http_95.86.135.60_bpictures_picture195709

“Qayınana dili” – RESEPT

Baxış sayı: 2. 199

“Delishis.ru”  “Qayınana dili” salatının hazırlanması qaydasını təqdim edir:

Tərkibi: 

3 kq qabaq
4 şirin bibər
1 acı istiot
3 baş soğan

marinad: 
1 st. bitki yağı
0,5 st. şəkər tozu
2 x.q. duz
0,5 l qatı tomat pastası
1 st. su
0,5 st. 9%-li sirkə

Qabağı təmizləyin: qabığını soyun, dənələrini çıxarın. Sürtgəcdən, yaxud kombayndan keçirin.

Bibəri və acı istiotu yuyun, toxumlarını çıxarın, iri doğrayın. Acı istiotla işləyərkən, yaxşı olar ki, əlcəkdən istifadə edəsiniz.

Blenderdə, yaxud ət maşınında xırdalayın.

Marinad: salatı bişirəcəyiniz qazana tomat pastası, su, bitki yağı, duz, şəkər tozu və xırdaladığınız bibərlə istiotu tökün. Qaynadın.

Qabaq “dillərini” marinadın içinə tökün, səliqə ilə qarışdırın. Marinad qabağın üstünü tam örtməlidir.

Qabaqların qabariti sizi qorxutmasın, bişdikcə büzüşüb enəcək. Salatı vam odda 40 dəqiqə bişirin. Aradabir qarışdırın. Bişməyinə 5 dəqiqə qalmış içinə xırdalanmış sarımsaq tökün.

Bişib qurtarandan sonra içinə sirkə tökün, qarışdırın.

(Diqqət yetirin: sarımsaqla sirkə isti emala çox məruz qalmamalıdır, ona görə də onları sonda əlavə edirik). Hazır salatdakı qabaqlar şəffaf olmalıdır. Bankaları hazırlayın. Onların sterilizasiyası üçün ən asan üsul belədir: yuyulub silinmiş bankaları mikrodalğalı sobaya qoyun, maksimal gücdə 2 dəqiqə saxlayın. Sterilizə edilmiş bankalar qaynar və quru olacaq.

Bankaların ağzına qoyacağınız qapaqları bir neçə dəqiqə qaynadın. “Qaynana dili”ni bankalara yığın, qapaqlarını qoyub bağlayın.

Soyuq yerdə saxlayın.

 

Milli.Az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir