usaq otagi

Valideynlərin uşaq otağında yol verdiyi səhv

Baxış sayı: 621

Dizayner Amanda Albrext uşaq otağının təmiri zamanı valideynlərin buraxdığı səhvdən danışıb. Mütəxəssis uşağın yataq otağını bəzəyərkən onun maraqlarını nəzərə almamağı tövsiyə edib.

Dizayner bir çox valideynlərin uşaq otağını müəyyən bir mövzuda dizayn etməsini bahalı səhv adlandırıb.

Mütəxəssis qeyd edib ki, dizaynın aktuallığı uşağın hobbilərindən asılı olmamalıdır.

 usaq otagi

A.Albrextin fikrincə, neytral tonlar və uzun illər davam edəcək funksional mebel seçmək daha yaxşıdır. Albrext ağ tavan, qara divar və uyğun mebel ilə bu qaydalara uyğun bəzədilmiş uşaq otağını nümunə göstərib.

 usaq otagi

Bir çox internet istifadəçisi dizaynerin fikri ilə razılaşmayıb. Bəzilərinin fikrincə, uşaqların özbaşına otağı bəzəməsinə icazə vermək səhv deyil. Valideynlər qeyd edib ki, əks halda yataq otağının dizaynı uşağa sevinc gətirməyəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir