-Almaq-istemediyimiz-mallari-bize-nece-aldirirlar236136

Almaq istəmədiyimiz malları bizə necə aldırırlar? – SATIŞ HİYLƏLƏRİ

Baxış sayı: 1. 914

Yəqin ki, hamınız “hiyləgər marketinq” ifadəsini eşitmisiniz. Bəs praktik olaraq hər gün getdiyimiz iri mağazalar haqqında nələri bilirik? Universal mağazalar həqiqətən öz alıcılarının ağlına təsir etməyi və onalara daha çox malı necə aldırmağın texnologiyasını öyrənib.Bu texnologiyanın detallarını təqdim edir.

1. Onlar qırmızı rəngli endirim sözləri ilə sizi cəlb etməyə çalışır
İri mağazalar tez-tez pəncərələrə iri və qırmızı hərflərlə yazılmış “ENDİRİM” sözünü yazırlar. Bizim şüurumuzda qırmızı rəng avtomatik olaraq qiymətin azalmasına işarədir. Lakin diqqətli olmaq lazıımdır. Bu cür rəngli sözlər heç də həmişə əlverişli olmur. Qiymətlərlər çox az endirilə və ya heç ümumiyyətlə, dəyişməz olaraq qala bilər. Lakin artıq gecdir, onsuz da alıcıların çoxu endirim sözünə aldanıb.
2. Arabalar çox böyük olur
Bu arabalar 1938-ci ildə ixtira edilib. Lakin son 40 ildə adi market arabasının sahəsi iki dəfə artıb. Əgər siz marketdə araba seçmisinizsə, şüuraltınızda ancaq və ancaq onu doldurmaq arzusu yatır. Nəticədə, siz lazımında daha çox yemək alırsınız.
3. Meyvə və tərəvəzlər adətən, mağazanın girişində olur
Tədqiqatçılar alıcıların iradə gücünü testdən keçirib. Məlum olub ki, insanlara həddindən artıq imkan verəndə öz çərçivələrindən kənara çıxırlar. Ona görə də iri mağaza sahibləri faydalı meyvə və tərəvəzləri mağazanın düz girişində qoyurlar. Alıcı faydalı məhsullara nə qədər çox pul xərcləsə, çips, pivə kimi zərərli qidalara daha az pul ayıracaq.
4. Mağaza sahibləri süd məhsullarını mağazanın dərinliklərində gizlədir
Satış üzrə mütəxəssislər alıcıları cəlb etmək üçün müxtəlif üsullardan istifadə edir. İllərin tədqiqatçıları bir çox hiylələr hazırlayıb. Elə hiylələr ki, illər keçsə də, heç kim başa düşmür. Gəlin baxaq: Nəyə görə çox tələb olunan süd məhsulları həmişə mağazanın ən ucqar nöqtəsində olur? Çünki sahibkarlar istəyir ki, siz süd məhsullarını axtararkən bütün marketi gəzəsiniz və digər məhsullara da baxasınız.
5. Meyvə və tərəvəzlər sanki illüziya yaradır
Belə mağazaların əksəriyyətində tərəvəz bölməsində tərəvəz və meyvələr par-par parıldayır. Bundan başqa, tez-tez onların üzərinə su çilənir. Çünki onlar qapalı məkanlarda daha tez çürüyür. İnsanlar isə təbii olaraq təzə və təbii meyvəyə üstünlük verir. Bundan başqa onlarda xüsusi maddələr var ki, meyvə-tərəvəzi daha təravətli göstərir.
7. Qoxular və rənglər hər kəsi cəlb edir
Siz mağazaya girən kimi ətrafdakı güllərin və meyvələrin qoxusu sizi bihuş edir. Bu, avtomatik olaraq “dopamina” hormonuna təsir edir və siz alış-veriş etmək üçün tələsirsiniz. Həmin qoxuları içinizə çəkin və həzz alın, lakin əvvəlcə düşünün: Bunu almaq həqiqətən sizə lazımdır?1feec926344b
8. Özünüzü ac hiss edirsiniz
Bir çox mağazalarda şirniyyat məmulatları girişdə olur. Təzə bişmiş məhsulun  qoxusu tüpürcək vəzilərini aktivləşdirir və siz dərhal bu təamı dadmaq istəyirsiniz. Ona görə də çalışın alış-verişdən öncə yemək yeyəsiniz.
9. Supermarketin quruluşu sizi oranı gəzməyə məcbur edir
Ən çox alınan məhsullar, məsələn, çörək və yumurtanı mağazanın hər yerində tapmaq olar. Siz onları axtaran zaman bütün marketi gəzmiş olursunuz.
10. Marketlərdə döşəmələrə fikir verin
Onlar marketin bahalı mallar bölməsində döşəmə üçün daha fərqli kafellər seçirlər. Məsələn, siz araba ilə gəzəndə arabanın təkərləri döşəməyə dəyərək taraq-turuq səsləri çıxarır. Sizə elə gəlir ki, çox sürətli gəzirsiniz və beləliklə, sürəti azaldaraq bahalı mallar olan bölmədə daha çox vaxt keçirirsiniz.
11. “Sol-sağ” düsturu
Alıcılar çox vaxt mağazada gəzəndə sol tərəfə baxır. Ona görə bahalı mallar həmişə sol tərəfdə yerləşdirilir.
12. Mürəkkəb qiymətlər
Hamımız bu köhnə fəndi bilirik: 0,99 həmişə 1,0-dan daha az görünür. Bu qəpik siyasəti bizim şüuraltımıza təsir edir və biz sanki məhsulu müftə alırıq.
13. Onlar sizin uşaqlarınızdan istifadə edir
Çox güman ki, bu qaçılmazdır. Hər bir valideyn uşaqla mağazaya girməyin nə demək olduğunu bilir. Onun şıltaqlıqlarına dözmək, şokolad istəməsi, xahişləri, konfetlər və s. Və əgər bütün bu istəkləri həyata keçməzsə əsl konsert onda başlayır. Satıcılar isə niyəsə həmişə uşaqların tərəfində olur.
14. Onlar ucuz malları gizlədirlər
Fikir vermisinizsə, bütün bahalı mallar vitrinlərin orta hissəsində olur. Bununla siz ilk olaraq həmin malları görürsünüz. Bir müddət sonra yadınıza düşür ki, əslində aşağı-yuxarı, sağ-solda da vitrinlər var. Hətta həmin mallar daha keyfiyyətli olur. Həmin vaxt yadınıza başqa bir şey də düşür: “Toydan sonra nağara”.
15. Onlar bilə-bilə iki cür mal təklif edir
Hamı cütü sevir. Belə mallar adətən, əsas malların yanında yerləşdirilir. Məsələn, pivənin yanında qurudulmuş balıq və ya çipslər, peçenyenin yanında şirələr və ya qazlı içkilər, köynəklərin yanında qalstuklar və s.
16. Onlar ağ divarların fonunda ət və balıq satırlar
Ət və balıq daha çox ağ fonda satılır. Niyə? Daha təzə görünsün deyə. Bu cür vizual fəndlər insanları daha çox pul xərcləməyə məcbur edir.
17. Onlar sizi şirnikləndirir
Məsələn, bir şampun alana ikincisi hədiyyə verilir. Əla sazişdir elə? Lakin şampunu almazdan əvvəl düşünün. Həqiqətən o sizə lazımdır, yoxsa 3 ay ərzində toz basacaq? Daha ucuz qiymətə siz iki mal alıb udduğunuzu düşünsəniz də, əslində burada tək qalib mağaza sahibi olur. Bundan başqa, ucuzlaşdırma varsa, deməli, həmin mallar köhnədir.
18. Sahibkarlar mağaza divarlarının rənglərində həmişə ilıq tonlara üstünlük verir
İlıq rənglər sizin marketə daha çox cəlb edir. Tədqiqatlar sübut edir ki, meyvə şirələri satılan bölmələr əsasən, qırmızı rənglə rənglənir.
19. Musiqi həmişə insanları özünə cəlb edir
Bir dəfə ticarət mərkəzinə gedəndə gözlərinizi bağlayın və qulaq asın. Yəqin ki, strategiyanın bir hissəsi olan melodik musiqi eşidəcəksiniz. Belə musiqi sədaları altında avtomatik olaraq addımlarımızı yavaşladırıq, uzun müddət vitrinlərin qarşısında dayanırıq və mallara baxırıq.
20. Kassa taktikaları
Kassanın ətrafındakı malları yəqin ki, görmüsünüz. Orada adətən, ucuz jurnallar, saqqızlar, nanəli konfetlər və s. olur. Supermarketin son şansı sizi pulu xərcləməyə məcbur etməkdir. Kassada növbə gözləyəndə özünüzdən asılı olmadan oradan da nə isə bir şey alırsınız.
Psixoloq Babək Bayramov



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir