlum olmayan absurd tərəflərini oxuculara çatdırır:
Gəlini adətən oğlanın atası seçirdi, o, ilk olaraq namizəd olan qızın atası ilə danışır, yalnız bundan sonra elçilər qız evinə gedirdi. Toyun birinci günü gəlin qayınanasına öz əli ilə tikdiyi köynək hədiyyə etməli idi. Ertəsi gün qayınana bu köynəkdə toya gəlirdi. Yaxud öz köynəyi ilə gələrək bəyan edirdi: “Orada baxmalı bir şey yox idi!”.
Bu, o demək idi ki, oğlu heç bir işə yaramayan xanımla evlənir. Əgər gəlin bakirə deyildisə, onunla boşanmaq olmazdı: “Nikahlandılarsa, deməli, onları bir-birinə Allah göndərib – artıq onun axsaq, qozbel, ümumiyyətlə, necə olması əhəmiyyət daşımırdı”.
Bəzən günümüzdə də mövcud olan, bakirəliyi imitasiya naminə gizli olaraq xoruz kəsib qanından istifadə edirdilər.
Bütün bunlara baxmayaraq, çox az adam bilir ki, qədim Rusiyada əgər zifaf gecəsi kişinin əlindən bir şey gəlməsəydi, gənc qadın dərhal gedib özünü suda boğmalı idi…
Hesab edilirdi ki, bu, bədəli ağır olan bir biabırçılıqdır – qadın kişini cuşa gətirmədi və onu ehtiraslandıra bilmədi. Hərçənd, bəlkə kişi impotent idi, yaxud həmin gecə təsadüfən alınmadı, ertəsi gecə alınacaqdı. Amma yox, bu hallarda qadın üçün ikinci gecə anlayışı sadəcə yox idi. Yeri gəlmişkən, xristianlığın gəlişilə bu absurd adət tədricən aradan qaldırıldı.