Qadınlar yubka seçərkən bədən quruluşları ilə yanaşı həyat tərzlərini də nəzərə almalıdırlar. Hər kəs şəxsiyyətini və həyat tərzini yansıdaraq öz tərzini yarada bilər. Bəs sizin üçün hansı yubka uyğundur?
Masa başında işləyən xanımlar
Masa başında işləyən xanımlar klassik yubkalara üstünlük verə bilərlər. Bunlar düz qarın kəsimli, büzgülü və uzun yarıqlı da ola bilər. Çox hərəkətdə olmadıqları üçün təbii toxumalı və likra parçalı yubkalar seçə bilərlər.
Hərəkətli olanlar
Hər zaman hərəkətdə olan xanımlar üçün həm şıklık, həm rahatlıq nəzərə alınarsa, klyoş, dizaltından olan yubkalar, qaraçı ətəkləri və zınqırov tərzində olan ətəklər uyğundur.
İncə belli xanımlar
İncə belli olmaq hər qadının xəyalıdır. Ancaq bəzi qadınların beli çox incə olduğundan bel kəsimləri boş olur. Bu zaman dar bel kəsimli yubkalar seçildiyində xoşagəlməz bir görünüş ortaya çıxa bilər. Çox incə beli, enli ombası olan qadınlara zınqırov tərzli yubkalar uyğundur.
Qısa boylular
Qısa boylu və kilolu qadınlara qısa yubkalar geyinmək məsləhət görülür. Daha çox dizə qədər olan yubkalara üstünlük versinlər, çünki uzun yubkalar boyu daha qısa göstərir. Arıq, qısaboylu qızlar hər tərzdə qısa yubkalar geyinə bilər.