xerceng

SOS: Ədviyyatlar xərçəng yarada bilər – EKSPERT RƏYLƏRİ

Baxış sayı: 2. 038

Xidmətdən Ailem.az-a verilən məlumata görə, tamlı qatqılar alarkən istehlakçılar onların qablaşdırılmasına, markalanmasına diqqət etməlidirlər. Çünki bu məhsulların müvafiq standartların tələblərinə uyğun istehsal olunmaması, saxlanması şəraiti və müddətlərinə əməl edilməməsi onların istifadəsini təhlükəli edə bilər:

“Ədviyyatlar və tamlı qatqılar ticarət şəbəkəsində, əsasən, qablaşdırılmış şəkildə realizə olunur. Ədviyyatlar, əsasən, кarton qutularda, döyülmüş və bütöv halda, müxtəlif кütlədə satışa verilir. Qablaşdırma materialı əsasən daxildən perqament və ya podperqament olmaqla kağız və kartondan ibarət olur. Bundan əlavə müvafiq qurumlardan icazə ilə ədviyyatlar sellofan, plastmas, polimer və şüşə qablarda qablaşdırıla bilər. Qablaşdırma vasitəsinin üzərində bu məhsulların quru, qaranlıq və sərin yerdə saxlanması barədə xəbərdarlıq olmalıdır. Tamlı qatmalar isə ən müxtəlif qablaşdırılma materiallarından istifadə olunmaqla qablaşdırılır. Qablaşdırılmış ədviyyatlar və tamlı qatqılar mütləq markalanmalı və etiketdə istehlakçılar üçün zəruri olan aşağıdakı məlumatlar olmalıdır. İstehsalçının adı və ünvanı, malın adı, istehsal tarixi, xalis çəkisi, tərkibi, istehlak xassələri, saxlanma müddəti və s”.

Məlumatda bildirilir ki, ədviyyat və tamlı qatqıların kimyəvi məhsullarla, tez iylənən mal və materiallarla bir yerdə daşınması və saxlanması qadağandır. Ədviyyatlar quru, təmiz, yaxşı havalandırılan ziyanvericilərdən uzaq yerlərdə, 200C temperaturda, 75 faiz nisbi rütubətdə saxlanmalıdır. Bu məhsullar yağışlı və nəmli havalardan sonra mütləq havalandırılmalıdır. Ticarət obyektlərindən bu məhsulları alarkən onların saxlanma, şəraitinə və markalanmasına diqqət edin. Əks halda istehlakçı hüquqlarınızın pozulması ilə yanaşı aldığınız mal gözlənilən effekti verməyəcək.

Tibb eksperti Adil Qeybulla mövzu ilə bağlı Ailem.az-a danışarkən bildirib ki, qida əlavələri mütxəlif kodlarla işarələnir. Məsələn, Avropada istehsal olunan qida əlavələri “E” kodu ilə işarələnir və hərfin qarşısında 3 və ya 4 rəqəmli kod olur: “Bu, həmin qida əlavəsinin kodudur. Tutaq ki, E 135. Bu, konkret olaraq qida əlavəsinin növünü göstərir. Məişətdə istifadə edilən limon duzundan tutmuş, ən müasir kimyəvi boyalara qədər bu kodlar göstərilməlidir”.

A.Qeybullanın sözlərinə görə, toksiki təsirinə, konsoregen, yəni xərçəng şişi yaratma təhlükəsinə görə, dünyada bəzi qida əlavələrinin istehsalına qadağalar qoyulub: “Rusiyada tərkibində qida əlavələri olan bəzi qidaların idxalı dayandırılıb. Həmin ölkədə bütün qidaların tərkibi ciddi şəkildə yoxlanılır, Azərbaycanda isə, qida məhsullarının üzərində onların tərkibinə vurulan qida əlavələrinin heç kodu da göstərilmir. Yəni qidanın istehsalı zamanı hansı qida əlavəsi işlədilib, rəngə, dada və sairə görə. Bu, düzgün deyil. Qidanın üzərində hökmən qida əlavələrinin kodu göstərilməlidir. Əgər göstərilmirsə, deməli həmin qida texniki standartlara uyğun hazırlanmayıb”.

Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə Ailəm.az-a bildirib ki, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən mütəmadi olaraq ədviyyat və tamlı qatqılar bazarında yoxlamalar aparılır. Onun sözlərinə görə, yoxlamalar zamanı bu sahədə bəzi nöqsanlar aşkarlanıb: “Lakin həmin problemlər məhsulların keyfiyyəti ilə bağlı olmur. Bəzi məhsulların sertifikatlaşdırlımadan bazara çıxarılması halları müəyyyən edilir və bununla bağlı lazimi tədbirlər görülür”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir