xestelik

Uşaqları qış xəstəliklərindən necə qorumalı?

Baxış sayı: 1. 388

Bağça və məktəb yaşlı uşaqları qış xəstəliklərindən qorumaq üçün maarifləndirmə işləri aparılmalı, düzgün qidalanmaya fikir verilməli, peyvənd vurulmalı və bir sıra tədbirlər görülməlidir.

 

Qidalanma:

Qış xəstəliklərindən qorunmaq üçün düzgün qidalanmaq vacibdir. Səhv qidalanma uşaqlarda immunitetin zəifləməsinə səbəb olur. Uzun müddət ac qaldıqda isə müxtəlif qış xəstəlikləri yaranır. Ona görə düzgün qidalanmaq və istəyə uyğun mövsümi tərəvəzlərdən istifadə etmək lazımdır.

Xüsusi qeyd etmək lazımdır ki, qış mövsümündə azyaşlı körpələr də xəstələnir. Bu baxımdan onlara tərkibi rəngləndiricilərdən ibarət olmayan üzvi körpə qidaları verilməlidir.

Image result for məktəbli uşaqların qidalanması

Maarifləndirmə:

Bura xəstəliklər haqqında məlumatlandırma, əl yuma və tualet vərdişləri, şəxsi gigiyena və s. aiddir.

Uşaq xəstəliyə tutulduqda məktəb və bağçaya göndərilməməli, müəllimlərə məlumat verilməlidir. Müəllimlər də uşaqlarda olan yoluxucu qış xəstəliklərini gördükdə ailəni dərhal məlumatlandırmalıdır. Kiçik uşaqlar arasında yoluxucu xəstəliklər haqqında ciddi maarifləndirmə aparılsa, daha yaxşı olar. Beləliklə onlar xəstəliklərdən uzaq olar.

Əllərin yuyulması, şəxsi gigiyena və ya tualet vərdişləri haqqında maarifləndirmə apardıqda primitiv görünən fəaliyyətlər yaddan çıxmamalıdır.

Məsələn, uşaqların bəziləri öskürərkən və ya asqırarkən sadə proseduralara fikir verməzlər. Onlara xəstəliklərdən qorunmaq üçün havada çox olmamağı və ağzı açıq tutmamağı öyrədə bilərsiniz. Bu cür hallarda uşaqların salfetlərdən istifadə etməsinə və əlləri yumasına fikir verin. Əllər xüsusi maye sabunlarla və bol su ilə yuyulmalıdır. Tualet vərdişləri öyrədilərkən şəxsi gigiyenaya və təmizliyə fikir verilməlidir.

Image result for uşaqların əl yuma

Peyvənd:

Qış xəstəlikləri zamanı lazım olan peyvəndlər vurulmalıdr. Bu peyvəndlər immunitetə təsir göstərərək uşaqları yoluxucu xəstəliklərdən qoruyur.

Image result for məktəbli peyvənd




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir