Uşaqlarda sidik qaçırma – enurezis – 5 yaşından sonra, uşağın artıq sidik saxlamağı öyrənməli olduğu yaş dövründə, gecə və ya gündüz sidiyin qeyri-iradi şəkildə ifraz olunmasıdır. Bu, həm uşağın, həm də valideynlərin psixoloji vəziyyətinə təsir edən ciddi, lakin çox zaman müalicə edilə bilən bir problemdir
Sidik qaçırmanın növləri
Gecə enurezi (nocturnal enuresis): Uşaq gecə yuxuda sidiyini saxlamır
Gündüz enurezi (diurnal enuresis): Günorta saatlarında baş verir
Primer enurezis: Uşaq heç vaxt ardıcıl 6 ay quru qalmayıb
Sekonder enurezis: Uşaq əvvəllər sidiyini saxlayıb, lakin sonradan yenidən sidik qaçırma başlayıb
– Əsas səbəblər
1) Yetkinlik prosesinin gecikməsi
Sidik kisəsinin tam nəzarətə keçməsi bəzi uşaqlarda ləngiyə bilər
2) Gecə ADH (antidiuretik hormon) çatışmazlığı
Gecə sidik miqdarı çoxalır → uşaq oyanmadan ifraz edir
3) Sidik kisəsinin qıcıqlanması (overactive bladder)
Qıcıqlanmış kisə → gündəlik və ya gecə qaçırma
4) Qəbizlik
Bağırsaq dolu olduqda kisəyə təzyiq artır → sidik saxlamada çətinlik yaranır
5) Stress və psixoloji amillər
Yeni bacı/qardaş, məktəbə başlama, boşanma və s. hallar
6) Nevroloji pozğunluqlar
Spina bifida occulta, tethered cord syndrome, neyrojen kisə
7) Sidik yolu infeksiyası
Qızlarda və oğlanlarda tez-tez qaçırma və yanma ilə müşahidə olunur
Diaqnostika
1) Anamnez – gündüz/yatarkən, gündə neçə dəfə, nə vaxtdan başlayıb?
2) Sidik analizləri – infeksiya və şəkər istisna olunur
3) Qarın və sidik kisəsi ultrasəsi – qalıq sidik, böyrək dəyişiklikləri
4) Uroflometriya – sidik axınının qiymətləndirilməsi
5) Onurğa MRT – tethered cord və ya spina bifida şübhəsində
Müalicə prinsipləri
1) Davranış müalicəsi
Axşam maye qəbulu azaldılır (yatmazdan 2 saat əvvəl)
Gecə 1 dəfə oyadılıb sidik ifraz etdirilir
Tualet rejimi yaradılır (müntəzəm saatlarla)
2) Farmakoloji müalicə
3) Qəbizliyin müalicəsi
gündəlik yumşaldıcı
Pəhriz: su, meyvə-tərəvəz, lifli qidalar
4) Əlavə üsullar
Sidik siqnal cihazları (alarm terapiyası) – gecə qaçırmanı azaltmaq üçün
Sidik kisəsinin tam boşalmaması varsa, kateterlə boşaltma rejimi
Fizioterapiya və reabilitasiya
Nəticə
Sidik qaçırma uşaqlarda tez-tez rast gəlinən, lakin fərdi səbəblərə görə qiymətləndirilməsi vacib olan bir problemdir. Əsas məqsəd uşağı günahlandırmadan və stresə salmadan düzgün diaqnoz və müalicə aparmaqdır. Müalicə kompleks yanaşma tələb edir: gündəlik rejim, pəhriz, dərman və psixoloji dəstək birlikdə effektlidir.
Əger övladınızda sidik qaçırma varsa mütləq pediatra müraciət edin.
Pediatr Atlaz Möhsümova
(Mütəxəssislə 077 250 11 37 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz)
Usaqlarda sidik qaçırma ciddidir, amma çox vaxt mualice olunabilen bir problemdir. Menim ucun en vacib meqam usaga duzgun yanadma ve tezyiq gostermemekdir. Hekimimiz cox gozel izah etdi
Qızımın bağırsaqları da tez-tez qəbiz olur, bundan sonra isə sidik qaçırma başlayır. Sizcə, qəbizliklə bağlı bu problem sidik qaçırmanı daha da pisləşdirirmi? Onun üçün hansı pəhriz və müalicə tövsiyə edirsiniz?
Mənim balamda da elə bir problem var idi. Həkimə müraciət etdik, çox yaxşı izah etdi. İlk başlarda çox narahat olurdum, amma bilmək lazımdır ki, bu, bir çox uşaqlarda rast gəlinir. Həkim dediyi kimi, biz də axşamdan əvvəl maye qəbulunu azaldıq və gecə bir dəfə oyadıb, tualetə apardıq. Bir neçə həftədən sonra düzəldi. Uşağı stressə salmamağa çalışmaq vacibdir.
Bele problemler ucun erken mudaxile vacibdir. Menim oglUMda da evvelce hec vaxt sidik qacirma olmamIsdi, amma bir muddet sonra basladi. Bu, stressden de ola biler. Mualice ucun evvelce davranIs mualicesi tetbiq etdik ve netice yaxsi oldu. Amma her bir usagin ferqli oldugunu unutmaq lazim deyil.
Bu barede cox sey okumusam, ele bir vaxt var ki, usaqda bunlar, sadece, tebii inkisaf prosesi olur. Meselen, menim oglum 6 yasina qeder gece sidik qacirirdi, amma zamanla oz-ozune kecdi. Tebii olaraq usaqa cox yuk vermemek lazimdir. Hekime gedende melum oldu ki, cox vaxt stress de buna sebeb olurmus. Esas mesele usaqa duzgun yanasmaqdir.
Bu tip meselere cox diqqet etmek lazimdir. Menim bacimin usaginda da bu cur problem vardi, amma tebi ki, her usaqda eyni sebepler olmur. Bizim veziyyetimizde, meselen, qebizlik boyuk rol oynayirdi. Hekim dediyine gore, bagirsaglarin isini yaxsilashdirmaq ucun meyve ve terevez qebulu artirmaq cox faydali oldu.
Qızımın gündüz vaxtı da bəzən sidik qaçırması müşahidə edirəm. Bu, çox nadir olsa da, yenə də məni narahat edir.
həkim oğlum 6 yaşında, ama hələ də gecə yatarkən sidik qaçırır. İndiyə qədər heç vaxt tam quru qalmayıb. Sizcə bu normaldırmı yoxsa hansı müayinələrdən keçməlidir?
Birinci uşaq fiziki müayinə olunmalıdır,sonra qərar verilməlidir
Çox sağ olun Atlaz xanim
Bir az stress sebebi ile bu veziyyetin basladigini dusunurem. Usagimin mektebe getmeye baslamasi ile bu problemin basladigini gorduk. Hekim cox duzgun yanasdi, ilk novbede, psixoloji terefi nezere aldi. Mence, bele hallarda usaga cox tezyiq etmemek ve her seyi tebii qebul etmek vacibdir.