Pervin Bagirova

Travma sonrası stress pozuntusu haqqında bilmədikləriniz

Baxış sayı: 545

Qәza, tәbii fәlakәtlә qarşılaşdıqda vә ya şahidi olduğumuz zaman baş verәn emosional dәyişiliklәrlә tanışıq. Biz tez -tez bu xoşagәlmәz tәcrübәlәri unutmaq istәsәk dә, bir müddәt onların tәsiri altında qala bilirik. Cinayәtin sürәtlә artdığı dövrdә uşaqlarımız daim psixoloji travma sayıla bilәcәk hadisәlәrlә qarşılaşma riski altındadır. Posttravmatik stress pozuntusu hәr yaşda baş verә bilәr. Uşaqlar yaş vә inkişaf sәviyyәsindәn asılı olaraq müxtәlif simptomlar göstәrә bilәr. Hisslәrini şifahi şәkildә ifadә edә bilmәyәn çox kiçik uşaqlar öz kәdәrlәrini oyun vә qorxu vasitәsi ilә ifdә edir. Mәktәb yaşlı uşaqlar isә daha çox hadisә haqqında tәkrar danışmaq,aqressiv, özünә qapanmış davranışlar,baş ağrısı vә mәdә ağrısı kimi fiziki şikayәtlәrlә narahatlığını ifadә edir. Uşaqda hansı travmatik hadisә baş vermәsindәn asılı olmayaraq, onu yaşadıqları anda qorxu, çarәsizlik hisslәri yaşayır.

usaq-yatmaq

Travma sonrası stressin әlamәtlәri

Uşaq travmatik hadisәni tәkrar-tәkrar yaşayır.Bu hadisә ilә bağlı düşüncәlәr, xәyallar, sәslәr, görüntülәr uşağın düşüncәlәrinә ciddi tәsir göstәrir. Uşaq travmatik hadisәni xatırlayanda hәr hansı bir hadisә ilә qarşılaşdıqda O,şiddәtli narahatlıq keçirә bilәr hadisәni xatırladan hәr şeydәn qaça bilәr. Belә olduqda baş ağrısı, ürәkbulanma, qusma, başgicәlәnmә, ürәk döyüntüsü kimi fiziki simtoplarla qarşılaşa bilәrlәr.

 

Uşaqda travmaya sәbәb ola bilәcәk bәzi hadisәlәr

1) Tәbii fәlakәtlәrә mәruz qalma.

2) Müharibәnin şahidi olmaq, müharibә şәraitindә olmaq  .

3) Hücüma mәruz qalma.

4) Qәzaya uğrama ( yol qәzaları, mәişәt qәzaları, batmaq tәhlükәsi, hündürlükdәn yıxılma)

5) Adam oğurluğu, girov götürmә.

6) Hәyati tәhlükәsi olan fiziki xәstәliyә sahib olamaq.

7) Cinsi vә fiziki zorakırlığa mәruz qalmaq

usaq

Travmadan sonra baş verәn davranışında baş verәn dәyişiklik. Uşaqlar bәzәn sonradan yaşadıqları travma anını xatırlamaya bilәrlәr. Bir hadisәnin hamsını vә ya bir hissәsini xatırlaya bilmәmәk uşaq üçün psixoloji müdafiә mexanizmidir. Uşaq asanlıqla çaşqın vә ayıq olur, uşaq özünü xarici tәhlükәlәrdәn müdafiә etmәyә hazırdır.Ani sәslәr ,hәrәkәtlәr onu dәrhal narahat edir. Bu hipersayıqlıq onun yuxu rejimini dә pozur. Yaxşı yata bilmir, yuxuya getmәkdә çәtinlik çәkir, tez -tez oyanır. Uşağın travmadan sonra göstәrdiyi stress әlamәtlәri onların yaşından, inkişaf sәviyyәsindәn asılı olaraq dәyişә bilәr. Yaşanan travma uşağın gündәlik hәyatında әhәmiyyәtli problemlәr yaradır, vә hәyatını mәhdudlaşdırır. Әziz valideynlәr övladlarınızda olan psixoloji narahatlıqların vaxtında fәrqinә varsanız, cәmiyyәtә sağlam düşüncәli bir insan qazandırmış olarsınız.

 

Psixoloq Pərvin Bağırova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir