toy

Toyda gəlin və bəyin başına gələn gülməli hadisələr

Baxış sayı: 2. 150

1. “Səhər tezdən başlayan hazırlıqları video çarx kimi çəkmək üçün kameraman çağırmışdıq.

O isə həmin hazırlıqların ən maraqlı yerlərini qaçırmışdı. Əvvəlcə rəfiqələrimin və bacımın mənə

surpriz hədiyyələrini, sonra isə bəyin və dostlarının gəlmə anını çəkməmişdi. Surpriz hədiyyələr

geri verildi, bəy gülü məndən götürdü və yenidən gəlmək üçün dostları ilə geri qayıtdı, bir sözlə,

hər şeyi yenidən etməli olduq.”

2. “Tıxaclara görə toya gec qalmışdıq və bir də arxamıza baxdıq ki, arxada heç bir maşın yoxdur.

Sən demə, toy karvanından bir maşın alternativ yol ilə getmək istəmiş və bütün qalan maşınlar da

onun arxası ilə getmiş. Biz isə tək başına toya çatdıq və gördük ki, bütün maşınlar artıq ordadır.”

3. “Toyumuzun ən komik anı – bəyin geyinəcəyi kostyumu alarkən kassada şalvardakı siqnal vermə detalını çıxarmağı yaddan çıxarmaqları ilə başladı. Bunu görməmişdik və yoxlamaq da ağlımıza gəlməmişdi. Toy günü bəy onu geyinəndə vaxt azlığından onu çıxartdırmaq üçün mağazaya qayıda bilmədi. Qısası, toya üstündə siqnal vermə detalı ilə gəldi.”

4. “Kirayə aldığımız gəlin maşını çox köhnə bir “Ford” idi və o qədər yavaş gedirdi ki, arxadakı bütün maşınların səbri çatmadı və bizi ötüb keçdilər. Biz də düşdük Forddan və taksiyə minib toya gəldik.”

5. “Nigahımız olanda bəy məni öpmək əvəzinə nigah şahidi olan dostunu öpdü və bu foto bizim toy günümüzün ən gülməli fotosudur.” (menimtoyum.az)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir