Uşaqlarda dırnaq yemə vərdişi (tibbi adı ilə onixofagiya) valideynləri ən çox narahat edən davranışlardan biridir.
Bu vəziyyət bəzən keçici olur, bəzən isə illərlə davam edir və uşağın fiziki sağlamlığına, dişlərinə, dırnaqlarına və hətta emosional vəziyyətinə təsir göstərə bilər.
Çox vaxt valideynlər bu davranışı görüb uşağı danlayır, lakin bu yanaşma problemi həll etmir — əksinə, onu gizli və davamlı hala gətirir.
Uşağın dırnaq yeməsi bir “pis vərdiş” deyil, çox vaxt daxili gərginliyin və ya emosional ehtiyacın ifadəsidir.
Dırnaq yemə nədir?
Dırnaq yemə — uşağın dırnaqlarını və ya dırnaq ətrafındakı dərini dişləməsi vərdişidir.
Adətən 3–4 yaşdan sonra müşahidə olunur, məktəbəqədər və məktəb yaşlı uşaqlarda daha çox yayılmışdır.
Bu davranış bəzən keçici, bəzən isə davranış pozuntusunun əlaməti ola bilər.
Niyə uşaq dırnağını yeyir?
Dırnaq yemənin səbəbi tək deyil. Aşağıdakı amillər çox vaxt birlikdə rol oynayır:
1) Stress və narahatlıq
Uşaqlar hiss etdikləri narahatlığı, qorxunu və ya gərginliyi açıq şəkildə ifadə edə bilmədikdə, bu duyğular davranışla özünü göstərir.
Dırnaq yemə bu mənada emosional boşalma üsulu kimi çıxış edir.
Məsələn:
Yeni məktəb və ya uşaq bağçasına başlama,
Valideynlərin dalaşması,
İmtahan və ya qiymət qorxusu,
Yeni bacı və ya qardaşın doğulması.
2) Darixmaq və məşğuliyyət azlığı
Bəzi uşaqlar boş vaxtlarında və ya fikirləri dağınıq olanda dırnaqlarını yeyirlər.
Bu zaman məqsəd rahatlama deyil, sadəcə vaxt keçirmək və ya fokuslanmaq olur.
3) Model davranış
Uşaq ən güclü şəkildə müşahidə edərək öyrənir.
Əgər ata, ana və ya bacı-qardaşlardan biri dırnaq yeyirsə, uşaq bu davranışı “normal” kimi qəbul edə bilər.
4) Vitamin və mineral çatışmazlığı
Bəzi hallarda, xüsusilə dəmir, sink, kalsium və B qrupu vitaminlərinin azlığı zamanı uşaqda dırnaq yeməyə meyl yaranır.
Bu, bədənin bir növ “özünütənzimləmə” cəhdi ola bilər.
5) Perfeksionizm (mükəmməllik duyğusu)
Dırnağın ucundakı kiçik bir qopuq və ya bərabərsizlik belə bəzi uşaqlarda narahatlıq yaradır və uşaq onu dişləyib “düzəltməyə” çalışır.

Dırnaq yemənin fəsadları
Bu davranış uzun müddət davam etdikdə həm bədən sağlamlığına, həm də emosional vəziyyətə mənfi təsir göstərir.
Fiziki nəticələr:
Dırnaq yatağında zədələnmə, ağrı və qanama.
Bakteriya və göbələk infeksiyaları (xüsusilə barmaq ətrafında irinli iltihab – paronixiya).
Dırnaq formalarının eyriliyi və daimi deformasiyası.
Dişlərin zədələnməsi, çənə formasında dəyişiklik.
Dırnaq və ağız mikroblarının bədənə keçməsi → bağırsaq infeksiyaları, qurd xəstəlikləri.
Psixoloji nəticələr:
Özünə inamın azalması, utancaqlıq.
Sosial mühitdə (məktəbdə, dostlar arasında) məsxərə qorxusu.
Davranışın gizlədilməsi və emosional gərginliyin artması.
Valideynlərin ən çox etdiyi səhvlər
Ən çox müşahidə edilən yanlış yanaşmalar bunlardır:
🚫 “Dırnağını yenə yedin, utanmırsan?”
🚫 “Səndən başqa kim dırnaq yeyir?”
🚫 “Əgər bir daha yesən, səni cəzalandıracam!”
🚫 “Böyümüsən, hələ də belə uşaq hərəkəti edirsən.”
Bu cür cümlələr uşağın emosional yükünü artırır, özünü dəyərsiz hiss etməsinə səbəb olur və nəticədə o, daha çox gərginlikdən yenidən dırnağını yeməyə başlayır.
Düzgün yanaşma – Valideynlər nə etməlidirlər?
1) Sakit və anlayışlı olun
Uşağı danlamayın, əvəzində maraqlanmağa çalışın:
> “Səni narahat edən bir şey var?”
“Əllərini ağzına aparanda özünü rahat hiss edirsən?”
Bu suallar uşağın daxili duyğularını ifadə etməsinə kömək edir.
2) Əllərini məşğul edin
Uşağın əlləri boş qaldıqca vərdiş aktivləşir. Buna görə əllə edilən fəaliyyətlər çox faydalıdır:
rəsm çəkmək,
lego yığmaq,
stress topu ilə oynamaq,
plastilinlə fiqurlar düzəltmək.
Əllər məşğul olduqda ağza aparma ehtiyacı azalır.
3) Müsbət motivasiya tətbiq edin
Cəza yox, mükafat sistemi yaradın:
“Bu həftə dırnaqlarını yeməsən, birlikdə kinoya gedəcəyik.”
“Dırnaqların uzansa, sənə rəngli lak alacam.”
Müsbət yanaşma uşağı ruhlandırır, qorxutmur.
4) Dırnaq baxımına diqqət edin
Dırnaqları müntəzəm kəsin və təmiz saxlayın.
Dırnaq kənarında qopuq varsa, kəsin, dişləməyə səbəb olmasın.
5 yaşdan yuxarı uşaqlarda pediatrla məsləhətləşərək acı dadlı qoruyucu lak istifadə oluna bilər.
5) Düzgün qidalanma
Dırnaqların sağlam böyüməsi və sinir sisteminin balansı üçün uşağın menyusunda bunlar olmalıdır:
Yaşıl tərəvəzlər
Yumurtanın sarısı
Balıq və dəniz məhsulları
Ət və qaraciyər
Qoz, badam, fındıq Meyvə və yulaf
Bu qidalar dəmir, sink, B vitaminləri və omega-3 ilə zəngindir – sinir sistemini sakitləşdirir, dırnaq strukturunu möhkəmləndirir.
6) Ailə mühitini müşahidə edin
Bəzən problem uşağın davranışında deyil, mühitindədir.
Ev mühitində tez-tez gərginlik, tənqid, qorxu varsa, uşaq özünü müdafiə edə bilmir və bu kimi vərdişlərlə stress atmağa çalışır.
Sakit, sevgi dolu atmosfer davranışın azalmasına kömək edir.

Nə zaman mütəxəssisə müraciət etmək lazımdır?
Uşağı pediatr və ya uşaq psixoloquna göstərmək vacibdir, əgər:
Dırnaqlarda qanama, irin və ya ağrı varsa;
Uşaq dırnaqlarını nəzarətsiz yeyir və dayandıra bilmir;
Eyni zamanda barmaq əmizdirmə, saç çəkmə, dodaq dişləmə kimi davranışlar da müşahidə olunursa;
Uşaqda narahatlıq, qorxu, aqressiya və ya yuxu pozğunluğu varsa.
Pediatr vitamin-mineral səviyyələrini qiymətləndirəcək,
psixoloq isə emosional səbəbləri müəyyən edərək davranış terapiyası tətbiq edəcək.
Nəticə
Dırnaq yemə — uşağın “pis vərdişi” deyil, çox vaxt daxili gərginliyin səsidir.
Bu davranışa qəzəblə deyil, sevgi və anlayışla yanaşmaq lazımdır.
Uşağı qorxutmaq və danlamaq problemi gizlədir,
amma dinləmək, müşahidə etmək və dəstək olmaq onu aradan qaldırır.
Unutmayaq:
> “Uşaqlar davranışları ilə danışır. Biz onları anladıqda, o davranışa ehtiyac qalmaz.”
Pediatr Atlaz Möhsümova
(Mütəxəssislə 077 250 11 37 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz.)












































































































































































Bu yazını oxuyandan sonra düşündüm ki, bəlkə də uşağımın bu davranışını başa düşmək üçün daha çox onunla söhbət etməliyəm. Onun gərgin olduğunu hiss edirəm, amma çox vaxt sadəcə üzünə deyirəm ‘nə oldu, niyə dırnağını yeyirsən?’ və cavab almıram. Bu yazı mənə göstərdi ki, daha çox səbirli olmalıyam və uşağımın duyğularını anlamalıyam. Sakit yanaşmaq nə qədər vacib olduğunu indi daha yaxşı başa düşürəm, amma tətbiq etmək yenə də çətindir.
Menim de usagim da dirnaq yeyir, amma bezen bele hiss edirəm ki, bu sadece bir verdishden ibaretdir. Sadece danişmağa başlmalıyk və onun bu davranişını gizletmesine icaze vermeməliyk. O yazı hem valideynlere, hem de usaqlara çox komek ede biler. Mence, diqqatimizi usagımıza daha çox yönəltsek, hem ona, hem de özümüze fayda vere bilerik.
Yazini oxuyanda usagimin dirnaq yemesi ile bagli cok dusundum. Men de her defe onu danlayanda daha cok gizlenirdi. Belke de dogru yanaşma etmek lazım idi ama bir valideyn olaraq bir nece defe qezeblenirem… Hemise demishem ‘niye eleyirsen, hele de bu usaliq davranişini edirsən?’ Amma bilmirem, necə daha yaxsi yanaşmaq olar. Bu yazı bir az isiq saldi ama hele de ne etmeli oldugumdan emin deyiləm.
Şəxsi konstitusiya edə bilərik
Bu barədə cox dusunmushem. Bezi vaxtlar usagim cox gergin olur, amma onu danismağa sovq etmek cok cetindir. Dirnağini yeyir ve hech ne demir. Bu yazı dogrudan da usaqların davranişını anlamağa komek edir. Amma mene ele gelir ki, usaqın davranişları hem de evdeki atmosferle baglidir. Gerginlik olanda bu cur verdishler yaranir. Yəni, özüm də deyishmeliyehem, belke o zaman problem azalir.