Burun qanaxması (epistaksis) uşaqlarda tez-tez rast gəlinən vəziyyətdir. Valideynlər üçün narahatedici olsa da, əksər hallarda ciddi səbəblərdən qaynaqlanmaz. Düzgün yanaşma və müalicə ilə asanlıqla idarə edilə bilər.
Uşaqlarda burun qanaxmasının əsas səbəbləri:
1) Mühit faktorları:
Quru hava (xüsusilə qış aylarında və isitmə sistemləri işləyərkən)
Kondisioner və radiatorlar
Duzsuz burun spreylərindən və ya burun təmizləyicilərindən tez-tez istifadə
2) Fiziki səbəblər:
Burunun qarışdırılması və ya tez-tez toxunulması
Zərbələr və travmalar (məsələn, idman və ya oyun zamanı)
Yad cisimlərin burna salınması (xüsusilə 1–5 yaşlı uşaqlarda)
3) İnfeksiyalar və allergiyalar:
Kəskin və xroniki rinit
Alergik rinit (burun qaşınması və tez-tez burun silmə nəticəsində qanama)
Sinusit (burun içi damarların genişlənməsi və həssaslaşması)
4) Daxili və genetik səbəblər:
Qan laxtalanma pozğunluqları (hemofiliya, von Willebrand xəstəliyi)
Trombosit azlığı
İrsi kapilyar zəifliyi (məsələn, Osler xəstəliyi)
Ailəvi burun qanaxmalarına meyillilik
İlk yardım (ev şəraitində):
1) Uşaq sakitləşdirilməlidir.
2) Uşaq oturmuş vəziyyətdə başı önə əyilməlidir (qan boğaza axmamalıdır).
3) Burun qanadları barmaqla sıxılmalı və 5–10 dəqiqə saxlanmalıdır.
4) Soyuq kompres burun üstü və enseyə qoyula bilər.
5) Qan dayandıqdan sonra burunu silmək və ya qarışdırmaq olmaz.
Həkimə nə zaman müraciət edilməlidir?
Qanaxma 10–15 dəqiqədən çox davam edirsə
Qan tez-tez təkrarlanırsa
Qanaxma yuxu zamanı və ya səbəbsiz baş verirsə
Tənəffüsə çətinlik və ya qan udulması varsa
Ailə tarixində qan xəstəlikləri varsa
Diaqnostik yanaşma
Uşaqlarda təkrarlayan burun qanaxması zamanı aşağıdakı testlər faydalı ola bilər:
Qan sayımı (CBC) – anemiya və trombosit sayını qiymətləndirmək üçün
Laxtalanma testləri
Burun içi müayinə – polip, deviasiya və ya travma izləri üçün
Allergik testlər (ehtiyac olarsa)
Müalicə
Nazal duzlu su spreyləri və ya burun yağı (Vazelin, Bepanthen) – selikli qişanın nəmləndirilməsi üçün
Antihistaminlər və allergiya müalicəsi – alergik burun qanamalarında
Burun damarlarının yandırılması (kauterizasiya) – təkrarlayan qanaxmalarda
Qanaxma əleyhinə dərmanlar (ixtisaslı həkim göstərişi ilə)
Qan laxtalanma pozğunluqlarında hematoloji müalicə
Qarşısının alınması
Burun içinin nəmləndirilməsi (xüsusilə qışda)
Qapalı mühitin rütubətli saxlanması (hava nəmləndirici istifadə)
Uşağa burun qarışdırmama vərdişi aşılanması
Burun təmizliyi zamanı yumşaq dəsmallardan və spreylərdən istifadə
Allergiyaların vaxtında müalicəsi
Nəticə
Uşaqlarda burun qanaxmaları adətən təhlükəli deyil və evdə asanlıqla dayandırıla bilər. Lakin tez-tez təkrarlanarsa və ya səbəbi bilinməzsə, mütləq pediatra və ya qulaq-burun-boğaz (KBB) mütəxəssisinə müraciət olunmalıdır. Vaxtında qoyulmuş diaqnoz və düzgün yanaşma, ciddi fəsadların qarşısını alır.
Pediatr Atlaz Möhsümova
(Mütəxəssislə 077 250 11 37 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz.)
Her zaman aktual movzudur, amma yay aylarinda xususen bu problem ozunu daha yaxsi gosterir. Tesekkur edirem Atlaz xanim
Burun qanaxması məsələsi çox aktualdır, çünki mənim də oğlum 6 yaşındadır və tez-tez başına gəlir. Xüsusən, qış aylarında evdə isitmə sistemi işləyəndə çox narahat oluram. Yazıda qeyd olunan ‘soyuq kompres’ məsələsini bəyəndim, evdə sınamağa çalışacam. Yalnız, burun təmizliyi zamanı da diqqətli olmaq lazımdır, xüsusən uşaq öz-özünə burnunu qarışdırmamalıdır.
Mənim də 3 yaşımda oğlum var və hər zaman burun qanaması ilə qarşılaşırıq. Ən çox başına gələn hadisə isə oyun oynayarkən, burnunu qopardığı zaman olur. Bu yazıda qeyd olunan travma faktoru çox doğru! Mən də bu məsələlərə diqqət etməyə başladım. İndi çox rahat oldum, çünki artıq nə edəcəyimi bilirəm. Təşəkkür edirəm
Deyesən, quru hava da tesir edir. Yazida qeyd olunanlari yoxlayacam, sag olun bele izah etdiyiniz ucun.
Menim oglumun burnu tez-tez qanayir, xususiyle yatanda. Cox qorxurdum ama indi bilirem nece davranmaq lazimdi. Yazdiginiz meslehetler ucun sag olun.