ulker erebxanova

Uşaq danışa bildiyi halda niyə danışmır?

Baxış sayı: 854

Uşaqlarda mutizm və yaranma səbəbləri

Mutizm uşaqlar arasında yayılan problemlərdən biridir. (lat- mutus sözündən olub “səssiz” “lal” susqunluq ) mənasını daşıyır. Uşaq danışa bildiyi halda və onun nitqində heç bir problem olmadığı halda başqaları ilə ünsiyyət qurmur.

 

Sosial səbəblər:

Aşağıda sadalayacağımız səbəblərdən dolayı uşaq heç kəslə danışmır və ünsiyyətə girməyə cəhd etmir.

  • Ailədə tez-tez münaqəşələr varsa
  • Valideynlərdən biri vəfat edibsə
  • Valideynlər boşanıbsa
  • Ailə bir yerdən digər yerə köç edən zaman
  • Uşağın gözünün önündə ona travma yaşadacaq hadisə olarsa
  • Uşaq hər hansı bir xəstəlik keçiribsə

USAQ

Bu sindromlu uşaqların nitqi birdən-birə dayanır əvvəl danışmır, danışa bilir sadəcə danışmır. Bu əsasən özgüvənsiz uşaqlarda rast gəlinir.

Mutizmin 2 növü var:

1) Selektiv

2) Total

Biz daha çox selektiv mutizmə rast gəlirik.

 SELEKTİV MUTİZM

“Seleksiya” sözündən götürülüb “seçicidanışmaq” deməkdir. Uşaq ailədən bir nəfəri öz daxili aləminə daha yaxın duyaraq onunla ünsiyyət qurmağa çalışır. Bu ata, ana, nənə, baba və s ola bilər. Bəzən də ilkin mərhələdə seçilmiş insanın sayı 3, 4, 5 olur, amma vaxtında müdaxilə olunmadığı zaman artıq bu 3-4 nəfər 1 nəfərə enir. Valideyn bu zaman uşağın durumu barədə şübhə duymağa başlayır. Əvvəl hər kəslə ünsiyyət qurur, hər kəslə danışır, normal dialoq qura bilirdi, amma indi heç kəslə danışmır və yaxud təkcə ana ilə danışır. Bəzən də elə olur ki, ana ilə ünsiyyət qurur, ancaq evdən başqa yerə gedəndə və yaxud evə başqa biri gələndə (qonaq, qohum, qonşu və s) o zaman ana ilə belə ünsiyyətə girmir, özünü güvəndə hiss etmir, pıçıltı ilə o qədər astadan danışır ki, ana belə onun səsini güclə eşidir. Bu susqunluq əlamətinə görə mutizmi bəzən autizmlə səhv salırlar. Autizmdə xəfif az nitq olur, bəzən də heç olmur. Amma mutizmli uşaq danışa bilir, onun nitqində heç bir problem yoxdur sadəcə müəyyən səbəblərə görəünsiyyət qura bilmir.

Valideyn bəzən deyə bilər ki,“uşaq evi dağıdır, qardaşı ilə bacısı ilə elə rəftar edir ki, heç deməzsən eyni uşaqdır”. Məktəbə, bağçaya gedəndə uşaq qətiyyən heç kəslə ünsiyyət qurmur. Ondan adını və yaşını soruşsalar belə, cavab vermir. Bu əlamətlər autizmlə qarışdırıldığı və uşağa autizm müalicəsi tətbiq edildiyi zaman gələcəkdə ciddi fəsadlara yol aça bilər.

Mutizm psixiatrik səbəblərdən yarana bilər. Məs: ailədə psixoloji problemlərdən əziyyət çəkən varsa, (həddindən artıq utancaq içə qapanıq) bu ailənin uşaqları mutizm olma ehtimalı böyükdür. Bəzən elə olur ki analar çox susqundur, danışmır və uşaqla çox ünsiyyətə girmir. Ana həddindən artıq utancaqdır, içə qapanıqdır, yəni depressiv xüsusiyyətlərə malikdir. O zaman təbii ki, uşaq daha çox ana ilə kontaktda olduğu üçün onda mutizm yarana bilər. Bəzən də avtoritar ailələrdə uşaqda bu hal görülür, uşaq daima əmr komandaları alır; (yeməyini yeyəcəksən! Dedim getməyəcəksən! Dedim dərsini oxuyacaqsan! Sən sus! Danışma və s) bu kimi sözləri eşitdikcə uşaq özünü yetərsiz hiss edir, düşünür ki, yaxşısı budur ki, danışmayım, hər bir sözüm səhv başa düşülür, ana danlayır, bu səbəblərdən uşaq içinə qapanır və susqunluğa meyl edir.

Təbii ki bu hallar hər uşaqda eyni şəkildə özünü biruzə vermir, özgüvəni zəif və stressə davamsız uşaqlarda daha çox müşahidə olunur. Bu susqunluq mutizmin ikinci növü olan total mutizmə keçir.

usaq

TOTAL MUTİZM

Total mutizmdə uşağın nitqi açıq olur, amma qətiyyən danışmır. Selektiv mutizmi olan uşaq ünsiyyət quracağı ailə yaxınını seçir, total mutizmli isə qətiyyən heç kəslə danışmır. Selektiv mutizm bu baxımdan daha çox korreksiyaya yatımlıdır və tamamilə müalicəyə cavab verir. Amma total mutizmdə az da olsa xəstəliyin izləri qalır, bu zaman psixoloji müayinə ilə medikomentoz (dərman) mütləq təyin olunmalıdır.

Uşaqlarda yuxarıda sadaladığımız problemləri müşahidə edən zaman valideynlər diqqətli olmaldır. Çünki bəzən onlar uşaqların susmağını sakit oturmağını, ağıllı olmaq kimi ( mənim uşağım həddindən çox ağıllı və tərbiyəlidir) kimi qələmə verirlər. Lakin bu hallar valideyn üçün mutizm barədə həyəcan siqnalı olmalıdır. Həddindən artıq müşahidə edilən utancaqlıq mutizmin səbəbləri arasında olduğu üçün normal hal kimi hesab edilməməlidir.  Valideynləri narahat edən suallardan biri də budur ki mutizmi olan uşaqlarda kəkələmə ola bilərmi? Xeyr. Lakin kəkələmə olan uşaqlarda mutizm olma ehtimalı daha çoxdur.

Mütəxəssislər üçün normal utancaqlığı korreksiya etmək daha rahatdır, mutizmli biri ilə işləmək isə səbr və vaxt tələb edir. Bəzi valideynlər bu sindromun 3-5 seansa həll olunmasını istəyirlər, lakin bu mümkün deyil. Çünki mutizmi yaradan fəsadların təsirlərini azalatmaq üçün uşağın uzunmüddətli müalicə kursundan keçməsi daha məqsədəuyğun hesab edilir. Müalicə kursuna başladığdan bir neçə seans sonra uşaq təlimçi ilə ünsiyyət qurmağa və ətrafı ilə daha rahat adaptasiya olmağa başlayır.

 

Ülkər Ərəbxanova

“ORVİTA” psixoloji realibitasiya mərkəzinin klinik psixoloqu




8 şərh “Uşaq danışa bildiyi halda niyə danışmır?

  1. Lala

    Çox maraqlı l, lazımlı və hər kəs üçün dəyərli məlumatdır. Təşəkkürlər, Ülkər xanım👍💐

    Cavabla
  2. Hayal Hamza

    Ülker xanım işin en yaxşı bilen, sevgiyle eden, tecrübeli, bacarıqlı bir mütexessisdi. Uğurlarınız boş olsun 🌺

    Cavabla
  3. Güllü

    Her kesin bilgilendirilmesi lazimdi. Valideynler da duzgun yol alib usaqlarindaki problemden melumatli olur. Təşəkkürler 🙏

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir