Nağd pulu istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Onun üzərində çoxlu miqdarda mikrobların olmasını nəzərə alaraq mütəxəssislər belə tövsiyə ediblər.
“Mastercard” və Oksford Universitetinin birgə apardığı araşdırmanın nəticələrinə əsasən, bir Avropa əskinası özündə təxminən 26 000 bakteriya daşıyır. Hətta ən yeni və təmiz əskinasda mövcud olan bakteriyaların sayı 2 400-ə çatır ki, bu da insan sağlamlığı üçün potensial təhlükədir. Bunu nəzərə alaraq, insanlar anlamalıdır ki, tualet qapısının dəstəyinə, ümumi ərzaq məhsullarına və eskalatorun sürahisinə toxunmaq və digər fəaliyyət növləri kimi nağd pulla təmas da potensial təhlükə rolunu oynayır.
Mövsumü qrip və digər xəstəliklərin geniş yayıldığı dövrdə nağd pulla təmas barədə qəbul olunan rəsmi beynəlxalq təlimatların olmamasına baxmayaraq, gigiyena baxımından bu dövrdə nağdsız hesablaşmalara keçmək daha məqsədəuyğundur.
“Mastercard” şirkətinin araşdırması onu göstərib ki, insanlar nağd pulu – əskinasları və qəpikləri – natəmiz və çirkli hesab etsələr də, avropalıların yalnız beşindən biri pula toxunduqdan sonra əllərini yuyur.
Avropanın 12 ölkəsindən olan 9000 istehlakçı arasında aparılan araşdırmanın nəticələrinə əsasən, nağd pulun ictimai nəqliyyatda əl tutacaqlarından və barda sifariş olunan fındıq kimi ümumi qidadan daha çirkli olmasına baxmayaraq, avropalılar çirkli pul xərcləmə vərdişindən vaz keçməkdə çətinlik çəkirlər.
Tədqiqat çərçivəsində aparılan sorğuda iştirak edənlərin ¾ hissəsi nağd pulun mikroblar daşıdığını nəzərə alaraq, onu istifadə edərkən ehtiyatlı olmağın vacibliyini etiraf edib. Buna baxmayaraq, insanlar başqa əşyalara və ya heyvanlara toxunduqdan sonra hər zaman əllərini yuduqları halda, əskinaslarla təmasda bu vərdişə əçəl etmirlər.
Məsələn, sorğuda iştirak edənlərin 46%-i heyvanlara toxunduqdan sonra, 36%-i isə ictimai nəqliyyatdan istifadə etdikdən sonra əllərini yumağa daha çox meyilli olduqıarını bildiriblər.
Tədqiqat onu da göstərib ki, hər 10 avropalıdan 4-nün (37%) iddiasına görə, daha gigiyenik həyat tərzinə keçid etmək üçün gündəlik həyatlarında ən azı bir kiçik dəyişiklik etməyə hazırdırlar. Bu məqsədlə əksəriyyət nağd pulla müqayisədə kartla və ya nağdsız ödənişə üstünlük verdiklərini bildirib.
Son araşdırmanın nəticələrindən belə məlum olur ki, nağd pulun gigiyenik problemlərə yol açdığını anlamalarına baxmayaraq, avropalılar onun istifadəsi ilə bağlı vərdişi buraxmaqda çətinlik çəkirlər. “Mastercard Europe” şirkətinin kontaktsız ödənişlər üzrə rəhbəri Kris Kenqas bildirib ki, kontaktsız ödənişlər – innovativ pulköçürmə üsulu olmaqla yanaşı, həm də əskinas və qəpiklərdən istifadə zamanı keçə biləcək mikrob və bakteriyaların təsirini minimuma endirir.