18-65 yaş arası vaginal bölgədə həm görünüş, həm də cinsi funksiyalarının pozulduğunu hiss edən qadınlar estetik məqsədlə cərrah ginekoloqa müraciət edirlər.
Aşağıdakı şikayətləri olan xanımlar vaginaplastika və uşaqlıq yolu daraldılması əməliyatından faydalana bilərlər:
– doğuş keçirən bəzi qadınlarda doğuşdan sonra uşaqlıq yolunda genişlənmə yaranarsa
– cinsi həzzin azalması və tərəflər arasında soyuqluğun yaranması
– doğuşdan sonra kiçik cinsiyyət dodaqlarında asimmetrik pozulmalar yaranarsa
– cinsi yaşayış zamanı meydana gələn yırtılma və zorlanmalar
– çətin keçən doğuşlar zamanı vaginada aparılan kəsiklər, epiziotomiya səbəbiylə cinsi funksiyanın pozulması olarsa
– uşaqlıq sallanması, sidikliyin sallanması nəticəsində yaranan vaginal deformasiyalar varsa.