Hər bir uşaq individual olduğu kimi, onların hər biri də ilbəil böyüdükcə müəyyən mərhələlərdən keçməlidir. Bu mərhələlər üçün onlar yaş normaları adlandırılır. Nəzər salaq:
0- 2 ay ~ Ananı səsindən, qoxusundan tanıyır. Üzünə gülümsəyəndə o da gülümsəyərək reaksiya verir. Hərəkətdə olan şəxsi izləyir.
2-7 ay ~ Seçicilik etmədən onunla maraqlanan hər kəslə birlikdə olmaqdan zövq alır. Qucağa alınmaq istəyir.
6 ay~ Güzgüdə özünü tanıyır. Gözünün önündən itən əşyanı unudar, axtarmaz. Gözlərini qapadıqda görünmədiyini zənn edir. Reaksiyaları məqsədli deyil, təsadüfidir.
7-9 ay ~Tək bir insana bağlanır. Ondan ayrıldığında narahatlıq keçirir.
9 ay ~ İtən əşyanı axtarır. Görünməsə də, var olduğunu bilir. Məqsədli davranış başlayır. Ana başqa bir uşağı qucağa alırsa, ağlamağa başlayır.
8-12 ay~ Kənar şəxslərdən qorxur. Adını eşitdikdə reaksiya verir.
12 ay ~ Söz yerinə simvollar istifadə edir. Məsələn, ümumiləşdirərək bütün quşlara “qa – qa” deyirlər.
Uşağın danışması üçün sözün anlamını, mənasını bilməsi lazımdır. Bunu şəkilli kitabların köməyi ilə edə bilərik. Əşyaların görünüşü ilə adı eyniləşdirilməlidir.
1- 2 yaş arası uşaqlar:
- Bildiyi bir əşya istədildikdə gətirər
- Haradadır deyə soruşulduqda doğru cavab verər
- Ətrafdan gələn səsi fərqləndirər
- İlk dəfə tam olaraq anlamlı sözlər söyləyər
- Adını deyərkən özünü göstərər
- Sağollaşarkən əl sallayar
- Hadisələri danışarkən sözləri tək-tək söyləyər
2-3 yaş arası uşaqlar:
- Fotolarda özünü tanıyaraq reaksiya verər.
- Bədbin sözləri anlayaraq reaksiya verər.
- Sadə hekayələri anlamağa başlayar.
- Sadə cümlələr qurmağa başlayar.
- Adını və soyadını düzgün ifadə edər.
- O anda yaşadıqları hadisələri xatırlar.
3-4 yaş arası uşaqlar:
- Zaman anlamı ifadə edən cümlələr qurmağa başlayar.
- Müqayisə etmələri anlayar.
- Tam cümlələrlə danışar.
- Olumsuz cümlələr qurarlar.
- ”Nə” və ”Niyə” ilə cümlələr qurar və anlaya bilmədiklərinə pis olarlar.
4-5 yaş arası uşaqlar ~
- Gözəl, daha gözəl, ən gözəl kimi müqayisə edər.
- Uzun hekayələri dinləyərlər.
- Suallar verməyi çox sevərlər.
- Telefonla sevdikləri ilə danışmağı çox sevər.
- “Altında”, “üstündə”, “yanında” kimi ifadələri başa düşərlər.
Uşaqlarda nitqin inkişafı:
- İlk tam sözünü ən tez 9 cu ayında deyir.
- 16-cı ay etibarilə danışılan sözlərin miqdarı təxminən 50-dir.
- Bu miqdar 23-cü ayında 200-250, 30-cu ayında isə 550-yə çatır.
- 6 yaşında danışıla bilən söz sayı 6000, başa düşülən isə 14000-dir.
Sağlam övlad, sağlam gələcək deməkdir. Gələcəyimizi möhkəm, sağlam etmək istəyiriksə, uşaqların psixi sağlamlığına, nitq inkişafına xüsusi diqqət göstərək, hər hansı problem varsa, zamanında mütəxxəsis yardımı alaq.
Psixoloq Aysu Əliyeva
(Mütəxəssislə 077 510 16 98 nömrəsi vasitəsiylə əlaqə yarada bilərsiniz)
Mənim oğlum hələ 9 aylıqdır və yazıda qeyd olunan mərhələləri oxuyanda çox şey fərq etdim. O, artıq gözünün önündən itən əşyanı axtarır, hətta bəzən narahat olur, amma hələ özünü güzgüdə tanımır. Bu yazı bizə çox kömək etdi, təşəkkür edirəm.
Bir kişi olaraq bu mövzuda çox məlumatım yox idi, amma yazını oxuduqca uşağımın 9 aylıq olduğunu gördüm və yazıda qeyd olunan ‘itən əşyanı axtarır’ mərhələsinin necə baş verdiyini müşahidə etdim. Həqiqətən maraqlı və faydalı yazıdır, təşəkkür edirəm
Mənim qızım 1 yaşını keçib və artıq bəzi sözlər deyir. Yazıda həmçinin psixi sağlamlığın vacibliyi vurğulanıb, bu da çox önəmlidir. Uşaqların inkişaf mərhələlərini izləmək və ona uyğun dəstək vermək çox əhəmiyyətlidir.
Uşaqların inkişafını izləmək çox vacibdir, çünki onların psixi və nitq inkişafı gələcək həyatlarını müəyyən edir.
Rəyiniz üçün təşəkkür edirəm dəyərli oxucu☺️
Mənim bacımın uşağı 1 yaşını yeni tamamlayıb, artıq bəzi sözləri deyir, amma heç vaxt ‘qa-qa’ kimi ümumiləşdirilmiş sözlərdən istifadə etməmişdi. O yazıda deyilənləri oxuduqca, onun hansı mərhələdə olduğunu daha yaxşı anladım
Bu yazı çox maraqlı və faydalıdır. Uşaqların yaşları ilə uyğunlaşan inkişaf mərhələlərini oxumaq insanı daha diqqətli edir. Mənim qızım 3 yaşında və artıq müqayisə etməyi və soruşmağı çox sevir. Bu yazı ona daha da diqqətlə yanaşmaq üçün çox yaxşı bir mənbə oldu
Mən işimlə əlaqədar çox səyahət edirəm, amma bu yazı sayəsində uşağımın hansı mərhələdə olduğunu daha yaxşı başa düşdüm və evə qayıdanda ona daha çox vaxt ayırmağa çalışacam
Bu yazı çox faydalıdır, xüsusilə də peşəkar olmayan valideynlər üçün. Uşaqların inkişaf mərhələlərini daha yaxşı başa düşmək və onlara uyğun davranmaq çox vacibdir. Mən öz uşağımın 6 aylıq olduğunu düşünürəm və onu diqqətlə izləyərək bu mərhələlərin necə keçdiyini daha yaxşı görürəm.
Bəzi məlumatları əvvəllər eşitmişdim, amma oxuyanda daha da çox şey öyrəndim. Mənim oğlum 3 yaşını keçdi və artıq zaman ifadələri ilə əlaqəli suallar verir. ‘Niyə?’ sualları ilə gündəlik həyatımıza yeni bir rəng qatıb. Bu mərhələlər uşaqların inkişafında çox önəmlidir.
Yazı çox gözəl izah edib. 2 yaşındakı oğlum artıq bəzi sözləri deyir və qısa cümlələr qurur. Mən də ona daha çox danışmağa başladım ki, nitq inkişafı sürətlənsin. Uşaqların yaşadığı mərhələləri daha yaxşı izləyə bilmək mənim üçün çox faydalıdır.
Mənim uşağım 2 yaşını keçib və artıq müəyyən hərəkətləri başa düşür, amma hələ də bəzi simvollardan istifadə edir.