Uşaqlarda eşitmə zəifliyi və nitq inkişafında gecikmə səbəblərindən biri də orta qulaqda maye yığılmasıdır. Tibbi olaraq bu vəziyyət Otitis Media with Effusion (OME) adlanır. Xəstəlik çox vaxt gizli gedir və valideynlər ilk olaraq uşağın səsə reaksiya vermədiyini və ya televizoru çox səsli izlədiyini hiss edirlər.
Nədir “qulaqda maye yığılması”?
Bu, orta qulaq boşluğunda (qulaq pərdəsinin arxasında) iltihabsız şəffaf və ya selikli maye yığılmasıdır. Adətən bu maye Eustachian borusu vasitəsilə udlaq tərəfə çıxarılmalı olsa da, borunun tıxanması nəticəsində orada qalır.
Səbəblər
1) Tez-tez keçirilmiş kəskin otit
İnfeksiyadan sonra qulaqda qalıq maye yığıla bilər. Ən çox rast gəlinən səbəb budur.
2) Adenoid böyüməsi
Adenoid toxuması Eustachian borusunun qarşısını bağlayaraq orta qulaqda təzyiq pozğunluğu və maye yığılmasına səbəb olur.
3) Allergik rinit və ya mövsümi allergiyalar
Allergik selik axıntısı və tıxanıqlıq Eustachian borusunun normal funksiyasını pozur.
4) Eustachian borusunun disfunksiyası
3 yaşdan kiçik uşaqlarda bu boru qısa və daha üfüqi yerləşdiyindən tez tıxanır.
5) Reflüks
Bəzi uşaqlarda mədə tərkibi udlağa qədər qalxaraq qulaq borusunda qıcıqlanma yaradır.
6) Passiv siqaret tüstüsü
Valideynin siqaret çəkməsi uşağın selikli qişasını həssaslaşdırır və bu da maye yığılmasına səbəb ola bilər.
Əlamətlər
Qulaqda maye yığılması bəzən heç bir ağrı vermədən aşağıdakı simptomlarla özünü göstərə bilər:
Səsə reaksiya zəifləməsi
Televizoru yüksək səslə izləmə
Nitqdə gecikmə və ya anlaşılmaz danışıq
Tarazlıqda pozulma
Qulaqda dolğunluq və ya “çınlama” hissi
Diaqnoz necə qoyulur?
Otoskopiya – qulaq pərdəsində matlıq, içəridə maye səviyyəsi
Timpanometriya – orta qulaq təzyiqini ölçür
Audiometriya – eşitmə səviyyəsinin qiymətləndirilməsi (2 yaşdan yuxarı)
Müalicə
1) Müşahidə və konservativ yanaşma
Əgər uşaqda ağrı və yüksək temperatur yoxdursa, 6–12 həftə ərzində müşahidə edilir. Eyni zamanda aşağıdakılar tətbiq olunur:
Duzlu su ilə burun yuma
Nazal steroid spreylər
Allergiya varsa, antihistaminler
2) Əgər maye 3 aydan çox qalırsa və eşitmə zəifləməsi varsa:
Qulaq borusuna ventilyasiya tüpü (qulaq tüpü) qoyula bilər
Böyük adenoid varsa, adenoidektomiya (adenoidin alınması) tövsiyə oluna bilər
Nəticə
Qulaqda maye yığılması erkən aşkarlanmadıqda uşaqda nitq və eşitmə problemlərinə, məktəb yaşında isə öyrənmə çətinliklərinə səbəb ola bilər. Valideynlər hər hansı eşitmə zəifliyi və ya nitqdə yubanma müşahidə etdikdə dərhal pediatra və ya qulaq-burun-boğaz mütəxəssisinə müraciət etməlidirlər.
Pediatr Atlaz Möhsümova
(Mütəxəssislə 077 250 11 37 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz.)
Bu yazi cox faydali oldu. Teşekkurler, eslinde daha cox valideyn bu kimi meseleler haqqinda melumatli olmalidi.
Bu yazını oxuyanda bir şey düşündüm, uşağın qulağında problem ola biləcəyini heç vaxt düşünməmişdim. Ən çox da uşaqların səsə reaksiya verməməsi və televizoru çox yüksək səsə izləməsi barədə ətrafımda heç danışılmır.
Bildiyim qederiyle qulaq ozu-ozunu temizleyen orqan sayilir. Bu problem oz-ozune hell ola biler?
Men usagim ucun hec vaxt bu cur xestelikleri dusnmemisdim. Hem de yazida cox maraqli seyler var. Passiv siqaret tustusunun tesiri baredə ilk defedir esidirem. Qulaqla bagli bu qeder gizli ve ehəmiyyetli meumati paylasdıginız ucun tesekkurler.
Sese reaksia vermeyini gorub de hec fikirlesmemisdim ki, qulaqda problem ola biler. Menim qizimin da cox vaxt qulaginda bu tip problemler yaranirdi, amma bize demisdiler ki, “kecici olur”. Yazida cox maraqli ve faydali melumatlar var, xususile “sese reaksia zeiflemesi”ne diqqat etmek lazimdi. Mence, usaqarin qulagini muntezem yoxlamaq lazimdi.
Bizim gözəl doktorumuz qayğıkeş mehriban en esası çox savadlı vicdanlı hekimimiz. Ailəmizin sağlamlıq temeli hem pediatr kimi həmdə mənəvi sizin əlinizdən komeynizden desteynizden gelir. Sizi çox sevirik. Gözəl məsləhət,faydalı məlumat üçündə size çox çox təşəkkür edirəm. Sizin kimi işini sevən,sizin kimi vicdanlı hekimler çox azdı. Allah size sağlam omur nəsib eləsin ki korpelere sağlamlıq bəxş eləmək daima olsun
Men de valideynem usagimda da qulaqla bagli problemler olub. En cox “televizoru cox sesli izleme” meselesini yasadiq, amma hec vaxt bu qeder genis sekilde dusunmemisdim. Mence her bir valideyn bu yazini oxusa yaxsi olar cox faydali oldu.