ders

Uşağı erkən yaşda 2-ci dil öyrətmətin fəsadları – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 900

Ölkəmizdə dil açan kimi azyaşlı uşaqlara ikinci dilin öyrədilməsi artıq dəb halını alıb. Bir çox valideyn uşaqlarının sonrakı inkişafı, öz həmyaşıdları ilə ünsiyyət zamanı yaşayacağı problemi nəzərə almadan bu addımı atır.

Psixoloqlar isə bəzi valideynlərin azyaşlı övladlarına əlavə dil öyrətməyə meyil etməsini özlərinin yarımçıq arzularını uşaq üzərində tamamlamaq istəyi ilə əlaqələndirirlər. Mütəxəssislər uşaqlara ikinci xarici dilin öyrədilməsinə 5 yaşından erkən başlanılmamasını şiddətlə tövsiyə edirlər. Çünki hər bir dilin özünəməxsus ahəngi var. Uşağın yeni dilə öyrəşməsi, tam qavraması üçün onun nitq aparatının  formalaşması lazımdır.

Nitq aparatı tam formalaşmayan uşağa ikinci bir dil öyrədilməyə çalışılsa, daha sonra uşaqda dil aparatı ilə bağlı problemlər yarana bilər. Hətta bu dişlərin tez çürüməsi, tökülməsi kimi ciddi fəsadlar da törədə bilər.

Övladlarımıza neçə yaşından xarici dil öyrətməliyik? Hələ öz dilini tam öyrənməmiş azyaşlının ikinci bir dil öyrənməsi daha hansı fəsadlar törədə bilər? Öz dilini tam öyrənməmiş uşağa ikinci dilin öyrədilməsi doğrudurmu?

Psixoloq Ramil Nəcəfli ile ilgili görsel sonucu

Psixoloq Ramil Nəcəfli: “Azyaşlı uşaqlara öz dilini öyrənməmiş ikinci bir dilin öyrədilməsinə qarşıyam”

Mövzu ilə bağlı açıqlama verən psixoloq Ramil Nəcəfli bildirdi ki, uşaq dili mənimsəməyə başladığı dövrdə ilk olaraq öz dilinə uyğunlaşmalıdır: “Azyaşlı uşaqlara öz dilini öyrənməmiş ikinci bir dilin öyrədilməsinə qarşıyam. Məktəbə gedənə qədər hər kəs övladına öz dilini öyrətməlidir. Bu yaş elə bir mərhələdir ki, biz uşağın beynində hər şeyin təməlini yeni-yeni qoyuruq və o, hələ tam formalaşmayıb. Buna görə uşağa bir şeyi öyrədərkən, həssas yanaşmalıyıq. Bir məqam da var ki, beynin yeni informasiya qəbul eləməsi qızlarda və oğlanlarda fərqli olur. Yəni qızlar oğlanlara nisbətən yeni informasiyanı daha tez qəbul edir. Məsələn, qızlar həm dinləyib, həm düşünüb, həm də cavab verə bilərlər. Amma oğlanlar əgər bir şeyi dinləyirsə, başqa səs onun fikrini tez yayındıracaq. Qız uşaqlarının bir neçə informasiyanı eyni anda qəbul etməsi prosesi oğlanlara nəzərən daha güclüdür. Əgər biz azyaşlı bir qıza yeni dil öyrətmək istəsək, bunun çox ciddi fəsadları olmaya bilər. Lakin oğlanlarda belə olmur. Oğlan uşaqları bu prosesə çox aqressiv reaksiya verə bilərlər. Çünki yeni informasiyanı qəbul etməkdə çətinlik çəkə bilərlər. Cəmiyyətdə öz həmyaşıdları ilə bağlı ünsiyyətdə çətinliklərlə üzləşə bilərlər. Mən nə qızların, nə də oğlanların öz dilini tam öyrənməmiş, hər şey yarımçıq halda ikinci bir dilin öyrədilməsi fikrinə müsbət yanaşmıram. Bu uşaqların psixologiyasına yaxşı təsir etməyəcək”.

Fazil Mustafa ile ilgili görsel sonucu

Fazil Mustafa: “Türk məktəbləri bağlananda biz bilirdik ki, ölkədə rus məktəbləri geniş intişar tapacaq…”

Məsələyə öz mövqeyini bildirən deputat Fazil Mustafa uşaqlara xarici dil öyrədilməsinə qarşı olmadığını bildirdi: “Mən uşaqlara xarici dilin öyrədilməsinə müsbət baxıram, amma bunu biz uşağa necə öyrədirik? Düşünürəm ki, biz çox sayda tərcüməçi yetişdiririk, lakin düşünən, geniş təfəkkürlü insan yetişdirməyə çalışmırıq. Ona görə təəssüf ki, rus təmayüllü məktəblərə axında da bu meyl üstünlük təşkil edir. Heç kim rus dilinin incəliklərini öyrənə bilmək, bu dildə yazılı mətn ortaya qoya bilmək barədə düşünmür, hər kəs axına, dəbə uyub gedir. Ona görə də mən itəyərdim ki, 10 yaşınadək hər kəs öz dilini öyrənsin, bu dildə təfəkkürünü inkişaf etdirsin, daha sonra özgə dilin istəyə bağlı olaraq öyrənilməsi qəbahət deyil”.

“O vaxt türk məktəblərinin bağlanılması zamanı biz bilirdik ki, ölkədə rus məktəbləri geniş intişar tapacaq, bu barədə xəbərdarlıq da etmişdik” deyən deputat hazırda bu məsələnin ölkəmizdə kritik həddə çatdığını düşünmür.

“İnsanların əksəriyyətinin rus məktəblərinə meylin güclənməsi ilə bağlı narahatlığı var. Lakin buna əsas yoxdur. Türk məktəblərinin bağlanılması insanların rus məktəblərinə meyillənməsinə səbəb oldu. Düşünürəm ki, məktəb alternativi yoxdur deyə, insanlar rus məktəblərinə axın edirlər. Lakin rus məktəblərinin də səviyyəsi aşağıdır, ona görə ki, burada dərs deyənlər də azərbaycanlılardır. Bu müəllimlərin əksəriyyəti rus dilinin incəlikləri, rus ədəbiyyatı, pedaqogikası barədə az bilgiyə sahibdirlər. Dili bilmək hələ hər şey deyil. Yüzlərlə adam rus dilini bilər, lakin hamı gəlib rusca danışa bilməz”.

 

Məleykə AĞASOY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir