GEYIM

Unutduğumuz palitra qayıdır

Baxış sayı: 400

Parlaq rəng blokları və ardıcıl bir neçə mövsüm üstünlük təşkil edən naxış tendensiyaları fonunda, görünür, hamımız əsas palitranın üstünlüyünü unutmağa başlamışıq. Yaşıl, narıncı, çəhrayı və digər parlaq çalarların sonsuz qasırğasına elə qərq olmuşuq, qarderobumuzda neytral boz rəngi görməyə adət etməmişik. Bu rəng demək olar ki, “sıradan” və ya “darıxdırıcı” sözləri ilə sinonimləşib, lakin biz bu assosiasiyadan uzaqlaşmaq istəyirik. Bu o qədər sadə görünmsə də, uğurlu rəng birləşmələri yaratmaq üçün rəngin əsaslarına dərindən nəzərə salmağa ehtiyac yoxdur. Üstəlik, qrafit daşı palitrası qəhvəyi və ya bej qədər ifadəli və zərifdir. Həmişə cari kolleksiyalarda möhtəşəm dəstlər yaratmaq üçün ilham tapa bilərsiniz.

İndi bir çox marka boz rəngi mavi ilə birləşdirir. Bu iki rəng birləşməsi təkrarolunmaz obrazların yaradılmasında həqiqətən təsirli gücə malikdir.

Boz və mavi 2024-cü ilin yazının əsl hitləridir. Yeni mövsümdə dizaynerlər onları ayrı-ayrılıqda deyil, həm də birlikdə geyinməyi təklif edirlər. Biz sizə bu kombinasiyaya diqqət yetirməyi məsləhət görürük, çünki o, inanılmaz dərəcədə incə görünür və uzlaşması sadədir: xüsusi bir şey icad etməyə və ya çalarları seçməyə belə ehtiyac yoxdur. Çünki mavi yalnız açıq boz ilə deyil, zəngin qrafit daşı rəngi ilə də gözəl görünür. Həmçinin, boz rəngin “temperaturu” ilə oynamaqdan çəkinməyin. Məsələn, klassik boz ilə ən açıq mavinin birləşməsini sınaya və ya tünd boz və tünd mavi rəngləri seçərək kontrastla oynaya bilərsiniz. Dama və ya nazik zolaq kimi, lakonik naxışlardan imtina etməyin. Onlar monoxromatik əşyalarla birləşdirildikdə əla görünəcək və görünüşünüzə xüsusi bəzək verəcək.

Bir çox dizaynerlər sadə bir texnikadan istifadə edirlər – onlar boz geyimləri kiçik detallar ilə tamamlayırlar. Məsələn, “Ferragamo” markası bozumtul paltarı göy rəngli çanta və dikdaban səndəllərlə birləşdirib.

“Victoria Beckham” klassik açıq boz kostyuma mavi köynək əlavə edib.

“Fendi” şousunda isə boz şalvar, mavi sviter və boş plaş geyinən modelin bu obrazı böyük rəğbətlə qarşılanmışdı.

Eksperiment etməyi sevənlərə isə “Gauchere” brendinin təklif etdiyi kimi tünd mavi dəri şalvar və boz top seçməyi təklif edirik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir