menzil

Rusiya-Ukrayna müharibəsi Azərbaycanın mənzil bazarına necə təsir edəcək?

Baxış sayı: 649
Rusiyada başlayan iqtisadi böhran Bakıda daşınmaz əmlakın ucuzlaşmasına səbəb ola bilər. Bunu daşınmaz əmlak eksperti Elnur Fərzəliyev deyir.“Mövcud hesablamalara görə, bu gün Rusiya Federasiyasında 2,5 milyona yaxın azərbaycanlı yaşayır, yəni Azərbaycanın ümumi əhalisinin 25 faizi. Aydındır ki, Qərbin anti-Rusiya sanksiyaları onların maliyyə vəziyyətinin pisləşməsinə və bizneslərinin iflasına səbəb ola bilər. Eyni zamanda məlumdur ki, Azərbaycanda, xüsusən də Bakıda və digər iri şəhərlərdə daşınmaz əmlak alanların ən böyük payı xaricdə, xüsusən də Rusiyada yaşayan həmvətənlərimizdir”, – deyə o bildirir.Bu səbəbdən həmsöhbətimizin fikrincə, Rusiyada yaşayan soydaşlarımızın maliyyə çətinliyi ucbatından buradan aldıqları daşınmaz əmlakları tezliklə satışa çıxaracaqları istisna deyil: “O cümlədən bizneslərini ayaqda saxlamaq üçün bu addımı ata bilərlər. Proses kütləvi xarakter daşıyacaq. Bazarda təklif artacaq və bu, qiymətlərin kəskin ucuzlaşmasına səbəb olacaq”.Ekspert xatırladıb ki, oxşar ssenari 2015-2016-cı illərdə rublun devalvasiyası fonunda da müşahidə olunub: “Bununla belə, hərbi eskalasiya yüksəliş tendensiyalarına da səbəb olur. Azərbaycana gətirilən tikinti materiallarının əksəriyyəti, xüsusən də dəmir, armatur, metal konstruksiyalar və tikintidə istifadə olunan bir çox başqa şeylər Ukraynadan gətirilir. Bu gün müharibə, bağlı hava və quru yolları səbəbindən təkcə bu malların ölkəmizə çatdırılmasında deyil, həm də yerli istehsalda ciddi problem yaranacaq”.“Biz armaturları təkcə Ukraynadan deyil, Rusiyadan da idxal edirik. Bu gün hər iki ölkə müharibə vəziyyətindədir, Ukrayna blokadadadır və tədarük gözləmək mümkün deyil. Bu reallıq təkcə Azərbaycanın tikinti bazarına təsir göstərməyəcək. Bu, Rusiyaya və digər qonşu dövlətlərə də təsirsiz ötüşməyəcək”, – deyə Fərzəliyev vurğulayıb.

Ötən il mənzil bazarı koronavirus pandemiyasının başlatdığı proseslərin nəticəsində qiymət artımı ilə yadda qaldı. Tələbin artması, xüsusən də paytaxtda güclü artım, tikinti materiallarının hissedilən bahalaşması tikinti sənayesində sabitliyi xeyli pozdu. Yaşayış tikintisi seqmentində layihələrin qiyməti artırdı və zərərlə işləmək istəməyən şirkətlər təkcə indiki deyil, həm də gələcək bahalaşmanı nəzərə alaraq qiymətləri qaldırdı.

Azərbaycan Rieltorlar Assosiasiyasının (ARA) icraçı direktoru Elnur Azadovun hesablamalarına görə, son bir ildə tikinti şirkətlərindən ilkin təklif 15-20% bahalaşıb. Onun dediyinə görə, bu il qiymət artımı davam edəcək və təxminən 10-15% olacaq.

Artan tendensiyaların kökündə ekspertlər faktorların bütün siyahısını qeyd edirlər, bunların sırasında tikinti materiallarının bahalaşması və artan tələbat üstünlük təşkil edir.

Mütəxəssislər təkliflə yanaşı, qiymət artımının sürətlənməsinə görə də tələbin artacağını gözləyirlər. Əmanətlər üzrə bank faizləri real inflyasiya səviyyəsinə çatmır. Məsələn, iqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, dar investisiya imkanlarını nəzərə alsaq, əhalinin daşınmaz əmlakın ilk sırada olduğu sübut edilmiş və ən etibarlı investisiya alətlərinə müraciət etməsi ehtimalı yüksəkdir.

 

Tanya Samsonova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir