Zərərli qidalar və oturaq həyat tərzi ürəyin və qan damarlarının vəziyyətinə mənfi təsir göstərir, hipertoniya və yüksək xolesterol səviyyəsinin inkişafına səbəb ola bilər.
Bunu rusiyalı kardioloq Yekaterina Plemyannikova bildirib.
O qeyd edib ki, “Fast food” yemək vərdişi qan damarlarının və bütün orqanizmin qocalmasını sürətləndirir.
“Ürəyin sağlamlığı üçün yağlı ət, xəmir və şirin sodadan imtina etmək lazımdır. Balıq, tərəvəz və meyvələrə üstünlük vermək daha yaxşıdır. Ancaq sadəcə düzgün qidalanma kifayət deyil – oturaq həyat tərzi ürək-damar sisteminə spirt və siqaretdən az olmayan zərər verir. Divanda yatmaq və ofis işi heç kimi sağlamlaşdırmayıb. Praktik olaraq hərəkət etməyən bir adamda çəki, təzyiq və qanda xolesterinin səviyyəsi artır. Bu həyat tərzi isə ürəyə zərərdir” – mütəxəssis bildirib.
Kardioloq həmçinin yuxu rejimini tənzimləməyi tövsiyə edib və qeyd edib ki, insan daimi yuxusuzluq yaşayarsa, ürəyi daha tez yaşlanar.