siyasetciler

Siyasətçilərin incəsənət marağı haqqında bilmədikləriniz

Baxış sayı: 1. 390

Siyasətçilərin siyasi baxışı, iş fəaliyyəti qədər şəxsi həyatı, hobbiləri, asudə vaxtını necə keçirdiyi, hansı idman növü ilə məşğul olması, incəsənətə maraq göstərməsi hər zaman maraq mövzusu olub. Tez-tez də məşhur siyasətçilərin mahnı oxuması, hər hansı musiqi alətində ifa etməsi mətbuatda yer alır və maraqla qarşılanır.

Millət vəkili Bəxtiyar Əliyev bu günlərdə mətbuata maraqlı etiraf edib. O, musiqiyə olan marağından danışıb: “O vaxtı “Qarabağ bülbülləri” adlı ansambl vardı. O vaxt lap məşhur idi. Ansamblın üzvü idim. Tacir Şahmalıoğlunun ifasında “Qarabağ şikəstəsi”ni xatırlayarsınız. O ansamblda kamança ifaçısı kimi çıxış etmişəm. Orta məktəbdə oxuyurdum. O vaxt Polşada film festivalı keçirilirdi. Eldar İsmayılovun rəhbərliyi ilə Qarqar çayı üzərində 15 dəqiqəlik qısametrajlı film də çəkmişdik. Film müsabiqədə yer də tutmuşdu. Sonra Bakıya, xaricə  getmək lazım idi. Valideynlərim icazə vermədilər. Mən də musiqiçi olmaq sevdasından əl çəkdim”.

Millət vəkilinin uşaqlığı ilə bağlı danışdığı xatirə ağıllara başqa musiqiyə marağı olan siyasətçiləri gətirib. Bəs digər siyasətçilərin musiqi təhsili varmı? Onlar hansı musiqi alətlərində ifa edə bilirlər?

Related image

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili  Cavid Qurbanov musiqiyə marağı olan siyasətçilərdən biridir. O, sazda mahir ifa edir. Hətta, onun iş otağının divardan saz asıldığı deyilir.

 

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Mədət Quliyev bir müddət öncə məclislərin birində mahnı oxuması və gitarada ifa etməsi ilə diqqət çəkmişdi. DTX-nın rəisinin bu addımı maraqla qarşılanmışdı.

 

Nazir Kəmaləddin Heydərov pianinoda mahir ifa edir. Onun Baba Vəziroğlunun sözlərinə yazdığı mahnılar da az deyil. K.Heydərov incəsənətdə Kamal adı ilə tanınır. Bəstəkar kimi də fəaliyyət göstərən nazir Nəsibə Allahverdiyevanın ifa etdiyi “Nigaranam”ın musiqisinin müəllifidir.

Image result for kəmaləddin heydərov

Tanınmış politoloq Hikmət Hacızadə də musiqi sevdalılarındandır. Politoloq müsahibəsinin birində bildirib ki, tələbəlik illərində, Azərbaycan Dövlət Universitetində təhsil alarkən rok-caz qrupunun üzvü olub, orda solo gitarada ifa edib. H.Hacızadə həmçinin pianinoda da ifalar etməyi bacarır.

 

Azərbaycanın Rusiyadakı səfiri olan Polad Bülbüloğlunun musiqi istedadı, səsi hər kəsə bəllidir. Məşhur xanəndə Bülbül Məmmədovun oğlu olan səfir eyni zamanda pianoda gözəl ifa edir. Onun müəllifi olduğu “Gəl, ey səhər” mahnısı da illərdir ki, populyarlığını qoruyur.

Image result for Deputat Ziyad Səmədzadə

Deputat Ziyad Səmədzadə gözəl tarzən olması ilə seçilir. Uşaqlıqdan incəsənətə maraq göstərən 2014-cü ildə “Ovqat” verilişində ansamblın müşayiəti ilə muğam ifa edib. Z.Səmədzadə tarda “Bayatı-Şiraz” muğamını səsləndirib və xanəndə Zabitə Əliyevanı müşayiət edib.

 

Könül İbrahim




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir