tut

Tutun bilmədiyiniz 5 FAYDASI

Baxış sayı: 1. 017

Şərq təbibləri qeyd edirdilər ki, şirin tut sidikqovucu, qanyaradıcı təsir edir, cinsi fəallığı artırır, ağciyərlər üçün faydalıdır, bəlğəmgətirici xüsusiyyətlərə malikdir. Meyvəsindən hazırlanan bəhməz və ya doşab, mürəbbə ürək zəifliyi müalicəsində və xroniki mədə xəstəliyinə faydalıdır. Nəzərə alsaq ki, hazırda tutun mövsümüdür, o zaman vaxt itirmədən bu meyvədən alıb dadmağı məsləhət görürük.

Revmatizmli xəstələrə isə ağ tut meyvələri ilə vanna etmək məsləhət görülür. Həmçinin, onun qurusunun da sağlamlığa olduqca faydası var.

 Ağ tut, qış ayları üçün yaz mövsümünün günəşi altında qurudulduğu zaman elə dəyişikliyə uğrayır ki, egzemaya qarşı sanki möcüzəvi təsir göstərir. Qurudulmuş ağ tutun bir çox faydaları var.

Qan artırır
Tərkibindəki zəngin dəmir mineralları sayəsində orqanizmdə qan yaradıcı təsiri var. Qan azlığı müalicəsində quru tutun əhəmiyyətli yeri var.

Bağırsaq qurdlarının tökülməsinə kömək edir
Həzmsizliyi aradan qaldıran quru tut hər gün mütəmadi olaraq istifadə edildikdə bağırsaqlardakı qurdların tökülməsinə kömək edir.

Qaraciyəri gücləndirir
Quru tutun bir digər faydası da qaraciyərə fayda verməsidir. Qaraciyəri gücləndirən quru tut qaraciyərdən qaynaqlanan xəstəliklərin yaranmasının qarşısını alır.

İmmuniteti gücləndirir
Tərkibində olan xeyli miqdarda C vitamini sayəsində immunitetin güclənməsinə kömək edir. Xüsusilə qış mövsümündə yeyilən 1 ovuc quru tut immuniteti gücləndirərək, xəstəliklərdən qorunmağı təmin edir.

Saça və dəriyə faydalıdır
Quru tut qaynadılaraq suyu ilə yuyunduqda saçı və dərini təmizləyir, qidalandırır və canlandırır.

Azərbaycanda ağ tutun bəkməzindən qaraciyər və qan azlığı xəstəliklərində geniş istifadə edilir. Yarpaqlarının çayı avitaminozda (qidada vitaminlərin azlığı nəticəsində törəyən xəstəlik) ümumi qüvvətləndirici kimi məsləhətdir. Müəyyən edilibdir ki, yarpaqlarından hazırlanan dərman şəkəri aşağı salmaq təsirinə malikdir.
Çin xalq təbabətində köklərinin qabığı hipertoniya xəstəliyində, bronxitdə və bronxil asmada istifadə edilir. Yarpaqlarından hazırlanan dərman hərarət salan, gövdəsinin qabığından hazırlanan isə yarasağaltma xassəsinə malikdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir