Bəzi uşaqların xarakteristik xüsusiyyətlərində mövcud olan, bəzi uşaqların isə ətraf mühitin təsiri ilə əldə etdikləri güc predmeti müxtəlif formalarda ortaya çıxır. Başqa sözlə, bu cür uşaqlar özlərini ifadə vasitəsi kimi güc predmetindən istifadə edirlər. Beləliklə, uşaqlar özlərini ifadə etmək üçün yersiz güc nümayişlərinə başlayırlar. Bu, bəzən özünü valideynin dediyinə qarşı çıxmaq, bəzən də öz dediyində təkid etmək kimi göstərir. Başqa sözlə, valideynin “yox” dediyinə “hə” demək və ya valideynin doğru qəbul etdiyini səhv qəbul etmək uşağın özünü qəbul etdirmək arzusudur. Əslində, burada əsas məsələ uşaqda bu arzunun necə meydana gəlməsi yox, valideynin bu arzuya necə reaksiya göstərməsidir.
Elə isə valideynlər bunun üçün nə etməlidirlər?
Hər şeydən əvvəl uşaqla züddiyyətə getmək və ya uşağa dediyini qəbul etdirmək, nəticə nə olursa-olsun, valideynin məğlub olması deməkdir. Başqa sözlə, bu məsələdə kim qalib gəlirsə gəlsin, məğlub olan yenə də valideyndir. Belə ki, əgər bu münaqişədə uşaq qalib gələrsə, gücünü hiss edəcək və dediyini qəbul etdirmək üçün həmişə münaqişəyə üstünlük verəcək.
Beləliklə, valideyn məğlub olmuş olacaq. Əgər bu münaqişədə valideyn qalib gələrsə, uşaq valideyninin dediyini qəbul edəcək. Ancaq bu, müvəqqəti xarakter daşıdığı üçün uşağa müsbət təsir göstərmək əvəzinə mənfi təsir göstərəcək. Beləliklə, yenə də valideyn məğlub olmuş olacaq. Ən yaxşısı, uşağın münaqişə tələbini cavabsız qoymaqdır. Buna görə də, ilk mərhələdə, uşağa bir neçə alternativ təklif edərək, bu alternativlərdən birini seçməsinə imkan vermək olar. Çünki uşağa birbaşa “yox” deməklə onu təhrik edə, ancaq alternativ təklif etməklə, onu daha optimal düşünmək imkanı verə bilərsiniz.
Digər tərəfdən, bu məsələdə hər iki tərəfin də dediyinin olmaması, həmçinin məsələnin müvəqqəti olaraq təxirə salınması da faydalı ola bilər. Kiçik yaşlı uşaqlar üçün isə uşağın diqqətini yayındırmaq da kifayətdir.
Təqdim etdi: Məsudə Sultan