valideyn

Valideynlik hüququndan məhrumetmədə hansı yeniliklər olacaq?

Baxış sayı: 593

Valideynlik hüquqlarından məhrumetmə qaydasına dəyişiklik təklif edilir. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik olunur. Dəyişikliklə Məcəllənin 65.5-ci bəndi yeni redaksiyada verilir:

“Valideynlik hüquqlarından məhrumetmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür”.

valideyn

Məcəllənin hazırkı bəndi isə belədir:

“Məhkəmə, valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir”.

Qeyd edək ki, hazırkı qanunvericiliklə aşağıdakı hallarda valideynlər valideynlik hüququndan məhrum edilir.

öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;

alimenti qəsdən ödəmədikdə;

heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;

valideynlik hüquqlarından sui-istifadə etdikdə;

uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;

xroniki alkoqol və narkomaniya xəstəsidirsə;

uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə valideynlər, yaxud da onlardan biri valideynlik hüququndan məhrum edilir.

valideyn

Onu da əlavə edək ki, valideynlərdən birinin və ya onları əvəz edən şəxslərin ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən məhkəmə “valideynlik hüquqlarından məhrumetmə” işlərinə baxır.

Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. Bunun üçün yuxarıda sadaladıqlarım “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə” məhkəməyə müraciət edərək mülki iddia qaldırır. Ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə işə baxılır və həmin işin həllinə dair qətnamə çıxarılır. İndi isə bu müddətin 3 günə endirilməsi təklif olunur.

 

Zülfiyyə Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir