Zumrud

Valideynlərin qız uşaqlarına deməməli olduğu sözlər – “SEANS VAXTI”

Baxış sayı: 488

Valideynlər qız övladını tərbiyə edərkən cümlələrini diqqətlə seçməlidirlər. Çünki bəzən qızlarının özünə inamını artırmaq üçün işlətdikləri cümlələr onlara xeyirdən çox zərər verə bilər.

 

O, səni bəyəndiyi üçün şiddət göstərir.

Qızlar əvvəldən bilməlidirlər ki, kimsə onları bəyənəndə onlara ləyaqət və hörmətlə yanaşması lazımdır.

Beləliklə, bir oğlanın ondan xoşu gəldiyi üçün kobud olduğunu söyləsəniz, qızınıza şiddətin  sevgi olduğunu düşünə bilərsiniz.

 

 Zərif ol

Onlara daim zərif olmağı tövsiyə etmək, qızların həyatları boyu öz istək və ehtiyaclarını təxirə salmasına  səbəb ola bilər. Bunun əvəzinə qızınızın ətrafda baş verənlərdən xəbərdar olmasını təmin edin.

 

 

Afərin

Təbii ki, övladınıza təqdir  etmək  qəbahət deyil. Amma “Afərin” ifadəsi ilə bağlı problem onun qeyri-müəyyənliyidir. Çünki siz övladınızı təkcə nəticələrə görə deyil, həm də ona sərf olunan səylərə görə qiymətləndirməlisiniz.

valideyn

 “Sən çox gözəlsən”

Bir çox yaxşı niyyətli valideynlər bunu güvənlərini artırmaq istədikləri üçün söylədiklərini düşünürlər. Ancaq araşdırmalar göstərir ki, bu ifadə çox əks təsir göstərir.

Çünki bu açıqlama gənc qızları başqalarının özlərini təsdiq etmələri lazım olduğunu düşünməyə vadar edir.

 

 Oğlan böyüdükdə, kişi olacaq

Qızınızın ətrafında belə cümlələr işlətmək onun özünü çox gücsüz hiss etməsinə səbəb ola bilər. Buna görə də, uşaqlarınızın məsuliyyət gözləntilərini bərabər tutmağa çalışın.

” Zəif görünürsən” Qızın bədənini müsbət və ya mənfi istənilən kontekstdə şərh etmək son nəticədə uşaqlar üçün zərərlidir. Bu, qızınız üçün zərbə  ola bilər.

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir