İnsan xarakterini formalaşdıran faktorlardan biri də bürclərdir. Bürclər münaisbətlərimizi də istiqamətləndirməyə təsir edir. Bəzi bürclər təbiəti ilə əlaqəli olaraq xəyanət etməyə meyilli olurlar.
Ancaq bu bürc altında doğulan insanların hamısına bu xüsusiyyəti şamil etmək olmaz. Buna baxmayaraq, əgər parntyorunuz “xəyanətkar” bürclər sırasındadırsa, diqqətli olmağınızda fayda var.
Aldadılmaq bir münasibətə təsir edən ən ağrıdıcı haldır. Aldadmağa heç bir zaman haqq qazandırmaq da mümkün deyil. Xəyanət şəxsin təbiətinin bir hissəsi ola bilər.
Ancaq unutmayın ki, münasibətləri iki tərəf idarə edir. Əlinizdə sübutlarınız olmasa, partnyornuzu aldadmaqda ittiham edə bilməzsiniz. Bu dəfə sizə 12 bürc arasında aldatmağa çox meyilli olan 4 bürcü açıqlayacağıq.
Qaynar təbiətli qoçlar
Qoçlar daim hücuma hazır və münasibətlərdə dominant mövqeyi ilə müəyəyn edilən Mars tərəfindən idarə edillir. Qoçlar atdıqları hər addımda macəra və həyacan axtarışında olurlar. İmpulsiv qərarlar verə bilirlər. Diqqət müddətləri də azdır. Buna görə də münasibətdən tez bezmə və ayrılma ehtimalları böyükdür.
Qeyri-sabit əkizlər
Əkizlər deyildiyi zaman hər kəs münasibətdən qaçmağa çalışır. Balanssız təbiəti olan Əkizlər bu xaraketerlərinə görə hər kəsi özündən uzaqlaşdırır. Əkizlər bürcündə yer alan şəxslər qərarsız və hər zaman qayğıya ehtiyacı olan insanlardır. Ehtiyacları olan qayğını görmədikləri zaman isə xəyanət etməyə başlayırlar. Tərəfdaşınız olan Əkizlər sizinlə danışıb drədlərini izah etməkdənsə, aldatmaqda özlərini haqlı hesab edirlər.
İradəsiz tərəzilər
Adatmağa meyilli olan digər bürc isə Tərəzilərdir. Tərəzi bürcü balansı ifadə edir. Ancaq bu balansı partnyorlarından başqa hamıda axtararlar. Aldadan zaman özlərini günahkar hiss edirlər. Tərəzilər iradəli deyillər. Tərəzi partnyorunuzun sizə sadiq qalması üçün onu zehni, fiziki və mənəvi olaraq tətmin etmək lazımdır.
Kənarda həyəcan axtaran Oxatanlar
Daim kənara meyilli olduğu üçün münasbətdən kənar xoşuna gələn insanlarla münasibət qurar, aldadarlar. Oxatanlar üçün münasibət sərf etdiyi mübarizəyə dəyməlidir. Monotonlaşan münasibətdən qurtulmaq üçün həyacanverici və sirli yollar axtarmağa başlayarlar.
P.S. Əslində əvvəl də qeyd etdiyimiz kimi münasibətlər iki nəfər tərəfindən idarə edilr. Parntyorunuzun sizi aldatmasını istəmirsinizsə, onu məmnun etməlisiniz. Həyatında boşluğu olmayan şəxs kənarda heç kimi axtramaz.
İlahin Zaman